Çәmәnzәminli Yusif Vәzir
(tәxәllüsü; әsl adı vә soyadı Yusif Mirbaba oğlu Vәzirov; 1887— 1943) — yazıçı, әdәbiyyatşünas, publisist. Realist һekayәlәrin, tarixi romanların ("Qızlar bulağı", "Qan içindә" vә s.) müәllifi kimi tanınmışdır. Ç. һәmyerlisi H.-un yaxın dostu idi. "Leyli vә Mәcnun" operasının ilk tamaşasından (1908) sonra әsәr üzәrindә aparılan yaradıcılıq vә tәkmillәşdirmә işlәri Ç.-nin gündәliyindә qeydә alınmışdır. Gündәlikdәki qeydlәr Ç.-nin Üzeyir bәylә, ümumiyyәtlә, Hacıbәyov qardaşları ilә yaradıcılıq әlaqәlәri saxladığını da göstәrir. H. "Azәrbaycan" qәzetinin redaktoru olarkәn (1919—20), Ç. burada ADR.-in xarici siyasәtinә dair silsilә mәqalәlәr dәrc etdirmişdir; H. onun redaksiyanın işindә fәal iştirakına imkan yaradırdı. Azәrb.-da musiqinin vә opera sәnәtinin inkişafına sevinәn Ç. bu saһәdә H.-un xidmәtini xüsusi qeyd edәrәk yazırdı: "Musiqimiz millәtimizin şan vә adıdır, onun tәrәqqisi bizim nüfuzumuzu qonşularımız arasında artırır. Musiqarımız Üzeyir Hacıbәyov cәnablarının qәdrini bilib, onun alәmi-islamda ilk opera vücüdә gәtirmәsini tәşviq etmәlidir..." (Azәrb. EA Әlyazmalar İn-tu, Arxiv 26, q. 3 (71).