http://img69.imageshack.us/img69/3894/abdullazadegulnaz.jpg Abdullazadə Gülnaz Abutalıb qızı (d. 1946) - bəstəkar-musiqişünas, filosof. Fəlsəfə elmləri doktoru (1990), professor (1992). A. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır. "Musiqi sənətinin fəlsəfi mahiyyəti" (Bakı, 1985), "Musiqi, insan,

Bu konu 1381 kez görüntülendi 0 yorum aldı ...
Abdullazadə Gülnaz Abutalıb qızı 1381 Reviews

    Konuyu değerlendir: Abdullazadə Gülnaz Abutalıb qızı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1381 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Abdullazadə Gülnaz Abutalıb qızı



    Abdullazadə Gülnaz Abutalıb qızı

    (d. 1946) - bəstəkar-musiqişünas, filosof. Fəlsəfə elmləri doktoru (1990), professor (1992). A. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır. "Musiqi sənətinin fəlsəfi mahiyyəti" (Bakı, 1985), "Musiqi, insan, cəmiyyət" (Bakı, 1991), "Azərbaycan fəlsəfəsi" (həmmüəlliflə, Bakı, 1993), "Hegelin musiqi estetikası" (Bakı, 1999) monoqrafiyalarının müəllifidir.

    "Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti" (Bakı, 1983), "Qədim və orta əsrlərin musiqi mədəniyyəti" (Bakı, 1996) adlı monoqrafiyalarında; 4-7 noyabr 1997-ci ildə IV Uluslararası Türk Kültürü Konqresində "Üzeyir Hacıbəyovun milli musiqi haqqında estetik düşüncələri" (Ankara, Atatürk Kültür Mərkəzi), 13-16 noyabr 2002-ci ildə Uluslararası Avropada və Türk Cumhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində "Avropa not sistemli professional musiqinin Şərq şifahi ənənəli professional musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" (Ankara, Qazi Universiteti) adlı məruzələrində; "Üzeyir Hacıbəyov: Şərq-Qərb dialoqu" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), III buraxılış, Bakı, Elm, 1999) və "Avropa not sistemli professional musiqinin Şərq şifahi ənənəli professional musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), V buraxılış, Bakı, Elm, 2004) məqalələrində "Hacıbəyov" fenomeninə tarixi-nəzəri və elmi qiymət verilmiş, onun həyatı, yaradıcılığı, Şərq-Qərb musiqi mədəniyyətinin inteqrasiyası prosesində oynadığı rol tədqiq edilmiş, Azərbaycan muğam ladlarının sistemləşdirilməsinin özünəməxsusluğunun üslub cəhətləri və s. problemlərə dair tarixi və nəzəri cəhətdən münasibət bildirilmişdir. .


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Abdullazadə Gülnaz Abutalıb qızı

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1381


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş