Qan bulağı Süleyman Sani Axundov . Hekayələr Qan bulağı İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sininə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var

Bu konu 2133 kez görüntülendi 0 yorum aldı ...
Qan bulağı Süleyman Sani Axundov . Hekayələr 2133 Reviews

    Konuyu değerlendir: Qan bulağı Süleyman Sani Axundov . Hekayələr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2133 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Qan bulağı Süleyman Sani Axundov . Hekayələr

    Qan bulağı Süleyman Sani Axundov . Hekayələr

    Qan bulağı



    İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sininə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıçı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
    Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus, susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
    -Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, - deyə cavan atını sürdü.
    Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün bir qurtum su içər-içməz:
    -Bu nə sudur? - deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
    -Susuzluğunu rəf etdinmi, oğlum?
    -Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rəngi də qana bənzəyir, - deyə cavab verdi.
    -Elədir, oğlum, bu "Qan bulağı"dır, əbunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır.
    Cavan sordu:
    -Bu "Qan bulağı" adını nədən almış, baba?
    -Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, - deyə qoca atını sürdü.
    Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
    -Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarıxdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..
    -Oğlum, bu dərə, bu torpağı iki yerə təsqim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. Ittifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında qırılıb tələf olmuşlar. Ədavət isə yenə yatmıyıb baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqam alsın. Ittifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və qəmgin gördükdə deyir:
    -Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.
    Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
    -Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olduğunu kim bilir?
    -Məndən və arvadından başqa kimsə bilməyir, - deyə anası cavab verir.
    -Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
    -Arxayın ol, oğlum, əmrin yerinə yetər, - deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib, orada sakin olur.

    Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır.
    Burlardan artıq insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlmədiyi gözəlliyi olur.
    Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kii igidlikdə və gözəllikdə məşhur olur.
    Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək mümkün olmamışdı. Ittifaqən bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biriləri ilə görüşürlər. Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan, gördüyün "Qan bulağı"nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birlərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb-yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur:
    -Sən kimsən?
    -Sən özün kimsən?
    -Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.
    -Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.
    Bu sual-cavabdan sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzərilə baxmağa başlayır. Axırda Paşa xan:
    -Camalın çox gözəldir, buna söz yox, görək qılınc vurmağın necədir? - deyə qılıncını çıxarır.
    Onun cavabında:
    -İndi qılınc vurmağımı da görüb bəyənərsən, - deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.
    Oğlum, necə ki, göy üzərində əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır.
    Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.
    -Aman, ya rəbb, sən qadın imişsən! - deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb:
    - Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, - deyə fəryad edir.
    Teymur xan zərif səs ilə cavabında:
    -Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa xan mən gedirəm, əlvida!
    -Toxta, bir az toxta, gözəlim. Paşa da səninlə gedir.
    Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:
    -İndi qoy mənim də qanım səninkinə qarışsın!
    Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki novcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün "Qan bulağı" qaya arasında cari olur. Rəvayətə görə həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.


    1923

    Məqalə 772
    Yazılma tarixi 10-6-2007
    Reytinq


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qan bulağı Süleyman Sani Axundov . Hekayələr

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2133


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş