M hərfi ilə başlayan atalar sözləri Meşə çaqqalsız olmaz. *** Mərddən bir xəta, namərddən min. ***

Bu konu 4935 kez görüntülendi 0 yorum aldı ...
M hərfi ilə başlayan atalar sözləri 4935 Reviews

    Konuyu değerlendir: M hərfi ilə başlayan atalar sözləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4935 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart M hərfi ilə başlayan atalar sözləri

    M hərfi ilə başlayan atalar sözləri

    Meşə çaqqalsız olmaz.

    ***

    Mərddən bir xəta, namərddən min.

    ***

    Mərd əli kasad olmaz.

    ***

    Mərdi qova-qova namərd eləmə.

    ***

    Mərd igidlər süfrə açar, ad alar.

    ***

    Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar.

    ***

    Mərdin gözü tox olar, namərdin gözü ac.

    ***

    Mərd mərdi qanar,

    Bərkdə oduna yanar.

    ***

    Mərd özündən bilər, namərd yoldaşından.

    ***

    Mərd çörəyini daşdan çıxardar.

    ***

    Məscid tikilməmiş kor əsasın dayadı.

    ***

    Miyançının kisəsi gen olar.

    ***

    Milçək bir şey deyil, könül bulandırır.

    ***

    Molla alacağın unutmaz.

    ***

    Molla acgöz olar.

    ***

    Molla aşı gördü, yasini yadından çıxartdı.

    ***

    Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.

    ***

    Molla qarınqulu olar.

    ***

    Molladan adam,

    Palıddan badam!

    ***

    Molla dinindən dönər, danasından dönməz.

    ***

    Molla ilə oturub-duran axırda mürdəşir olar.

    ***

    Mollaya dedilər: "Almaqla necəsən?" Dedi: "Alıçı quş kimi"

    "Verməklə necəsən?" Dedi: "Söz qəhətdir başına?"

    ***

    Molla kitabdan kitaba salar, halal eylər, yeyər.

    Mollanın qarnı beşdir, həmişə biri boşdur.

    ***

    Mollanın evi onda yıxıldı ki, iki yerə və'dəsi alındı.

    ***

    Mollanın gözü dörd olar.

    ***

    Mollanın saqqalı uzun olar, ağlı qısa.

    ***

    Mollanın çörəyi ilə ilanın ayağı görünməz.

    ***

    Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: M hərfi ilə başlayan atalar sözləri

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 4935


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş