http://img121.imageshack.us/img121/6865/shovgat.jpg BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ Azərbaycanın böyük bəstəkarı, musiqi ictimai xadimi, bəstəkarlarımızın bütöv bir nəslini yetişdirmiş gözəl pedaqoq Cövdət Hacıyevin bu il 85 yaşı tamam oldu. Lakin çox təəssüf ki, nəinki bəstəkarın özü üçün, bəlkə də daha artıq dərəcədə Azərbaycan musiqi mədəniyyəti üçün əsl tarixi əhəmiyyətə malik bu yubileyi onun öz iştirakı ilə qeyd etmək qismət olmadı. Anadan olduğu günə düz beş ay qalmış Cövdət

Bu konu 2057 kez görüntülendi 1 yorum aldı ...
Lalə HÜSEYNOVA 2057 Reviews

    Konuyu değerlendir: Lalə HÜSEYNOVA

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2057 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Lalə HÜSEYNOVA



    BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ


    Azərbaycanın böyük bəstəkarı, musiqi ictimai xadimi, bəstəkarlarımızın bütöv bir nəslini yetişdirmiş gözəl pedaqoq Cövdət Hacıyevin bu il 85 yaşı tamam oldu. Lakin çox təəssüf ki, nəinki bəstəkarın özü üçün, bəlkə də daha artıq dərəcədə Azərbaycan musiqi mədəniyyəti üçün əsl tarixi əhəmiyyətə malik bu yubileyi onun öz iştirakı ilə qeyd etmək qismət olmadı. Anadan olduğu günə düz beş ay qalmış Cövdət müəllim dünyasını dəyişdi.

    Sirr deyil ki, son illər Cövdət müəllim əsas etibarilə ailə üzvləri ilə ünsiyyət edirdi: onu konsertlərdə, tədbirlərdə və yaxud illər boyu dərs dediyi Konservatoriyada çox nadir halda görmək olardı. Buna səhhəti imkan vermirdi. Lakin bu böyük şəxsiyyətin, şəksiz nüfuz sahibinin sadəcə varlığı belə XX əsrin əvvəllərində başlanan musiqi intibahımız ilə canlı əlaqə yaradırdı. Məlumdur ki, nəinki gənc bəstəkarlar, habelə musiqidə öz sözünü demiş yaşlı nəslin nümayəndələri də öz yeni əsərlərini Cövdət müəllimə göstərir, onun rəyini eşitmək istəyirdilər. Cövdət müəllimin vəfatı ilə elə bil bizim ötən əsrin nəhəng musiqi epoxası ilə canlı əlaqəmiz də qırıldı…

    Cövdət Hacıyev XX əsrdə Azərbaycanda təməli Üzeyir bəy tərəfindən qoyulan möhtəşəm musiqi sarayını inşa edənlərdən, ucaldanlardan biri idi. O, yeni forma və biçimdə intibaha başlayan Azərbaycan musiqisinin təşəkkülündə öz sözünü demiş, öz təkrarolunmaz üslubunu yaratmışdı. Ilk növbədə isə Cövdət Hacıyev bütün ömrü boyu ali, yüksək ideallara sədaqətlə xidmət edib, vətəndaşlıq qayəsini hər şeydən üstün tutan və buna görə də bizlərə daim örnək olan əsl ziyalılıq mücəssəməsi idi.

    Deyirlər ki, dahiləri zaman, dövr özü yetişdirir, özü seçir. Keçən əsrin 30-cu illərində Cövdət Hacıyev kimi böyük istedadın musiqiyə gəlişi çox təbii və qanunauyğun idi. Çünki bu dövr, Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövr idi və musiqi həyatına yeni qədəm basan gənclərə, «Koroğlu»nun ölməz melodiyaları ilə böyüyüb tərbiyə alan cavan kadrlara böyük ümidlər bəslənilirdi. Bu yeni nəsil artıq XX əsrin müasir, mürəkkəb ruhunu dərindən duyub təcəssüm etdirmək, yeni üslub və cərəyanları əxz etmək iqtidarında idi.

    Cövdət Hacıyevin iki dahi müəllimi olub - Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç. Bu dahilərin hər birindən C.Hacıyev ən qiymətli ənənələri əxz edib, bəstəkarlığın müxtəlif sirlərinə yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdur. 1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə dostları - Qara Qarayev, Zakir Bağırov və b. ilə birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyalarına getdi. Bu səfərlər onun qarşısında milli musiqinin dərin, açılmamış qatlarını açır. 1938-ci ildə Qara Qarayevlə birgə Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəl qiliyin təcəssümünə yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviçin sinfində C.Hacıyevin şəxsiyyət kimi formalaşması başa çatır. Şostakoviç məktəbinin təsiri Hacıyevin bütün yaradıcılığında - istər monumental simfonik konsepsiyalarda, istərsə də kamera - instrumental əsərlərdə özünü büzurə verir. Dərin psixologizm, intellektual təfəkkür, ciddi və dəqiq dramaturji inkişaf xəttləri, həyat təzadlarının qabardılması - bütün bunları Hacıyev - simfonist Şostakoviçdən əxz etmişdi. C.Hacıyevin yazdığı kimi «hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi - bu ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə, bacardığımızdan da çox etməyə can atırdıq». Öz növbəsində D.Şostakoviç də daim yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki himayədarlıq edirdi.

