Alçalı limonlu qovurma
Lazım olan ərzaqlar:
Qoyun əti - 275 q
Ərinmiş yağ - 30 q
Baş soğan - 50 q
Quru alça - 20 q
Limon - 1/5 ed
Zəfəran - 0,05 q
İstiot - 0,1 q
Duz
Hazırlanma qaydası:
Qoyun ətindən 25-30 qramlıq tikələr kəsib, istiot, duz vurub soğanla dızardırlar. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə limon dilimi qoyulur.