Әdәn Milli Dram Teatrı
— Yәmәn Әrәb Resp.-nın Әdәn ş.-ndәdir. 1980 ildә yaradılmışdır. 1981 ilin martında H.-un «O olmasın, bu olsun» musiqili komediyası әrәb һәyatına tәbdil edilәrәk teatrın sәһnәsindә «Şeyx Ubad» adı ilә tamaşaya qoyulmuşdur. Komediyanın personajlarının adı әrәb adlarına uyğunlaşdırılmışdı. Әsәri әrәb dilinә Ömәr Abdulla Saleh, şerlәri Әli-Şaab Mәhәmmәd tәrcümә etmişdi. Tamaşanın qurluşçu rej. Әflatun Ne'mәtzadә idi.