Kövkəbi-hürriyyət Süleyman Sani Axundov .: Hekayələr Kövkəbi-hürriyyət Şahzadə nağıla başlayaraq deyir: -Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir çənnətmisal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin tu torpaq bir mərəzi-bidərmanə mübtəla olub, o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saç-saqqalı ağarıb, beli ikiqat olurdu.

Bu konu 1660 kez görüntülendi 0 yorum aldı ...
Kövkebi hürriyyet Süleyman Sani Axundov Hekayələr 1660 Reviews

    Konuyu değerlendir: Kövkebi hürriyyet Süleyman Sani Axundov Hekayələr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1660 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Kövkebi hürriyyet Süleyman Sani Axundov Hekayələr

    Kövkəbi-hürriyyət Süleyman Sani Axundov .: Hekayələr

    Kövkəbi-hürriyyət


    Şahzadə nağıla başlayaraq deyir:
    -Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir çənnətmisal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin tu torpaq bir mərəzi-bidərmanə mübtəla olub, o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saç-saqqalı ağarıb, beli ikiqat olurdu. Əlləri, ayaqları əsib, gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı.
    Bir gün bu tayfa məclisi- kübra qurub mərəzlərin çarə tapmağa şüru etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan bir kürsüyə qalxıb dedi:
    -Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş; söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-çənubda, Asiya torpağında bəni İsrail tayfasından arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib, onun hüzuruna göndərək və dərdimizə çarə istəyək.
    Hamı bu təklifə razı oldu. Elçilər seçib, hədiyyələrlə bərabər, o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
    -Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan. Biz əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta etmişdir. Lakin biz bir mərəzi-bidərmanə mübtəla olmuşuq. Hənuz cavan ikən piri-fəniyə dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb, saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə mərəzdir? Lütf elə, çarəsini söylə.
    Alim dedi:
    - Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O, ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O, dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki, onu dağıtdınız, kövkəbi-hürriyyətini nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır. Elə ki, elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib, şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, ling və qeyri alət götürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətini üzü açıldı. Onun şöləsi üstlərinə düşüb, cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər.
    Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətini üzünü tutub onu yenə pünhan etdi.


    1905


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kövkebi hürriyyet Süleyman Sani Axundov Hekayələr

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1660


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş