1-ci qrup kisileri- don juandirlar-Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər.Bu qrupa daxil olan bütün kişiıər özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər

Bu konu 4336 kez görüntülendi 0 yorum aldı ...
kisilerin qan qrupuna gore xasiyyetleri 4336 Reviews

    Konuyu değerlendir: kisilerin qan qrupuna gore xasiyyetleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4336 kez incelendi.

  1. #1
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.508
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    559
    @K_H-zade

    Standart kisilerin qan qrupuna gore xasiyyetleri

    1-ci qrup kisileri- don juandirlar-Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər.Bu qrupa daxil olan bütün kişiıər özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir.

    2-ci qrup kişiləri-Gülərüz və inadkardırlar-İkinci qan qrupu olan kişilər vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu kişilər öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun kişiləri utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər.




    3-cü qan qrup kişiləri-Leyli və Məcnunu keçirlər-Üçüncü qan qrupu kişilər həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Bu qrup kişilər öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər önəmli olmur. İncəsənətə meylli olurlar və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan kişilərdən yaxşı dost çıxar.



    4-cü qan qrup kişiləri-Hisslərinin əlində acizdirlər-Dördüncü qan qrupu kişilər hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar.
    Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus kişilər qərar verməkdə olduqca çətinlik çəkirlər


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: kisilerin qan qrupuna gore xasiyyetleri

          Kategori: Burçlar Alemi & Astroloji

          Konuyu Baslatan: K_H-zade

          Cevaplar: 0

          Görüntüleme: 4336


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş