“Poylu” arxının illərdən bəri təmizlənməməsi şəhərdə infeksion xəstəliklərin yayılmasına gətirib çıxarsa da, rayon rəhbərliyi tədbir görmür Qazax rayonunda evlər su altında qala bilər. Bu barədə redaksiyamızın ünvanına gələn şikayət məktubunda bildirilir. Qazax şəhəri, Azadlıq küçəsi 143, 145, 147 və 149 ünvanında yaşayan sakinlərin imzaladıqları məktub ciddi bir problemi ortaya çıxarıb. Sakinlərin sözlərinə görə, həmin küçədən keçən “Poylu” arxı illərdən bəri təmizlənmədiyindən

Bu konu 1744 kez görüntülendi 0 yorum aldı ...
Qazaxda evlər su altında qala bilər 1744 Reviews

    Konuyu değerlendir: Qazaxda evlər su altında qala bilər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1744 kez incelendi.

  1. #1
    CiLqiN-GözDé - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    23.01.2009
    Yaş;
    31
    Mesajlar
    2.509
    Konular
    489
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    100
    @CiLqiN-GözDé

    Standart Qazaxda evlər su altında qala bilər

    “Poylu” arxının illərdən bəri təmizlənməməsi şəhərdə infeksion xəstəliklərin yayılmasına gətirib çıxarsa da, rayon rəhbərliyi tədbir görmür

    Qazax rayonunda evlər su altında qala bilər. Bu barədə redaksiyamızın ünvanına gələn şikayət məktubunda bildirilir. Qazax şəhəri, Azadlıq küçəsi 143, 145, 147 və 149 ünvanında yaşayan sakinlərin imzaladıqları məktub ciddi bir problemi ortaya çıxarıb.

    Sakinlərin sözlərinə görə, həmin küçədən keçən “Poylu” arxı illərdən bəri təmizlənmədiyindən məcrasından çıxaraq, bağları gölməçəyə çevirib: “Bizim dəfələrlə başda rayonun icra hakimi Rauf Hüseynov olmaqla rayon rəhbərliyi qarşısında bu arxla bağlı məsələ qaldırmağımıza rəğmən, illərdən bəri ciddi problem içində qalmaqdayıq. “Poylu” arxı son 10 ildə bir dəfə də olsun təmizlənmədiyindən gələn su məcrasından çıxaraq, bizim bağlarımızı basmış, evlərimizi də qurunt sularından uçmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Hazırda həyətyanı sahələrimizin 2/3 hissəsi yararsız haldadır. Arxdan gələn çirkli sular, zibilliklər və kanalizasiya artıqları, o cümlədən çətənə kökləri, ilanlar-qurbağalar həyətlərimizi “işğal etmişdir”. Neçə illərdən bəri bar verən meyvə ağaclarımız son 3-4 ildə qurumuş, dillərə dastan olan bağlarımızdan əsər-əlamət qalmamışdır. “Poylu” arxının məcradan çıxması həm də buraya malyariya kimi xəstəliklərin yol tapmasına səbəb olmuşdur. Kəndli olaraq, həyətimizdə kənd təsərrüfatı ilə də məşğul olaraq, günlük ehtiyaclarımızı qarşılamağımız da imkansız hala gəlmişdir”.

    Sakinlər bildirirlər ki, rayon rəhbərliyinə son üç ildə 352 məktub, 167 teleqramla müraciət edilsə də, Rauf Hüseynov rəhbərliyindəki Qazax İcra hakimiyyəti bu məsələyə laqeyd münasibət bəsləyir: “Artıq bəzi evlərin “podval”ına qurunt sularından girmək belə olmur və qurunt suları evlərdə çatlar yaradıb. Evlərimiz hər an su altında qala və ya uça bilər. Əlacımız üzüldüyü üçün Azərbaycan Prezidentindən yardım istəyirik”.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qazaxda evlər su altında qala bilər

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: CiLqiN-GözDé

          Cevaplar: 0

          Görüntüleme: 1744

    .






    .




    .






    DoqRuLuquna inanabiLécéqin Ték RoMan,
    Kéndi HayaTınDıR...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş