Ermeni Tecavüzü Münaqişənin helli prosesi 1992 28 fevral - Praqada ATƏT-in Ali Ranqlı Rəsmi Şəxslər Komitəsinin 7-ci görüşü. Bu görüşdə tərəflər Azərbaycanın Dağlıq Qarabağ regionunda dərhal atəşkəs rejimi tətbiq etmək, daxili və xarici sərhədlərin toxunulmamazlığına hörmət etmək, onları yalnız dinc yolla və ümumi razılıqla dəyişdirmək və düşmən təbliğatının bütün növlərindən tam imtina edilməsi də daxil olmaqla hər cür ərazi iddialarından imtina etmək əzmində olduqlarını

Bu konu 1838 kez görüntülendi 0 yorum aldı ...
Ermeni Tecavüzü Münaqişənin helli prosesi 1838 Reviews

    Konuyu değerlendir: Ermeni Tecavüzü Münaqişənin helli prosesi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1838 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ermeni Tecavüzü Münaqişənin helli prosesi

    Ermeni Tecavüzü Münaqişənin helli prosesi

    1992
    28 fevral - Praqada ATƏT-in Ali Ranqlı Rəsmi Şəxslər Komitəsinin 7-ci görüşü. Bu görüşdə tərəflər Azərbaycanın Dağlıq Qarabağ regionunda dərhal atəşkəs rejimi tətbiq etmək, daxili və xarici sərhədlərin toxunulmamazlığına hörmət etmək, onları yalnız dinc yolla və ümumi razılıqla dəyişdirmək və düşmən təbliğatının bütün növlərindən tam imtina edilməsi də daxil olmaqla hər cür ərazi iddialarından imtina etmək əzmində olduqlarını bildirdilər.
    24 mart - Helsinkidə ATƏT-in birinci əlavə görüşü. ATƏT-in himayəsi altında Dağlıq Qarabağ münaqişəsi üzrə konfrans çağrılması qərara alınmışdır.
    1993-cü il
    6 aprel - BMT-nin Təhlükəsizlik Şurasının sədri Kəlbəcərin işğal edilməsini pisləyən bəyanat vermişdir. 25-29 aprel - İslam Konfrası təşkilatı Ermənistanın Azərbaycana qarşı son hücum əməliyyatlırı və Azərbaycan ərazilərinin işğal edilməsini qətiyyətlə pisləyən qətnamə qəbul etmişdir.
    30 aprel - BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kərbəcərdə və Azərbaycanın son vaxtlarda işğal edilmiş digər ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 №-li qətnamə qəbul etmişdir.
    11 iyun - Şimali Atlntika Əməkdaşlıq Şurası (ŞAƏŞ) aşağıdakı məzmunda bəyanat vermişdir: "Biz BMT-nin Təhlükəsizlik Şurasının 822 №-li qətnaməsini ürəkdən bəyənirik. Bu qətnamə münaqişədə iştirak edən bütün tərəflər və ölkələr tərəfindən tamamilə və dərhal yerinə yetirilməlidir. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın son vaxtlarda işğal edilmin digər rayonlarından çıxarılmasına çağırırıq".
    29 iyul - BMT Təhlükəsizlik Şurası "İşğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının son vaxtlarda işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və danışıqsız çıxarılmasını" tələb edən 853 №-li qətnamə qəbul etmişdir.
    18 avqust - BMT Təhlükəsizlik Şurası sədri bəyanatla çıxış etmişdir.
    14 oktyabr - BMT Təhlükəsizlik Şurası "ATƏT-in Minsk Qrupunun Razılaşdırılmış Qrafikində nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal yerinə yetirilməsinə, o cümlədən yaxın vaxtlarda işğal edilmiş ərazilərdəki işğalçı qüvvələrin oradan çıxarılmasına" çağıran 874 №-li qətnamə qəbul etmişdir.
    11 noyabr - BMT Təhlükəsizlik Şurası 884 №-li qətnamə qəbul etmişdir. Qətnamədə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, mülki əhaliyə hücumlar edilməsi, Azərbaycan Respublikasının ərazilərinin bombardman edilməsi pislənilmiş, işğalçı qüvvələrin zəngilan rayonu ərazisindən və Horadizdən çıxarılması, Azərbaycan Respublikasının-in son vaxtlar işğal edilmiş digər regionlarından işğalçı qüvvələrin çıxarılması tələb edir.
    1994-cü il
    10-11 yanvar - ŞAƏŞ üzvü olan ölkələrin dövlət və hökumət başçıları bəyanat qəbul edərək "Ərazi əldə etmək üçün qüvvədən istifadə edilməsini pisləmiş, Ermənistanın, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət edilməsi regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar edilməsi üçün zəruri olması " bildirilmişdir. 15 aprel - MDB iştirakçısı olan ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmamazlığına hörmət edilməsi barədə MDB-nin Deklarasiyası qəbul edilmişdir. Ermənistan MDB-nin iştirakçısı olduğu halda bu deklarasiyaya qoşulmayan yegan ölkə olmuşdur.
    12 may - Atəşkəs haqqında Saziş qüvvəyə minmişdir.
    9-10 iyun - Şimali Atlantika Şurasının nazirlər səviyyəsində müşavirəsi Deklarasiya qəbul etmişdir. Nazirlər "Razılaşmışlar ki, münahişənin tədricən həll edilməsinə doğru aparan addım-addım sülh prosesi, o cümlədən münaqişənin yayılmaması və qoşunların işğal edilmiş ərazilərdən çıxarılması və köçkünlərin BMT Təhlükəsizlik Şurası qətnamələrinə müvafiq olaraq öz yerələrinə qaytarılmasından ötrü zəruri şərait yaradılması üçün səmərəli atəşkəs və komprmis ruhunda kostruktiv danışıqlar aparılması vacibdir"
    5-6 dekabr - ATƏT-in Budapeşt Sammini. "Dağlıq Qarabağ münaqişəsi barədə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi haqqında " qərar qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq "Silahlı münaqişənin dayandırılması baradə siyası saziş bağlaılması üçün çevik danışıklar aparılmasına dair Minsk Konfransının həmsədrlər təssisatı yaradılmışdır. Bu danışıklar münaqişənin bütün tərəflər üçün doğulduğu əsas nəticələri azaldar və Minsk Konfransını çağırmağa imkan verər. Beləliklə Budapeşt Sammiti tənzimləmə prosesi üçün iki mərhələli hüquqi hədlər müəyyən etmişdir: 1) birinci mərhələ- sazişin yerinə yetirilməsi yolu ilə silahlı münaqişənin nəticələrinin azaldılması, yəni işğal olunmuş ərazilərin tam azad edilməsi və zorla köçürülmüş şəxslərin öz yerlərinə qaytarılması; 2) İkinci mərhələ- münaqişənin tam və hərtərəfli tənzimlənməsi üçün Minsk Konfransının çağırılması ". Budapeşt Sammiti həm də siyasi saziş bağlanandan sonra ATƏT-in sülhyaratma işinin təsis olunması haqqında qərar qəbul etmişdir.
    1995-ci il
    Münaqişəyə son qoyulmasına dair sazişin hazırlanması ilə bağlı danışıqlar aparılmışdır.
    1996-cı il
    2-3dekabr - ATƏT-in Lissabon Sammiti. ATƏT-in sədri tərəfindən verilmiş bəyanat Ermənistan müstəsna olmaqla ATƏT-in üzvü olan bütün 53 dövlət tərəfindən dəstəklənmişdir. Bəyanat Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsinin 3 prinsipinə aiddir: 1) Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2) Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcədə muxtariyyət verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilir; 3) Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilir, o cümlədən tənzimləmənin şərtələrinə bütün tərəflərin riayət etməsinin təmin olunması barədə qarşılıqlı öhdəliklər götürülür.
    1997-ci il
