Dovşanın qulaqları niyə uzundur? Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi: - Gəl, özümüzə koma tikək. - Tikək də. Nə deyirəm? Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi: - Mən bu ağacı kökündən qırıb, yerə yıxaram. - Qıra bilməzsən? - İndicə qıraram, görərsən.

Bu konu 1123 kez görüntülendi 0 yorum aldı ...
Dovşanın qulaqları niyə uzundur? 1123 Reviews

    Konuyu değerlendir: Dovşanın qulaqları niyə uzundur?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1123 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Dovşanın qulaqları niyə uzundur?

    Dovşanın qulaqları niyə uzundur?


    Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi:
    - Gəl, özümüzə koma tikək.
    - Tikək də. Nə deyirəm?
    Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:
    - Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.
    - Qıra bilməzsən?
    - İndicə qıraram, görərsən.
    Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı.
    Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi:
    - Bu ağacı mən də qıracağam.
    Qoyun gülü-gülə dedi:
    - Bacarmazsan.
    - Mən qırım, sən də tamaşa elə.
    Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.
    - Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam.
    Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Dovşanın qulaqları niyə uzundur?

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1123


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş