PDA

Orijinalini görmek için tıklayınız : Hacıbәyov qardaşlarının opera- operetta artistlәri dәstәsi



Emine
21.06.11, 17:32
Hacıbәyov qardaşlarının opera- operetta artistlәri dәstәsi

Hacıbәyov qardaşları müdiriyyәti — 1914 ildә "Nicat" cәmiyyәti ilә H. arasında "Leyli vә Mәcnun» operasına sahiblik haqqında münaqişәdәn sonra yaranmış müstәqil müsәlman opera-operetta artistlәri truppası. Truppaya Üzeyir vә Zülfüqar Hacıbәyov qardaşları rәhbәrlik edirdi. "Açıq söz" qәzeti bu barәdә ilk xәbәrindә yazmışdı: "Üzeyir bәy Hacıbәyov tәrәfindәn öz tәhti-darәsindә olmaq üzrә "Hacıbәyov qardaşlarının opera-operetta dәstәsi" adında bir truppa tәşkil edilibdir. Mәşhur artistlәrimizin hamısı hәmin dәstәyә daxildir. Dram artistlәrindәn Abbas Mirzә Şәrifzadә dәxi Üzeyir bәy tәrәfindәn cәlb edilib, rejissorluq cәhәti ona tapşırılıbdır..." ("Açıq söz", 1916, 31 avqust,). Truppa hәm Bakıda tamaşalar verir, hәm dә Qafqazın bir çox şәhәrlәrinә qastrol sәfәrlәrnnә gedirdi. Truppanın repertuarında "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Aşıq Qәrib" vә s. operalar, "Әr vә arvad", "Evliykәn subay", "Arşın mal alan", "O olmasın, bu olsun" vә s. musiqili komediyalar var idi. ADR süqut edәn gün — 1920 il aprelin 28dә tәcili iclas çağırılmış vә neçә illәr uğurla fәaliyyәt göstәrәn müdiriyyәt, guya "mövqeyi etibarini itirdiyi" üçün lәğv edilәrәk, әvәzinә "Türk aktyorları ittifaqı" yaradılmışdı.