XURAFATLAR BİDƏT: Qurani Kərim və Sünnətdə bir örnəyi olmayan və sahabə tərəfindən da bilinməyən, xüsusilə dinin əsasları ilə əlaqədar sonradan icad edilmiş ibadət, davranış qaydaları və inancla bağlı söz və əməllərə verilən addır . Uydurulmuş hekayə və rəvayətlərdir. Bunlar əsasən dinin bir parçası və XURAFAT: ya əsası olaraq təbliğ edildiyi kimi, sankı dindənmiş kimi mənimsənilmiş, həqiqətdə isə dinlə heş bir əlaqəsi olmayan, hekayə və rəvayətlərdir. Keçmiş ümmətlər hava və həvəslərinin

Bu konu 2164 kez görüntülendi 2 yorum aldı ...
Xurafatlar ( hurafeler ) 2164 Reviews

    Konuyu değerlendir: Xurafatlar ( hurafeler )

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2164 kez incelendi.

  1. #1
    Öze® - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.08.2008
    Mesajlar
    50
    Konular
    23
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    100
    @Öze®

    Standart Xurafatlar ( hurafeler )

    XURAFATLAR

    BİDƏT: Qurani Kərim və Sünnətdə bir örnəyi olmayan və sahabə tərəfindən da bilinməyən, xüsusilə dinin əsasları ilə əlaqədar sonradan icad edilmiş ibadət, davranış qaydaları və inancla bağlı söz və əməllərə verilən addır .
    Uydurulmuş hekayə və rəvayətlərdir. Bunlar əsasən dinin bir parçası və XURAFAT: ya əsası olaraq təbliğ edildiyi kimi, sankı dindənmiş kimi mənimsənilmiş, həqiqətdə isə dinlə heş bir əlaqəsi olmayan, hekayə və rəvayətlərdir.
    Keçmiş ümmətlər hava və həvəslərinin əmr etdiklərini doğru sanaraq etdikləri yəniliklərlə dinlərini təhrif etmişlər. Bu təhlükəni bilən Peyğəmbərimiz  ümmətini xəbərdar etmişdir;
    “Hər kim bizim bu işimizin (yani dinimizin) içinə, ondan olmayan bir şeyi yənidən icad edib salarsa (o etdiyi iş) mərdutdur.”
    “Hər yenilik bidətdir hər bidət də zəlalətdir.”
    Bəziləri bidətin yaxşı və pis deyə iki qismə ayrıldığını iddia edirlər. Halbu ki, Peyğəmbərimiz  belə bir ayrım etməmişdir. Barəsində əmri olmayan hər bir işin rədd olunacağını söyləyir. Bunun əksi olarsa o zaman hərə ağlına gələn bir şəyi uydurub, dinə yeni bir şey əlavə edər və beləcə din əslindən uzaqlaşıb tanınmaz bir hala gələr. Necə ki, belə də olmuşdur.
    Belə halda biri, mən belə bir zikr şəkli tapmışam ki, çox faydalıdır. Digəri, Allahı rəqs edərək, fırlanaraq zikr etmək elə bir zikrdir ki, Allah olan məhəbbətini ən gözəl bu cür ifadə edə bilərsən. Digər birisi isə, rabitə deyə bir şey tapdım ki, ibadətlər üçün tam bir ilham mənbəyi saylır. Birisi də çıxaraq, bir zikr məclisi təşkil edək və bir neçə min dəfə Allah-Allah deyək, bir neçə yüz dəfə İxlas surəsini oxuyaq və ölmüş insanların ruhuna hədiyyə edək. Onlar da bizi tanısın ki, ruhları ilə bizə yardım etsinlər. Və beləcə ardı-arxası kəsilmədən dinin içərisinə bir çox yeniliklər əlavə edilər.
    Rəvayətə görə belə bir hadisə meydana gəlmişdir:
    “Biz İbn Məsudun  qapısında oturmuşduq. Məğrib ilə işa namazının arası idi. Əbu Musa  İbni Məsudun  yanına gələrək “çölə çıx ey Əba Abdirrahman” dedi. İbni Məsud  bayıra çıxdı. Əbu Musaya, səni bu saatda qapıma gətirən nədir dedi. Əbu Musa, Allaha and olsun ki, mən bir hadisə ilə qarşılaşdım və o məni qorxutdu. İnşaallah xeyirdir dedi və sözünə belə davam etdi. “ Məsciddə bir topluluq gördüm. Onlardan birisi bu qədər Subhanallah, bu qədər Əlhamdulilləh deyin, deyirdi.” Bunun üzərinə Abdullah getdi biz də onunla bərabər getdik. Onların yanına yaxınlaşdı və “ siz nə qədər tez azdınız, halbuki Muhammədin ashabı diridir, xanımları da hələ yaşlanmadılar, Peyğəmbərin  paltarı və yemək qabları hələ xarab olmayıb. Siz oturub günahlarınızı sayın mən yaxşı əməllərinizin Allah tərəfindən sayılacağına zəmanət verirəm” dedi.
    “Siz bidət olan bir şeyə başçılıq edirsiniz. Əgər bu etdikləriniz bidət deyilsə deməli “Muhamməd azğınlıq içində olubd” demişdir. Abdullah b.Utbə b. Ərkad “Ey ibni Məsud mən Allahdan ahv diləyirəm etdiyimdən peşman oldum demiş və dağılışmışdılar”
    Diqqət edin sahabənin  burada qarşı çıxdığı şey zikr deyil, zikrin formasıdır. Yəni Rəsulullahın  əmr etmədiyinin etmələridir.
    Belə düşüncəli insanlar etdikləri bu cür əməllərin Allaha Rasulunun  və səhabələrinin əməl edib etmədiklərini yoxlamadan, mənəvi bir işarəylə özlərinə Allah tərəfindən bildirildiyini iddia edərsə dinin hansı vəziyyətə düşə biləcəyini təsəvvür edirsinizmi?

    Bəlkə də onlar, Quran və sünnətdən müəyyən sözləri götürərək, ayələrin nazil olma səbəbinə, Peyğəmbər  və sahabələrinin bundan nə anlayıb, necə əməl etdiyinə baxmadan, bu bidətləri üçün özlərinə müəyyən dəlillər tapa bilərlər. Ancaq Rəsulullahın  və Sahabələrin  hayatında bunun örnəyini tapa bilməzlər.
    Cənabı Haqq  buyurur ki:
    اَلْيَوْمَ اَكْمَلْتُ لَكُمْ دينَكُمْ وَاَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتى وَرَضيتُ لَكُمُ اْلاِسْلاَمَ دينً
    “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”
    وَمَا اتيكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهيكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللّهَ اِنَّ اللّهَ شَديدُ الْعِقَابِ
    “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.”
    وَاَنَّ هذَا صِرَاطى مُسْتَقيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبيلِه ذلِكُمْ وَصّيكُمْ بِه لَعَلَّكُمْ تَتَّقُونَ
    “ Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz.”
    لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيى مَنْ حَىَّ عَنْ بَيِّنَةٍ
    “Həlak olan apaçıq bir dəlillə həlak olsun və yaşayan da apaçıq bir dəlillə yaşasın”
    وَمَا اتيكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهيكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللّهَ اِنَّ اللّهَ شَديدُ الْعِقَابِ
    “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir..” buyurulur.
    قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونى يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَحيمٌ
    “De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” buyurulur.
    وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدى وَيَتَّبِعْ غَيْرَ سَبيلِ الْمُؤْمِنينَ نُوَلِّه مَا تَوَلّى وَنُصْلِه جَهَنَّمَ وَسَاءَتْ مَصيرًا
    Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” buyurulur.
    Abdullah ibn Məsud dəlil göstərdiyi kimi sahihi Müslimdə zikr edilən Cibril hədisində Peyğəmbərimiz “siz onların namazlarının yanında öz namazınızı, oruçlarının yanında öz oruclarınızı, onların əməllərinin yanında öz əməllərinizi bəyənməyəcəksiniz.” dedikdən sonra “ Onlar oxun yaydan çıxdığı kimi dindən çıxarlar” deyə buyurmuşdur.
    Abdullah b. Məsud buyurdu ki; “Sünnətə tabe olun, özünüzdən bir şey icad etməyin. Bu sizə kifayətdir.”
    O halda kim dində yeni bir şey iddia edərsə Quran və sünnətdən dəlilini də ortaya qoymalıdır. Əgər bunu edə bilməsə tapmış olduğu o yeniliklə Allah  və Rasulunun sözünə etibar etmədiyini dəmək istəyir.
    Muvatta Əbu Hüreyrədən  bu hədisi nəql edir: Rəsulullah  bir gün məzarlığa gedir və belə deyir: “Əssəlamu aleykum ey möminlər topluluğunun diyarı. İnşəAllah bizdə sizə qovuşacağıq…” hədisin davamında bu vardır: “ (Qiyamət günündə) bir grup adamlar, sanki sahibsiz dəvələrin hovuz kənarından qovulub, uzaqlaşdırıldığı kimi mənim hovuzumdan uzaqlaşdırılacaqlar. Mən onlara: “Gəlin buraya, haraya gedirsiniz, gəlin, gəlin!” deyə səslənəcəyəm. Bunun üzərinə deyiləcək ki, onlar səndən sonra (dini) dəyişdirdilər. Mən də deyəcəyəm ki: “O halda onlar mənim hovuzumdan uzaq olsunlar! Uzaq olsunlar! Uzaq olsunlar!”
    İmam Şatıbi “əl-İtisam” adlı əsərində belə deyir: “İbadətlərdə bidət çıxaran firqələrin çoxu, zahidliyə və xalqdan ayrı münzəvi hayat yaşamağa çox düşgün insanlardan olur. Cahil və təcrübəsiz xalq da onların ardınca gedir. Əhli sünnət və cəmaatə bağlı olan insanı, Allahın yaratdıqlarının ən təqvalısı olsa da sadəcə avam birisi olaraq görərlər. Havas isə bax bu çoxluca ibadət edən kimsələrdir. Bu səbəbə görə onlarla qürur duyanlar və onların gettikləri tərəfə meyl edənlərin çoxunun onların ardınca getməyən digər insanları kiçimsədiklərini və onları öz nurlarından məhrum edilmiş insanlar olaraq qəbul etdiklərini görərsən.”
    Bidət və xurafatlar yahudilər, münafiqlər və xristian misyonerlər tərəfindən planlı bir şəkildə dinə əlavə edilməyə çalışılmış və bunda da olduqca müvəffəqiyyət qazanmışlar.
    Sadəcə İslam düşmənləri deyil bəzən dini yanlış anlayan bəzi müsəlmanlar da bu bidət və xurafatları sanki körükləmişlər. Kimisi öz qənaətinə əsasən bidət olmadığına inandığı və yeni bir çığır olduğunu düşündüyü şeylərin bidət olaraq yerləşməsinə səbəb olmuş, kimisi müsəlmanları Quran və zikrə yönəldəcəyini hesab edərək bidətlər uydurmuşdur.
    Zaman keçdikcə yuxarda zikr edilən qaydalara tabe olunmaması səbəb ilə bidət və xurafatlar insanlar arasında dindənmiş kimi yerləşir. Bunun nəticəsində də müsəlamanlar tövhidi inanclarından uzaqlaşaraq pozulmuş dini təməl qaydalarını mənimsəmişlər.

    ŞAM YANDIRMAQ
    İslamda məscid divarında, qəbir daşında, məzar daşında, şam yandırılsın deyə bir əmr yoxdur. Bu adət, Müsəlman Türklərə Məcusilərdən və Xiristiyanlardan keçmişdir.
    Başdaşında, məzar daşında şam yandıran insan, oradaki ölüdən nə isə gözləməkdədir və ya onunla bütünləşdiyini ya da onun yandırdığı işığı təqib ettiyini, onunla həmdəm olduğunu düşünməktədir, bu böyük bir xətadır və şirkdir. İslama görə insan, ancak Allaha sığınar. Odan başqa varlıqlardan mədət ummaq yanlışdır. Bu etibarla qəbirlərdə şam yandırma adəti yanlış bir inancdır, xurafatdir.

    ƏSGİ BAĞLAMAQ
    Çağdaş Altaylı Şamanistlərin inandıqları "İzi"lər, Göktürklərin bıraxdıqları yazılarda ümumən "Yer-su" ilə ifadə edilmişdir. Göktürklər bu "Yer-su" deyilən ruhları, Türk yurdunun qoruyucusu sayılardı. Onların inanışlarına görə bu “İzi”lər insandan qurban istəyirlər. Qurban etməyənlərə zərərləri toxunur. Ancaq bu ruhlar çox qənaətkardırlar. Bunları, bir əsgi parçası, bir tutumluq at tükü hətta qurban niyəti ilə atılan bir daş parçası ilə də razı salmaq mümkündür.”
    Türklər müsəlman olduqdan sonra da bu adətlərin təsirindən qurtula bilməmişlər. Övliya saydıqları insanların türbələrinə, orada bitən ağaclara, ya da o yerdə olan bəzi qayalara əsgi bağlamaq surətiylə köhnə adətlərini davam ettirmişlər. Halbu ki, belə bir adət İslamda yoxdur və bu bir xurafatdir.

    GÖZ DƏYMƏSİ
    Xalqımızın arasında "göz dəyməsi, gözə gəlmə" deyə adlandırılan bir "nəzər" inancı vardır. Nəzərə gələn kimsənin özünə, malına və ya əşyasına bir zarar gələcəyinə inanırlar. Bu səbəblə nəzərə gəlməkdən və təsirindən qorunmaq üçün bəzi tədbirlərə əl atırlar.
    Qorunma tədbirləri olaraq uşaqlara, at, dana, inək, ev, dükan, avtomobil və.s. kimi əşyalara göz muncuğu, at nalı, üzərlik otundan hazırlanan boyunbağılar taxılır. Özəlliklə uşaqlara qurd, ayı, qartal, leylək kimi hayvanların diş, dırnak və sümüklərindən düzəldilən göz muncuqları taxılmaqdadır. Beləcə nəzərin təsirindən qorunulacaqlarına inanılmaqdadırlar. Nəzərə gəlməkdən xilas olmaq üçün nəzər muncuqları taxılmaqda, ya şam yandırılmaqda, nəfəsi ağır (!) mollalara dua oxudulmaqdadır. Bazı bölgələrimizdə də "duz dolyıb yandırılmada", "un yandırılmaqdadır" , "üzərlik otu" yandırılaraq dumanı ilə tüstülənilməktədir və bütün bu sadalananlar hamısı bir xurafatdir.
    Nəzər və təsiri inkar edilməz bir gerçəkdir. Bu barədə aşağıda verilən ayə və hədislər mövzunu açıqlamaq baxımından yetərli olacaqdır.
    وَاِنْ يَكَادُ الَّذينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ اِنَّهُ لَمَجْنُونٌ (51)
    "Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər."
    Hz. Aişənin  nəql etdiyi bir hədisdə də Hz. Peyğəmbər "Nəzərdan Allaha sığının, çünkü nəzər (göz dəyməsi) haqdır." buyurmuşdur.
    Rəsulullahım  nəzərə qarşı, "Ayətül Kürsü ilə İxlas və Muavvizəteyn (yəni Fəlaq və Nas) surələrini oxumuş və ashabına da bunları oxumalarını tövsiyyə etmişdir.
    İslam alimləri, nəzərin təsirindən qorunmaq və ya nəzərə gəlindiyi halda isə qurtulmaq üçün Qələm surəsinin 51 və 52-ci ayələrinin oxunmasını da tövsiyyə etmişlər.

    FALA BAXMAQ
    İslam Dininə görə hansı şəkildə olursa olsun, fala baxdırmaq və falçıların söylədiklərinə inanmaq haram və xurafatdir.
    يَا اَيُّهَا الَّذينَ امَنُوا اِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْاَنْصَابُ وَالْاَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
    "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!"
    Bu barədə Peyğəmbərimiz Hz. Muhamməd  də belə söyləmişdir: "Quşun ötməsindən, uçmasından uğursuzluq qəbul etmək, kiçik daşlar (noxud, paxla, lobya, qəhvə və s.) ilə fala baxmaq, qum üzərində xətlər çizmək, bunlardan gələcəyə dair hökümlər çıxarmaq sehr və kahinlik növündəndir."

    QƏBİRƏ DUA
    İslamda dilək və istəklər sadəcə Allaha ərz edilir. Allahdan başqasına sığınmaq və Ondan qeyrisindən məğfirət diləmək doğru deyildir. Duanın özü gerçək olmasına rəğmən, duaya bir sürü batil hərəkətlər əlavə etmişlər.
    Bazıları dua edərkən sanki dava edirmiş kimi bağırıb çığırır. Kimisi dua etmək üçün türbələrə, ziyarətgahlara gedir. Kimisi də məzarlara əlini üzünü sürtməkdə, türbələrin divar və pəncərələrini öpməkdədir. Bir yığın tapınma hərəkətləri yerinə yetirməkdədirlər.
    Bu hərəkətlərin hamısı yanlışdır və batildir. Dua etmək üçün qəbr üstünə, ziyarətgaha, pirə getməyə gərək yoxdur. Qəbirdə yatan ölülər insanların diləklərini yerinə yetirə bilməzlər. Dua edən insan ilə Allah arasında vasitə ola bilməzlər. Çünkü İslamda Allaha sığınmaq, Ona dua etmək üçün bir vasitəçiyə ehtiyac yoxdur. Qul, vasitəsiz Allaha müraciyyət edər. Buna görə hər hansı bir kimsə, "Filan ziyarətgaha getdim ona dua etdim o mübarək zatın istəyi ilə duam qəbul oldu" deyərsə bu şirkdir və caiz deyildir.
    Qəbirlər ölümü düşünmək, axirəti xatırlamaq və insanın hansı mövqedə olursa olsun bir gün gəlib məzarda yatan kimi torpaq olacağını görmək və ibrət almaq üçün ziyarət edilir. Bundan başqa yerinə yetirilən davranışlar bidətdir.
    İnsanın Uca Yaradıcısına qarşı etməli olduğu qulluq görəvlərindən biri də duadır. Sevgili Peyğəmbərimizin  bildirdiyinə görə "Dua bir ibadətdir"
    İnsan oğlu hansı cür inancı daşıyrsa daşısın, heç bir zaman dua etmək lüzumunu hiss etməkdən uzaq qalmamışdır. Çünkü insan oğlunun fitrəti tələb etdiyinə görə daima üstün bir qüdrətə bağlanmış, ona inanmış və ondan yardım diləmiştir. Bax dua, bu inancın dilə gətiriliş biçimidir. Əslinda dua, kəlimə anlamı baxımından, Allahdan yardım istəmək mənasını daşıyan "çağırmaq, dəvət etmək", "yardım və salamatçılıq istəmək" anlamlarına gəlməktədir.
    Muhamməd Hamdi Yazır duanı belə tərif etməkdədir.
    "Dua; kiçiyin böyükdən, acizin qadirdən hacət və arzusunu tələb və ricası deməkdir.”
    Dua etmək üçün müqəddəs kitabımız Qurani Kərimdə əmr və işarələr vardır. Uca Allah Mömin Surəsində belə buyurur:
    وَقَالَ رَبُّكُمُ ادْعُونى اَسْتَجِبْ لَكُمْ "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!.." وَاِذَا سَاَلَكَ عِبَادى عَنّى فَاِنّى قَريبٌ اُجيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْيَسْتَجيبُوا لى وَلْيُؤْمِنُوا بى لَعَلَّهُمْ يَرْشُدُونَ (186) " Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”
    اِنِ الْحُكْمُ اِلَّا لِلّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ
    “ Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər.”
    وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّهِ فَهُوَ حَسْبُهُ
    “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”

    O halda dua edərkən heç bir şeyi Allaha ortaq qoşmadan vasitəsiz olaraq ancaq ona güvənib və ondan gözləyərək boyun əyib istəməlidir. Çünkü acizə istəmək düşər. Qadirin isə vermək şanındandır. Şanı uca Allah daha yaxşı bilir.

    QƏBİRLƏRDƏ QURBAN KƏSMƏK
    Bir kimsə nəzir etdiyi qurbanını yalnız Allah üçün nəzir etməlidir. Allahdan geyrisinin adına qurban kəsilməz. İslamda bir məzara, bir qəbirə, təkkəyə və ya hansısa bir dövlət adamına qurban demək caiz deyildir. Çünkü qurban, vacib olan bir ibadət olmasına görə yalnız Allahın rızası üçün, Allahın adıyla kəsilir. Qəbirlərə qurban kəsmək adəti İslamdan öncəki qövmlərin müşrik adətlərindəndir. İslam dini qəbirlər üzərində qurban kəsməyi yasaqlamışdır.
    Hz. Muhamməd bir hadislərində: "Qəbirlər üzərində qurban kəsmək İslamiyətdə yoxdur" buyurmuşdur. Buna görə İslam dinində olmayan bir adəti varmış kimi qəbul etmək bidət olub, böyük bir mənəvi sorumluluğu vardır.
    Bir müsəlman qurban edərkən diləyinin olmasını Allahdan deyil, bir qəbirdən və ya türbədən umarsa küfrə girər. İslamda Allaha təzim və itaət üçün heç bir vasitəçiyə lüzum yoxdur. Mömin, Rəbbina qarşı təşəkkürünü, qulluğunu vasitəsiz ərz etməlidir. Necə ki, beş vaxt namazın hər rəkatında Fatihə surəsini oxuyarkən 5-ci ayədə: "Biz ansaq Sənə qulluq edirik və yalnız Səndən yardım diləyirik" deyirik. Çünkü İslam əsaslarına görə Allahdan başqasına qulluq etmək, ilahi təqdiri başqasından gözləmək caiz deyildir. Allahın təqdir ettiyi şeyin heç bir şəkildə dəyişməsinə imkan yoxdur. Nəzir, ilahi iradəni dəyişdirməz və bunu etmək bidəttir.

    QƏBİRLƏR ÜZƏRİNDƏ BİNA TİKMƏK
    ـ5470 ـ وعن جابرٍ رَضِيَ اللّهُ عَنْه قال: نَهى رَسُولُ اللّهِ # أنْ يُجَصَّصَ الْقَبْرُ، وَأن يُبْنَى عَلَيْهِ، وأنْ يُقْعَدَ عَلَيْهِ، وأنْ يُكْتَبَ عَلَيْهِ، وَأنْ يُوطأ. أخرجه الخمسة إ البخاري . 7. (5470)-
    Hz. Cabir rəvayət edir: "Rəsulullah  qəbrin əhənglənməsini, üzərində bina tikilməsini, üzərində oturulmasını, üzərində yazı yazılmasını və ayaqla basılmasını yasaqladı."
    ـ5469 ـ وعن أبي الْهَيَّاجِ ا‘سْدى قال:قَالَ لي عَلِيٌّ رَضِيَ اللّهُ عَنْه: أَ أبْعَثُكَ عَلى مَا بَعَثَنِي عَلَيْهِ رَسُولُ اللّهِ ؟ قَالَ: اِذْهَبْ، فََ تَدَعْ تِمْثَاً إّ طَمَسْتَهُ، وََ قَبْراً مُشْرِفاً إّ سَوَّيْتَهُ. أخرجه مسلم وأبو داود والترمذي .6. (5469)-
    Əbu'l-Həyyac əl-Əsədi rəvayət edir: "Mənə, Hz. Ali : "Rəsûlullahin  məni göndərmiş olduğu şey üçün mən də səni göndərimmi?" diyə sordu və Rəsûlullahın ona:
    "Haydı get, qırmadığın büt, yerlə bərabər etmədiyin yüksək qəbir buraxma!" dediyini anlatdı."

