ƏT QUTABI
Lazım olan ərzaqlar:
Qoyun əti - 108 q
Baş soğan - 20 q
Lavaşana - 15 q və ya nar - 20 q
və ya nar - 20 q
Buğda unu - 110 q
Ərinmiş yağ - 30 q
Sumaq - 3 q
İstiot - 0,1 q
Duz
Hazırlanma qaydası
Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1 - 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstünə sumaq səpilir.