H hərfi ilə başlayan atalar sözləri Halva-halva deməklə ağız şirin olmaz. *** Haray, üzülən canım, İpə düzülən canım. ***

Bu konu 4354 kez görüntülendi 0 yorum aldı ...
H hərfi ilə başlayan atalar sözləri 4354 Reviews

    Konuyu değerlendir: H hərfi ilə başlayan atalar sözləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4354 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart H hərfi ilə başlayan atalar sözləri

    H hərfi ilə başlayan atalar sözləri
    Halva-halva deməklə ağız şirin olmaz.

    ***

    Haray, üzülən canım,

    İpə düzülən canım.

    ***

    Hazırın naziri.

    ***

    Hamam suyu ilə özünə dost tutur.

    ***

    Haram malın bərəkəti olmaz.

    ***

    Heç kəsin çırağı axıracan yanmayıb...

    ***

    Heç bilmir harda bişib, deyir bir çömçə də bəri ver.

    ***

    Hələ quyruğu qapı arasında qalmayıb.

    ***

    Həyasızdan hayanı saxla.

    ***

    Həmnişinin bab ilə,

    Görən desin habelə.

    ***

    Hər işi tutdun, insafı əldən qoyma.

    ***

    Hər kəs nə eləsə, özünə elər.

    ***

    Hər parıldayan qızıl olmaz.

    ***

    Hər saatın bir hökmü var.

    ***

    Hərzəkar ağız başa yumruq vurdurar.

    ***

    Hər ağac öz dibinə kölgə salar.

    ***

    Hər quşa öz yuvası doğmadır.

    ***

    Hər kəsə öz vətəni əzizdir.

    ***

    Hər kəsi el istəsə, bülənd olar, ucalar.

    ***

    Hər yerindən duran özünü peyğəmbər sayır.

    ***

    Hər oxuyan Molla Pənah olmaz.

    ***

    Hər şeyin təzəsi, dostun köhnəsi.

    ***

    Hər aydınlığın bir qaranlığı var,

    Hər qaranlığın da bir aydınlığı.

    Hər arzu yerinə yetməz.

    ***

    Hər quşatan ovçu Pirim olmaz.

    ***

    Hər deyilənə inanmazlar.

    ***

    Hər işin öz yeri, hər sözün öz məqamı var.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: H hərfi ilə başlayan atalar sözləri

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 4354


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş