PDA

Orijinalini görmek için tıklayınız : Elçin



Emine
17.05.11, 16:08
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]


Elçin


(Elçin İlyas oğlu Әfәndiyev; d. 1943)—yazıçı, әdәbiyyatşünas, tәnqidçi, ictimai xadim. Filologiya e.n. (1970). Azәrb. әmәkdar inc. xad. (1985). Azәrb. Yazıçılar İttifaqının katibi (1975 ildәn), "Vәtәn" cәmiyyәtinin sәdri (1987 ildәn), Azәrb. Resp. Baş nazirinin müavini (1993 ildәn). Sosial-mәnәvi problemlәrә hәsr olunmuş hekayә, povest vә romanların, elәcә dә elmi monoqrafiyaların, әdәbi-tәnqidi mәqalәlәrin, esselәrin müәllifidir.

Elmi fәaliyyәtindә H. yaradıcılığının tәdqiqi әhәmiyyәtli yer tutur, bu mövzuda bir çox mәqalәlәr yazmışdır. "Üzeyir Hacıbәyovun publisistikasına bir nәzәr" ("Bәstәkarın vәtәndaş sözü") monoqrafiyasında bәstәkarın publisistikası dövrün ümumi әdәbi kontekstindә götürülmüş, çoxsaylı mәqalә vә felyetonlarının timsalında Azәrb. әdәbi-ictimai fikrini düşündürәn bir sıra ciddi problemlәrin onun publisistikasında necә әks olunması araşdırılmış, Azәrb. ictimai fikir tarixindә H.-un yeri müәyyәnlәşdirilmişdir. Әsәrdә H. publisistikasının sәnәtkarlıq xüsusiyyәtlәrinin tәhlilinә dә geniş diqqәt yetirilmişdir. Monoqrafiya әdәbi-elmi ictimaiyyәt tәrәfindәn H.-şünaslıqda әhәmiyyәtli hadisә kimi qiymәtlәndirilmişdir. Azәrb. mәdәniyyәti vә onun klassiklәri haqqında mәqalәlәrindә dә H.-un yaradısılığı ilә bağlı ayrı-ayrı mәqamlara toxunulur..