İntelligent Hәsәn
— «O olmasın, bu olsun» musiqili komediyasında personaj. İ. H.-nin simasında H. әsrin әvvәllәrindәki Azәrb. ziyalıları arasında digәr bir ideya cәrәyanının—ruspәrәstlәrin xarakterini açıqlamışdır. Rza bәy kimi İ. H. dә cәmiyyәt üçün eyni dәrәcәdә anlaşılmayan adam vә yad ünsürdür. Onun öz «alimliyini» sübut etmәk üçün rus vә әcnәbi sözlәri ilә doldurduğu nitqi eyni zamanda bu personajın boş, mәnasız daxili alәmi һaqqında da tәsәvvür yaradır. Özünü әsl ziyalı, fikir vә ideya adamı kimi tәqdim etmәyә çalışan İ. H. dә komediyadakı digәr «intelligent» yoldaşları kimi eyni dәrәcәdә Mәşәdi İbadın pul kisәsinә bağlıdır. Müәllif İ. H.-i ironik boyalarla tәqdim etmәklә yanaşı onun nitqini fәrdilәşdirmәk yolu ilә personajı daһa görümlü vә cәmiyyәt üçün sәciyyәvi şәkildә tәqdim etmәyә nail olmuşdur. Qeyd etmәk lazımdır ki, İ. H.-in monoloqları әsәrin digәr mәrkәzi personajlarının — Mәşәdi İbadın vә Rüstәm bәyin xarakterlәrini açıqlamağa da kömәk edir. İlk tamaşadan (1911) başlayaraq bu rolu, әsasәn H. Terequlov ifa edirdi. Görkәmli sәnәtkar M. Mәrdanov eyni adlı filmdә İ. H.-in yüksәk bәdii-estetik sәviyyәli ekran surәtini yaratmışdır. .