    Peyğəmbərimiz  və səhabeyi kiram dönəmində qəbirlər üzərində bina inşa etmək, yazılar yazmaq və məscid tikmək kimi bir davranış görülməməktədir. Bu yeniliklər daha sonraki dönəmlərdə ucaltma xəstəliyinin bir təzahürü olaraq tətbiq edilməyə başlanmış və cığırından çıxaraq bu günkü vəziyyətə gəlib çıxmışdır. İnsanlar cahiliyətin təsiri ilə çox sevdikləri alimləri və vəli olduğuna inandıqları şəxslərin məzarlarını məscidlər halına gətirmiş, dua edilən yerlər, bərəkət umulan Allahın rızasına çatmaq üçün vəsilə qəbul edilən yerlər halına gətirmişlər. Bəzı alimlər məzar daşlarına ad yazıla bilinəcəyini söyləməktədirlər. Bəlki bu məzarın tamamən yox olması və yaxınlarının o məzarı ziyarəti ilə alacağı ibrətin və sevdiyi əqrabasını yanında hiss etməsi baxımından qəbul edilmişdir (ən düzünü Allah bilir).” Ancaq məzar üzərində kümbəzli binalar inşa etmək bu gün olduğu kimi oraların şirk məkanı halına gəlməsinə səbəb ola bilər. Bu təhlikəni bilən Peyğəmbərimizin bu barədəki həssasiyyətini yuxarıdaki hədisi şərifdən anlıyırıq.




    Musab KÖYLÜOĞLU

    Buxari –Müslim
    Müslim
    Abdullah ibni sələmə – Həysəmi –H.sahabə
    Əbul Bahtəri-Tabərani- H.sahabə
    Maidə 5/3
    Haşr 59/7
    Ən’am 6/153
    Ənfal 8/42
    Haşr surəsi 59/7
    Al-i İmran 3/31
    Nisa 4/115
    Həysəmi 1/82
    Buxari Kitabu’r-Rikak
    Əl-İ’tisam (Bidətlər karşısında Kitap və Sünnətə Baylılıqda Metod)– İmam Şatıbi s.139
    XURAFATLAR və mənşələri s.39
    Qələm 51
    (İbn Macə, 2/1159 Hadis No: 3508)
    (Təcrid tərcəməsi, 12/90, Hadis No: 3508)
    (Maidə Sûrəsi, Ayət: 90).
    Riyazü's-Salihin, c. 3, Hadis No: 1702.
    Təcrid-i Sarih, c. 12, s. 360.
    Hak Dini Quran Dili, M.Hamdi Yazır, c. 3, s. 2194.
    Mömin 60
    Bəqərə 186
    Yusuf 67
    Talaq 3
    Fəthu'l Kəbir, c. 3, s. 347.
    [Müslim, Cənaiz 94, (970); Əbu Davud, Cənaiz 76, (3225, 3226); Tirmizi, Cənaiz 58, (1052); Nəsai, Cənaiz 96, (4, 86, 88).]
    [Müslim, Cənaiz 93, (969); Əbu Davud, Cənaiz 72, (3218); Nəsai, Cənaiz 99, (4, 88, 89).]
    [Müslim, Cənaiz 106, (977); Əbu Davud, Cənaiz 81, (3235); Tirmizi, Cənaiz 60, (1054); Nəsai, Cənaiz 100, (4, 89).]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xurafatlar ( hurafeler )

          Kategori: Dualar, Ayetler, Hadisler

          Konuyu Baslatan: Öze®

          Cevaplar: 2

          Görüntüleme: 2164





    Yadima Düsende Alagözlerin Göydeki Ulduzdan Allam Xeberi Neyleyim Menden Kesipsen Nezerin Ayriliq Ayriliq Aman Ayriliq Herbir Dertten Olar Yaman Ayriliq

  2. #2
    Watan - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.09.2008
    Mesajlar
    1.458
    Konular
    151
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    598
    @Watan

    Standart

    çok güzel bir konuya değinmişsin abimcan. ama daha neler war neleeer...

  3. #3
    Ayqiz - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.09.2008
    Mesajlar
    239
    Konular
    81
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    582
    @Ayqiz

    Standart

    ben hurefelere inanmam aydinlatici bir konu emegine saqlik teşekkürler abim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş