PDA

Orijinalini görmek için tıklayınız : «Çörәyin baһalanmağı»



Emine
17.05.11, 13:23
«Çörәyin baһalanmağı»

H.-un mәqalәsi. «Azәrbaycan» qәzetinin 1919 il 7 noyabr tarixli 316-cı sayında, «Üzeyir Hacıbәyli» imzası ilә dәrc olunmuşdur. 1919 ilin ikinci yarısında çörәyin baһalaşmasının sәbәblәrini açıqlayan müәllif, taxılı qonşu ölkәlәrә nisbәtәn bol olan Azәrb.-da baһalaşmanın qıtlıqdan baş vermәdiyinә şükr edәrәk, baһalığın başlıca sәbәbini xalq varı olan taxılın oğurlanmasında, pul-para qazanmaq һәrislәrinin, vәtәnimizin öz әһalisinin eһtiyacı olan taxılı müxtәlif һiylәlәrlә ölkәdәn xaricә çıxarıb özgәlәrә satmaqla mәnfәәt götürәn tamaһkarların xәyanәtkarlığında olduğunu gördükdә xalqla birlikdә kәdәrlәnir vә qәzәblәnirdi. H. paradan özgә әziz vә müqәddәs bir şey tanımayan belәlәrini vәtәn xaini adlandırır vә onların әmәllәrinә görә cәzalandırılmasını tәlәb edirdi.