PDA

Orijinalini görmek için tıklayınız : «İlk Azәrbaycan xalq xoru»



Emine
28.06.11, 06:59
«İlk Azәrbaycan xalq xoru»


—H.-un mәqalәsi. «M. Maqomayev adına Azәrbaycan Dövlәt Filarmoniyası» mәcmuәsindә (B., 1938) rus dilindә çap olunmuşdur. Mәqalәdә 1920—30-cu illәrdә Azәrb. musiqi sәnәtinin böyük yüksәlişi, yeni janr, ifaçılıq vasitәlәri ilә zәnginlәşmәsi, musiqi kollektivlәrinin, o cümlәdәn çoxsәsli xorun yaradılması, Azәrb. vokal sәnәtinin spesifik xüsusiyyәtlәri göstәrilmişdir. Müәllifin 1926 ildә ADK-nda təşkil etdiyi ilk çoxsәsli xorun «Azәrb. xalqına çoxsәsli xor, polifoniya lazım deyil» deyәnlәrin ciddi müqavimәtinә rast gәlәrәk dağılması vә 1936 ildә filarmoniya nәzdindә ilk dövlәt xorunu tәşkil etmәsi qeyd olunmuşdur. H. bu xor üçün xalq maһnılarının һarmonizә etmә üsulunu, eyni zamanda improvizasiya xüsusiyyәtinin saxlanmasını şәrһ etmiş, xorun repertuarından danışmışdır.