E hərfi ilə başlayan adlar Ev alma, qonşu al. *** Ev bizim, sirr bizim. ***

Bu konu 6593 kez görüntülendi 0 yorum aldı ...
E hərfi ilə başlayan atalar sözləri 6593 Reviews

    Konuyu değerlendir: E hərfi ilə başlayan atalar sözləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 6593 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart E hərfi ilə başlayan atalar sözləri

    E hərfi ilə başlayan adlar

    Ev alma, qonşu al.

    ***

    Ev bizim, sirr bizim.

    ***

    Eyibli öz eybini bilsə, başına kilim örtər.

    ***

    Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

    ***

    El ağzını bağlamaq olmaz.

    ***

    El ağzı faldır.

    ***

    El arxası çəmən olar.

    ***

    El atan daş dağdan aşar.

    ***

    El atan daşa güc düşməz.

    ***

    El tutanı ər tutar,

    Ər atanı el atar.

    ***

    El qapısı həm gec, həm güc açılar.

    ***

    El bir olsa, zərbi kərən sındırar.

    ***

    El dəlisini çölə atmaz.

    ***

    El elə dayanıb, tənbəl indi oyanıb.

    ***

    El elə sığışar, ev evə sığışmaz.

    ***

    El elin aynasıdır.

    ***

    Elə arxalanan igidin arxası yerə dəyməz.

    ***

    Elə bilir yuxa arasında halva var.

    ***

    Elə elə ki, nə şiş yansın, nə kabab.

    ***

    Elə yerdə otur, altına su çıxmasın.

    ***

    Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

    ***

    Eli dağlamaq olmaz,

    Ağzın bağlamaq olmaz.

    ***

    Elimə qalsın, günümə qalmasın.

    ***

    Elin eybini saxlamayan sənin də eybini saxlamaz.

    ***

    Elin gözü sərraf olar.

    ***

    Elin gücü bir olsa, düşməni dara çəkər.

    ***

    Elin oğlu yumurtaya qulp taxar.

    ***

    El keçən körpüdən qorxma, sən də keç.

    ***

    El köcdü, oba qaldı.

    ***

    El gözündən düşən boy atmaz.

    ***

    El gözündən düşən gözsüz qalar.

    ***

    El gücü, yel gücü, sel gücü.

    ***

    Ellərə gülən canım, indi olub el gülüncü.

    ***

    Elm ağılın çırağıdır.

    ***

    Elmin gücü,

    Yıxar bürcü.

    ***

    El oğrusuz, çöl qurdsuz olmaz.

    ***

    El öz dəlisini tanıyar.

    ***

    El sevəni aləm sevər.

    ***

    Elsiz dağ viranədir.

    ***

    El tikəni yel yıxa bilməz.

    ***

    El harda, sən də orda.

    ***

    El çalan zurnanın səsi uzağa gedər.

    ***

    Ehtiyat igidin yaraşığıdır.

    ***

    Ehtiyatlı oğulun anası ağlamaz.

    ***

    Eşitdiyinə inanma, gördüyünə inan.

    ***

    Eşşək palçığa bir dəfə batar.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: E hərfi ilə başlayan atalar sözləri

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 6593

    Konu Emine tarafından (15.05.2011 Saat 12:27 ) değiş;tirilmiş;tir.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş