CÜCƏ KABAB
Lazım olan ərzaqlar:
Cücə - 285 q.
Xama - 10 q.
Limon - 1/2 əd.
və ya narşərab - 25 q.
Baş soğan - 30 q.
Keşniş və cəfəri - 25 q.
İstiot
Duz- 4 q.
Hazırlanma qaydası
İlk e"maldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladilib manqalda qızardılır. Hazır kababın yanında halqavarı doğranmış baş soğan verilir və üstünə limon dilimi qoyulur