    22 aprel - Avropa Şurasının Parlament Assambleyası Zaqafqaziyada münaqişələrə dair 1119 №-li qətnamə qəbul etmişdir. Qətnamədə göstərilir ki, regiondakı münaqişələrin tənzimlənməsi 1975-ci il Helsinki yekun aktında və 1990-cı il Paris xartiyasında müəyyən edilmiş prinsiplər əsasında həyata keçirilməlidir: Sərhədlərin toxunulmamazlığı; münaqişənin əhatə etdiyi ərazilərdəki bütün insanlar üçün təhlükəsizliyə təminat, o cümlədən beynəlxalq sülhyaratma qüvvələrindən istifadə edilmiklə təminat verilməsi; Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu münaqişələrə cəlb edilmiş bütün tərəflər arasında danışıqlar yolu ilə müəyyən edilməlidir; Qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ və onların insan hüquqları baxımından reinteqrasiyası. 1 iyun - Həmsədr münaqişənin tənzimlənməsi üçün "Kompleks plan" təqdim etmişdir. Bu təklifin əsas ideyası qarşıdurmanın iki əsas məsələsi barədə paralel danışıqlar aparılmasından ibarətdir: Silahlı qüvvələrin işğal edilmiş regionlardan çıxarılması və Dağlıq Qarabağın sratusunun müəyyən edilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq Azərbaycan həmin planı bəzi qeyd-şərtlərlə qəbul etmişdir.
    19 sentyabr - Həmsədr münaqişənin "addım-addın tənzimlənməsi" planını təqdim etmişdir. Bu plana əsasən münaqişənin aşağıdakı sxem üzrə iki mərhələdə tənzimlənməsi nəzərdə tutulurdu. Birinci mərhələdə işğalçı silahlı qüvvələr keçmiş DQMV ərazisində yerləşən altı rayondan (Laçın rayonu müstəsna olmaqla) çıxarılmalı, mülki əhali öz yerlərinə qaytarılmalı və komminikasıiya əlaqaləri bərpa edilməli; İkinci mərhələdə Dağlıq Qarabağın statusu, eləcə də Laçının və Şuşanın statusu müəyyən edilməlidir.
    1998-ci il
    9 noyabr - ATƏN-ni həmsədri münaqişənin tənzimlənməsi üçün "ümumi dövlət" adlanan yeni plan təklif etimşdir. Azərbaycan tərəfi bu planın danışıqlar üçün əsas kimi qəbul edilməsindən imtina etmişdir, çünki həmi plan beynəlxalq hüqüqün norma və prinsiplərinə, eləcə də milli qanunvericiliyə müvafiq deyildir. Azərbaycan münaqişənin addım-addım tənzimlənməsi planı barədə həmsədrin əvvəlki təklifi əsasında ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olduğunu təsdiq etmişdir.
    1999-2002-ci illər
    Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar. Prezidentlər 20 dəfədən çox görüşmüşlər, hələlik heç bir nəticə əldə edilməmişdir.
    2002-ci il
    12 iyul - Avropa İttifaqının və Azərbaycanın qarşılıqlı əlaqələr komitəsinin yekun sənədində Avropa İttifaqının münaqişənin dinc yolla tənzimlənməsinin əsası kimi Azərbacynın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq etmişdir. 2 avqust - Avropa İttifaqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunuda qaondarma "Prezident seçkiləri" keçirilməsini pisləmişdir.
    2003-cü il
    11 dekabr - Genevrədə Azərbaycan Prezidenti cənab İ.Əliyev Ermənistan prezidenti ilə ilk dəfə görüşmüşdür.
    2004-cü il
    29 oktyabr - BMT Baş Assambleyası özünün Baş Kommitəsinin tövsiyyəsinə müvafiq hərəkət edərək cari gündəliyə "Azərbaycanın işğıl edilmiş ərazilərində vəziyyət adlı əlavə bənd daxil edilməsi haqqında qərar qəbul etmişdir. Bu qərarın lehinə 43 səs, əleyhinə bir səs (Ermənistan) verilmiş, 99 dövlət bitərəf qalmışdır".
    2005-ci il
    25 yanvar - Avropa Şurasının Parlament Assambleyası cənab D.Atkinsonun hesabatına müvıfiq olaraq ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə barədə 1416 №li qətnamə qəbul etmişdir. 25 fevral - ATƏT-in Minsk Qrupu tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində təhqiqat barədə missiyanın hesabatı missiyanın rəhbəri xanım Emili Xaber tərəfindən imzalanmışdır.
    Xarici İşlər Nazirliyi



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermeni Tecavüzü Münaqişənin helli prosesi

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1838

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş