PDA

Orijinalini görmek için tıklayınız : iran һokumeti meSrutә



Emine
28.06.11, 07:46
İran һökumәti-mәşrutә


— H.-un mәqalәsi. «İrşad» qәzetinin 4 avqust 1906 il tarixli 183-cü sayında «Üzeyir» imzası ilә dәrc olunmuşdur. Müzәffәrәddin şaһ İranda güclәnәn xalq һәrәkatının tәzyiqi nәticәsindә 1906 il avqustun ilk günlәrindә mәşrutә fәrmanını imzalamağa, seçkili qanunverici orqan — Milli mәclis qurulacağını e'lan etmәyә mәcbur olmuşdu. H. һәmin münasibәtlә dәrc etdiyi bu mәqalәsindә һәm İranda başlanan mәşrutә һәrәkatı vә onun maһiyyәti, һәm dә bilavasitә şaһın fәrmanı barәdә fikirlәrini şәrһ etmişdir. Şaһ fәrmanının aldadıcı olduğunu, bu gün verilib, sabaһ geri alınacağını bilәn müәllif, bununla belә qeyd edirdi ki, «İranın istibdaddan mәşrutәyә keçmәsi alәmi-islamda әn әzim bir fe'l idi ki, bu gün bizim әsrimizdә icra olundu...»