    Ömrünün son günlərinədək D.Şostakoviç Cövdət Hacıyevlə səmimi dostluq əlaqələrini saxlamışdı. Məhz Şostakoviçin sinfində iki böyük sənətkarın - Q.Qarayevlə C.Hacıyevin dostluğu möhkəmlənmiş, bərkimişdi. 1967-ci ildə həmin bu gündə Qara Qarayev öz dostuna belə yazmışdı: «Əziz qardaşım və dostum! Sənin 50 illiyini təbrik etmək məqamı da gəlib çatdı. Bu 50 ildən qırxını biz çiyin-çiyinə keçirmişik və həyatda, sənətdə həqiqət naminə çalışmışıq. 40 il bir yerdə. Bizim günlərdə belə sadiq dostluqla kim öyünə bilər? Mən səni çox görkəmli, yüksək istedadlı, yaradıcılıqda heç bir güzəşt bilməyən bəstəkar kimi yüksək qiymətləndirirəm. Mən bizim dostluğu da taleyin mənə bəxş etdiyi nadir sevinclərdən biri hesab edirəm. Bu dostluğu mən daim qoruyacam və onu övladlarımıza miras qoymağa çalışacağam.»

    Cövdət Hacıyev, sözün əsl mənasında simfonik təfəkkürlü bəstəkar idi. Yüksək ideyaları, təzadlı mövzuları iri planda şərh etmək meyli onun yaradıcılıq təxəyyülündə simfonik başlanğıcın üstün mövqe tutmasını şərtləndirmişdir. «Böyük fəlsəfi ümumiləşdirmələr» janrı kimi tarix boyu cilalanmış simfoniyaya dönə-dönə müraciət edən bəstəkar hər yeni əsərində əsrlər boyu formalaşmış bu strukturun yeni şərhini axtarmış, onun dramaturgiyasına, formasına özününkünü əlavə etməyə çalışmışdır. Bəstəkarın ilk iri əsəri də birhissəli simfoniya olmuşdur. Doğrudur, bəstəkar bu əsərini 8 simfoniyasının sırasına daxil etməmişdir, lakin bu əsər gənc bəstəkarın simfonik özünüifadə meylindən açıq-aşkar xəbər verirdi.

    C.Hacıyevin 1 saylı simfoniya kimi təqdim etdiyi əsər isə ilk dəfə 1944-cü ildə dinləyicilərin mühakiməsinə verilib. Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyünün proqramında ifa edilmiş bu əsər ilk Azərbaycan simfoniyalarından biri idi. Bu simfoniya Ü.Hacıbəyov, R.Qliyer və S.Vasilenko kimi bəstəkarlar tərəfindən mətbuatda yüksək qiymətləndirilmişdi. Gənc bəstəkar isə özünün «Ən mühüm nəticə» başlıqlı məqaləsində belə yazmışdı: «Mən özümün gələcək fəaliyyətimə üç əsas tələbi irəli sürürəm - xəlqilik, millilik və sənətkarlıq.» Ömrünün sonuna kimi də C.Hacıyev bu tələblərə sadiq qalmışdı.

    Bəstəkarın növbəti uğuru 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı «Vətən» operası oldu. Ağır müharibə illərində tamaşaya qoyulmuş və «Koroğlu» operasının ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər C.Hacıyevin yaradıcılığında bu janrın yeganə nümunəsidir. Bütövlükdə o dövrün yaradıcılıq eksperimenti kimi maraq doğuran operanın bir çox səhifələri indi də gözəlliyini və təravətini itirməmişdir. Bu operaya görə müəlliflər SSRI Dövlət mükafatına layiq görülmüşlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Lalə HÜSEYNOVA

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2057


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Cövdət Hacıyevin yetkinlik yolunda növbəti uğuru 1947-ci ildə diplom işi kimi yazılmış 3 saylı «Gənclik» simfoniyası oldu. Gənclik tərafəti ilə aşıb-daşan bu əsəri musiqi ictimaiyyəti yüksək qiymətləndirdi. Bəstəkarın şəxsi arxivində D.Şostakoviçin ona yazdığı belə bir məktub var: «Əziz Cövdət, məktubunuzu almamışdan azca əvvəl Niyazinin idarəsi ilə Sizin simfoniyanızın 1-ci hissəsini dinləmişdim, gözəl səslənir. Mənə son dərəcə həyati təsir bağışladı». Lakin onu da xatırlatmaq lazımdır ki, bu gözəl əsəri tənqid edib, formalizmdə günahlandıranlar da tapıldı. 1948-ci ildə Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin «çox məşhur» bir qərarında D.Şostakoviç və S.Prokofyev kimi sənətkarlar «başda» olmaqla bir çoxlarını formalizmdə suçladılar. C.Hacıyev də belə bəstəkarların sırasına düşdü. Əlbəttə, bu gələcəyə böyük ümidlə baxan gənc bəstəkar üçün güclü sarsıntı idi. Lakin mənəvi zərbə bəstəkarı ruhdan salmadı. Əksinə, C.Hacıyevin sonrakı əsərləri Azərbaycan m usiqisinin qızıl fonduna daxil oldu.

    C.Hacıyev yaradıcılığının yetkinlik dövrü Azərbaycan musiqi mədəniyyətinin çiçəklənmə dövrünə - 50-ci illərə təsadüf edib. Bəstəkar bu illərdə iki şah əsərini - «Sülh uğrunda» simfonik poemasını və IV simfoniyasını yazır. 1951-ci ildə ilk dəfə səslənən «Sülh uğrunda» poeması parlaq milli koloriti, orijinal musiqi proqramı, bənzərsiz üslübü ilə tezliklə ölkənin sərhədlərini aşdı, Çexoslovakiyada, Polşada, Bolqarıstanda özünə çoxsaylı pərəstişkarlar tapdı. Bu əsərə görə bəstəkar II dəfə SSRI Dövlət mükafatına layiq görüldü.

    1956-cı ildə bəstəkarın qələmindən çıxan IV simfoniya respublikanın musiqi həyatında hadisəyə çevrildi. Bu əsər Azərbaycan musiqi tarixində yeni, bütöv bir mərhələni açdı. Simfoniya sözün əsil mənasında vətənimizin qanlı tarixi, acılı-ağrılı, şirinli günləri, qəhrəmanlıq səhifəsi haqqında bütöv bir dastan, ürəkdən gələn bir hekayətdir. Əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayında ifa olunub. Daha sonra onu böyük dirijorumuz Niyazinin idarəsi ilə Moskva Dövlət Filarmoniyasının orkestri çalmış və bu əsərlə SSRI Bəsətəkarlarının III Qurultayı açılmışdı. Şostakoviç bu simfoniyanı yüksək qiymətləndirərək belə yazmışdır: «Cövdət Hacıyevin simfoniyası ölkəmizdə son dövrdə yazılmış ən yaxşı simfonik əsərlərdən biridir».

    Cövdət Hacıyev bu möhtəşəm musiqi lövhəsində bütün əsrlər boyu sənətkarları narahat edən həyat və ölüm, mübarizə və həqiqət kimi bəşəri suallara öz cavabını axtarır. Dördüncü simfoniyanın dili müasir olduğu qədər də millidir. Məlumdur ki, onun intonasiya özəyini «Bayatı-Şiraz» muğamı təşkil edir. Bəstəkar muğam ilə simfoniya qovşağında xalq, Vətən obrazını fəlsəfi-epik ümumiləşdirmələr səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur.

    Muğam təfəkkürü C.Hacıyevin sonrakı simfoniyalarında da özünü bariz büruzə verir. «Insan, Yer, Kosmos» adlanan V simfoniyanın 7 fəsildən ibarət quruluşu vahid muğam kompozisiyasını xatırladır. Simfoniyanın gərgin inkişaf yekunu isə paklığa, xeyirxahlığa, saf mənəviyyata himn kimi qavranılır. Müasir dövrün ən mühüm problemləri öz vətənini coşğun, saf məhəbbətlə sevən vətəndaş sənətkarın daim diqqət mərkəzində durmuşdur. Milləti , torpağı ilə qırılmaz tellərlə bağlı olan bəstəkar Azərbaycanın təhlükəli, çətin anlarında da öz vətəndaşlıq mövqeyini son illər yaratdığı iki böyük əsərində - «Zirvələrə» adlanan VI və Kamera orkestri üçün «Şəhidlər» simfoniyalarında parlaq təcəssüm etdirmişdir. Cövdət müəllim özünün son 8 saylı simfoniyasını ölkəmizin Prezidenti, cənab Heydər Əliyevə həsr etmiş və əsəri əmin-amanlığımızın rəhni kimi müdrikcəsinə «Onu zaman seçib» adlandırmışdır.

    C.Hacıyevin musiqi ictimai xadim kimi fəaliyyəti də son dərəcə önəmli olmuşdur. O, uzun illər - 1957-ci ildən 1969-cu ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışdığı zaman burada Azərbaycan xalq musiqisi kafedrası açılmış, Konservatoriyanın nəzdində Opera studiyası, habelə xalqın ən müxtəlif təbəqələrini musiqi sənətinə cəlb edən Xalq Konservatoriyası yaradılmışdır.

    Cövdət Hacıyev Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. O, 40 ildən çox işlədiyi Konservatoriyanın bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə etmiş, yüksək keyfiyyətli musiqiçi kadrları hazırlamışdır. Hazırda bəstəkarlıq məktəbimizin parlaq nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Nəriman Məmmədov, Cavanşir Quliyev və başqaları məhz Cövdət Hacıyevin tələbələri olmuşlar.

    Cövdət Hacıyevin zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə, klassikasına çevrilmişdir. Bu musiqi zaman keçdikcə bizləri daim saflığa, paklığa, insanlığa səsləyəcək, yüksək və ali sənətə, onun ideallarına sədaqətlə xidmətin ən parlaq nümunəsi olacaq.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş