Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu (18.9.1885, Şuşa qәzasının Ağcabәdi k.—23.11. 1948, Bakı) — Azәrb. bәstәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim. Müasir Azәrb. professional musiqisinin vә milli operasının banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq art. (1938), Azәrb. EA akad. (1945). Prof. (1940). Stalin mükafatı laureatı (1941, 1946). Azәrb Bәstәkarlar İttifaqının sәdri (1938—48), ADK-nın rektoru (1928 —29; 1939—48), Azәrb. EA İncәsәnәt

Bu konu 1957 kez görüntülendi 0 yorum aldı ...
Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu 1957 Reviews

    Konuyu değerlendir: Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1957 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu



    Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu

    (18.9.1885, Şuşa qәzasının Ağcabәdi k.—23.11. 1948, Bakı) — Azәrb. bәstәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim. Müasir Azәrb. professional musiqisinin vә milli operasının banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq art. (1938), Azәrb. EA akad. (1945). Prof. (1940). Stalin mükafatı laureatı (1941, 1946). Azәrb Bәstәkarlar İttifaqının sәdri (1938—48), ADK-nın rektoru (1928 —29; 1939—48), Azәrb. EA İncәsәnәt İn.-tunun direktoru (1945—48) olmuşdur.

    H. kәnd mirzәsi ailәsindә doğulmuş, valideynlәri Ağcabәdidәn Şuşaya köçdükdәn sonra ilk tәhsilini buradakı ikisinifli rus—Azәrb. mәktәbindә almışdır. Şuşanın zәngin musiqi ifaçılıq әnәnәlәri H.un musiqi tәrbiyәsinә müstәsna tәsir göstәrmişdir. Onun ilk musiqi müәllimi Azәrb. xalq musiqisinin gözәl bilicisi, dayısı A.Әliverdibәyov olmuşdur.

    H. 1897—98 illәrdә Ә.Haqverdiyevin rәhbәrliyi vә Cabbar Qaryağdı oğlunun ifası ilә Şuşada göstәrilәn "Mәcnun Leylinin mәzarı üstündә" sәhnәciyindә xorda iştirak etmişdi. O, 1899—1904 illәrdә Qori müәllimlәr seminariyasında tәhsil almışdır. Seminariyanı bitirdikdәn sonra H.1904 ildә Cәbrayıl qәzasının Hadrut k.nә müәllim tәyin edilmişdi.

    H. 1905 ildә Bakıya köçәrәk Bibiheybәtdә, sonralar isә "Sәadәt" mәktәbindә dәrs demiş, 1907 ildә Bakıda Azәrb. dilindә "Hesab mәsәlәlәri" vә "Mәtbuatda istifadә olunan siyasi, hüquqi, iqtisadi vә әsgәri sözlәrin türki-rusi vә rusi-türki lüğәtini" nәşr etdirmişdir. H. bәdii yaradıcılığa publisistika ilә başlamışdır. O, "İttihad" , "Hәyat", " İrşad" , "Tәrәqqi" , "Hәqiqәt" , "İqbal" , "Yeni iqbal" qәzetlәrindә vә "Molla Nәsrәddin" jurnalında "Ordan-burdan" , "O yan bu yan" vә s. başlıqlar altında "Ü" , "Filankәs" vә s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik mәsәlәlәrinә dair çoxlu mәqalә, felyeton vә satirik miniatürlәr dәrc etdirmişdir. H.un 1908 il yanvarın 12-dә (yeni tәqvimlә 25-dә) Bakıda "H.Z.Tağıyevin teatrında göstәrilәn "Leyli vә Mәcnun" operası ilә tәkcә Azәrb.deyil, bütün müsәlman Şәrqindә opera sәnәtinin әsası qoyulmuşdur; operanın librettosunu H. Füzulinin eyniadlı poeması әsasında yazmışdır. H. 1909—15 illәrdә bir-birinin ardınca "Şeyx Sәnan" (1909), "Rüstәm vә Söhrab" (1910), "Şah Abbas vә Xurşid Banu" (1912), "Әsli vә Kәrәm" (1912), "Harun vә Leyla" (1915) muğam operalarını bәstәlәmişdir. O, Azәrb.da musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mәtnini dә özü yazmışdır). Onun " Әr vә arvad" (ilk tamaşası —1910), "O olmasın, bu olsun" (ilk tamaşası—1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan әvvәlki Azәrb. mәişәti, xalq adәt vә әnәnәlәri öz әksini tapmışdır.

    H. 1912 ildә musiqi tәhsilini artırmaq üçün Moskvaya getmiş, hәmin il burada filarmoniya cәmiyyәtinin musiqi kurslarında (solfecio üzrә N. M. Laduxindәn, harmoniya üzrә N. N. Sokolovskidәn dәrs almışdır). 1914 ildә isә Peterburq konservatoriyasında oxumuşdur (konservatoriyada harmoniya üzrә müәllimi N. A. Rimski-Korsakovun tәlәbәsi V. P. Kalafati idi.Fp. vә orqan üzrә dәrslәri görkәmli müәllimlәr V. V. Şerbaçov vә Y. Y. Qandşin aparırdı). Peterburq dövrü H.-un yaradıcılığında mühüm rol oynamış, o, " Arşın mal alan" musiqili komediyasını mәhz burada yaratmışdır. Lakin Birinci Dünya müharibәsinin başlanması vә maddi çәtinliklәr H.u tәhsilini yarımçıq qoymağa mәcbur etdi.

    H. 1918—20-ci illәrdә ADR hakimiyyәti dövründә "Azәrbaycan" qәzetindә fәaliyyәt göstәrmişdir. Onun bu illәrdәki fәal әdәbi yaradıcılığı mәhz bu qәzetlә bağlıdır. H.un yazıları hәr gün, yaxud günaşırı "Azәrbaycan" qәzetindә çap olunurdu; bәzәn bir nömrәdә iki yazısı müxtәlif imzalarla çıxırdı. Qәzetin ilk redaktoru H.-un kiçik qardaşı Ceyhun bәy olmuşdu. H.un özü isә 1919- cu ilin yanvarından 1920 ilin aprelin 27- ә qәdәr qazetin müdiri olmuşdur. H. qәzetә rәhbәrlik edәrәk onun ideya istiqamәtini müәyyәnlәşdirmiş, Azәrbaycanın müstәqilliyinin möhkәmlәnmәsinә kömәk etmişdir. Qәzetdә H.-un "Partiyalarımıza" , "Tarixi günümüz" , "Andronikin mәsәlәsi" , "Vәzifәmiz nәdir" , "Lәnkәran faciәsi" , "Kim nәyin fikrindә imiş" , "Qarabağ" , "İçimizdәki denikinlәr" , "Ermәnistan vә Azәrbaycan münasibәti" "Tәәssürat" vә s. bir sıra yazılar çap edilmişdir. H. 1921ci ildә Bakıda azәrb. tәlәbәlәr üçün ilk musiqi mәktәbini — Azәrb. Dövlәt Türk Musiqi Mәktәbini (sonralar texnikum) tәşkil etmişdir; texnikum (ilk direktoru H. olmuşdur) 1926 ildә ADK ilә birlәşdirilmişdir. 1926 ildәn ADK-da fәaliyyәt göstәrәn H. burada nәzәriyyә, harmoniya, Azәrb. musiqisinin әsasları fәnlәrindәn dәrs demiş, konservatoriya yanında ilk çoxsәsli Azәrb. xor kollektivi yaratmışdır. Lakin bu xor tezliklә dağılmış, sonralar H.-un tәşәbbüsü ilә 1936 ildә Azәrb. Dövlәt Filarmoniyası nәzdindә yenidәn tәşkil olunmuşdur. O, 1927 ildә M. Maqomayevlә birgә ilk "Azәrbaycan türk el nәğmәlәri" mәcmuәsini nәşr etdirmişdir.

    H. 1931 ildә Azәrb. Radio Komitәsi yanında ilk notlu xalq çalğı alətlәri ork. tәşkil etmişdir. Ork.in repertuarına M. Qlinka, V. Motsart, F. Şubert, C. Bize vә b.nın әsәrlәri ilә yanaşı, H.un bu ork. üçün 1931 —32 illәrdә bәstәlәdiyi 1-ci ("Çahargah" ) vә 2-ci ("Şur" ) fantaziyaları daxil idi. Ork.ә ilk vaxtlar H. özü dirijorluq etmişdir. H.un kamera instrumental әsәrlәri içәrisindә skripka, violonçel vә ork. üçün bәstәlәdiyi "Aşıqsayağı" (1931) triosu Azәrb. musiqisində ilk ansambl pyeslәrindәndir. H. әski sovet dövründә yaradıcılığı kütlәvi mahnı janrı ilә başlamışdı ("Süvari mahnısı" , "Pilotlar" ). O, 30-cu illәrdә bir neçә kantata Firdovsinin 1000 illiyinә (1934), M. F.Axundova hәsr olunmuş "Ölmәz sәnәtkar" (1938) vә s. yazdı. 1937 il aprelin 30da AOBT-nda ilk dәfә tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H. İsmayılov vә M. S. Ordubadinindir).

    H.Böyük Vәtәn müharibәsi illərindә "Çağırış" , "Yaxşı yol" , "Ananın oğluna nәsihәti" , "Şәfqәt bacısı" , "Döyüşçülәr marşı" vә s. vәtәnpәrvәr ruhlu mahnılar, elәcә dә xalq çalğı alәtlәri ork. üçün "Cәngi" (1941) pyesini, "Vәtәn vә cәbhә" (1942) kantatasını bәstәlәmişdir. Onun bu illәrdә yaratdığı vokal musiqi әsәrlәri içәrisindә Nizami Gәncәvinin anadan olmasının 800 illiyinә hәsr etdiyi "Sәnsiz" (1941) vә "Sevgili canan" (19431 romans qәzәllәri xüsusi yer tutur. H. hәyatının son illәrindә "Firuzә" operası üzәrindә işlәmişdir. Bu bitmәmiş operadan tәkcә Firuzәnin ariyası qalmışdır. H. Azәrb. Resp. Dövlәt himnlәrinin (1945, 1992) musiqisinin müәllifidir.

    H. Azәrb. musiqisindә köklü dönuş yaratmış dahi bәstәkardır. O, 19 әsrin әvvәllәrinәdәk şifahi xalq musiqi sәnәti şәklindә mövcud olan Azәrb. milli musiqisini Qәrbi Avropa, rus bәstәkarlıq mәktәblәrinin nailiyyәtlәri, forma vә janrları ilә zәnginlәşdirmişdir. O, öz opera vә musiqili komediyalarında, elәcә dә digәr janrlarda yazdığı musiqi әsәrlәrindә Şәrq vә Qәrb musiqi sistemlәrinin üzvi vәhdәtini yaratmağa nail olmuşdur. H. vaxtilә Şәrq vә Qәrb musiqi mәdәniyyәtlәri arasında keçilmәz sayılan sәddi aradan götürmüş, Azәrb. vә ümumiyyәtlә Şәrq musiqisinin gәlәcәk inkişaf perspektivlәrini, estetik prinsiplәrini müәyyәnlәşdirmişdir. H. öz musiqisindә Azәrb. xalq musiqisinin bütün janrlarının, mahnıların, rәqslәrin, muğam vә aşıq yaradıcılığının üslub xüsusiyyәtlәrini birlәşdirәrәk özünün orijinal üslubunu, Üzeyir üslubunu yarada bilmişdir. H. әsәrlәrinin formasının klassik aydınlığı, biçimliliyi vә xalq mahnısı ilә bağlı olan melodiyanın böyük üstünlüyü bu üslubun xarakter xüsusiyyәtlәridir. Azәrb. musiqisinin beynәlmilәl әhәmiyyәt kәsb edәrәk, yeni pillәyә qalxmasında H.un böyük rolu vardır.

    Azәrb. musiqisinin xüsusiyyәtlәrinin H. tәrәfindәn dәrin elmi tәhlili milli musiqi dilinin vә ümumiyyәtlә musiqimizin inkişafı üçün qüvvәtli nәzәri әsas olmuşdur. H. hәm dә böyük musiqişünas alim idi. O, müasir Azәrb. elmi musiqişünaslığının әsasını qoymuş, musiqiyә dair çoxlu mәqalәlәr yazmış, tәdqiqatlar aparmışdır. "Azәrbaycan xalq musiqisinin әsasları" (1945) fundamental tәdqiqat әsәrindә o, xalq musiqisinin nümunә vә formalarının dәrin tәhlilinә әsaslanaraq, qәdim tarixә malik Azәrb. musiqisinin qanunauyğunluqlarını, milli xüsusiyyәtlәrini göstәrmişdir. H. istedadlı bәstәkarlar, musiqişünaslar nәsli yetişdirmişdir. Q. Qarayev, F. Әmirov, Niyazi, S. Hacıbәyov vә b. H.-un tәlәbәlәri olmuşlar.

    H.-un formaca milli, ruhәn beynəlmiləl musiqisi ümumdünya şöhrәti qazanmış, dünya musiqi mәdәniyyәtinin qızıl fonduna daxil olmuşdur. D. Şostakoviç, T. Xrennikov, Q. Qarayev kimi görkәmli musiqi xadimlәri H.-un sәnәtkarlığından bәhs edәrkәn bәstәkarı әski sovet musiqisinin gәlәcәk inkişafına böyük tәsir göstәrәn sәnәtkar kimi qiymәtlәndirmişlәr. T. Xrennikov onu "professional Şәrq musiqisinin atası" adlandırmışdır. H.-un "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, әrәb, fars, polyak, rus, Ukrayna, belorus, gürcü vә s. dillәrә tәrcümә edilmiş, bir çox şәhәrlәrdә, o cümlәdәn Moskva, Nyu-York, Paris, London, Tehran, İstanbul, Qahirә, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest vә s. yerlәrdә tamaşaya qoyulmuşdur. "O olmasın,bu olsun" musiqili komediyası Zaqafqaziya, Dağıstan, Orta Asiya, Türkiyә, Bolqarıstan, İran vә Yәmәndә, "Koroğlu" operası isә Aşqabadda (1939, türkmәn dilindә), Yerevanda (1942, ermәni dilindә), Daşkәnddә (1950, özbәk dilindә) sәhnәyә qoyulmuşdur. H.-un "Arşın mal alan" musiqili komediyası 1916 (rej. Belyakov), 1917 (rej. B. Svetlov), 1945 (rej.lar R. Tәhmasib, N. Leşşenko) vә 1965 (rej. T. Tağızadә) illәrdә, "0 olmasın, bu olsun" (rej. H. Seyidzadә)1956 ildә ekranlaşdırılmışdır. " Arşın mal alan" (1945) filminin bir qrup yaradıcısı vә iştirakçısı, o cümlәdәn H. Stalin mükafatına layiq görülmüşdür. "Arşın mal alan" ın motivlәri üzrә ABŞda (1937) da film çәkilmişdir.

    H. SSRİ Ali Sovetinin deputatı (1 vә 2-ci çağırış) olmuşdur. O, bir sıra orden vә medallarla tәltif edilmiş, ADK-na (1949) vә Azәrb. Dövlәt Simf. Ork.nә (1944) H.un adı verilmişdir. 1966—70 illәrdә Azәrb.da H. adına Resp. Dövlәt mükafatı tәsis edilmişdi. Şuşada (1965) vә Bakıda (1975) H.-un ev muzeylәri açılmIşdır. Bakıda (1960, tunc, qranit, heykәltәraş T. Mәmmәdov) vә Şuşada (1985; tunc, qranit, heykәltәraş Ә.Salikov) heykәli ucaldılmışdır (tәәssüflә qeyd edilmәlidir ki, Şuşadakı heykәl ermәni işğalçıları tәrәfindәn güllәbarana mәruz qalmış vә böyük çәtinliklә Bakıya gәtirilmişdir). F. Әmirov skripkalar, violonçel vә 2 fp. üçün "Üzeyir Hacıbәyova ithaf" (1949) poemasını yazmışdır. "Azәrbaycanfilm" kinostudiyasında 2 seriyalı "Üzeyir ömrü" (1982; ssenari müәllifi vә quruluşçu rej. Anar) rәngli bәdii televiziya filmi çәkilmişdir. 1983—85 illәrdә H.un musiqi әsәrlәrinin akademik nәşrinin I—3 cildlәri ("Leyli vә Mәcnun" operasının partiturası vә klaviri, "Koroğlu" operasının 1—3cü pәrdәlәrinin partiturası) çap olunmuşdur.

    H.-un anadan olmasının 100, 110 illik yubileylәri böyük tәntәnә ilә keçirilmiş, dünyanın bir sıra, şәhәrlәrindә yubiley gecәlәri tәşkil olunmuşdu. YUNESKO-nun qәrarı ilә H.un 100 illik yubıleyi beynәlxalq miqyasda qeyd edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1957


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş