D hərfi ilə başlayan atalar sözləri Dağarcığını çuval yanına qoyur. *** Dağ dağa qovuşmaz, insan insana rast gələr. ***

Bu konu 6700 kez görüntülendi 0 yorum aldı ...
D hərfi ilə başlayan atalar sözləri 6700 Reviews

    Konuyu değerlendir: D hərfi ilə başlayan atalar sözləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 6700 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart D hərfi ilə başlayan atalar sözləri



    D hərfi ilə başlayan atalar sözləri

    Dağarcığını çuval yanına qoyur.

    ***

    Dağ dağa qovuşmaz, insan insana rast gələr.

    ***

    Dağ yeri-duman yeri,

    Yurd yeri-güman yeri.

    ***

    Dağlar başına qış,

    İgid başına iş.

    ***

    Dadanan qudurandan pis olar.

    ***

    Daldan atılan daş topuğa dəyər.

    ***

    Damara bax, qan al.

    ***

    Dama-dama göl olar, axa-axa sel olar.

    ***

    Dam dirək üstə durar.

    ***

    Danışıq dananı qurda verər.

    ***

    Danışmaq gümüş, danışmamaq qızıldır.

    ***

    Danışıram pis olur,

    Danışmıram his olur.

    ***

    Dedi-qodu ev yıxar.

    ***

    Demək olmur gözün üstə qaşın var.

    ***

    Dedim bir ağız ağla, demədim eli güldür bizə.

    ***

    Dedim eşidəsən, demədim öyrənəsən!

    ***

    Deyə-deyə dilimdə tük bitdi.

    ***

    Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.

    ***

    Dəvə bir fikir eləsə, sarban iki fikir elər.

    ***

    Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.

    ***

    Dəvə yaxını otlar, uzağı gözlər.

    ***

    Dəymişin qoyub, kalın dərir.

    ***

    Dəli qazandı, ağıllı yedi.

    ***

    Dəli qırmızı sevər, gic sarı.

    ***

    Dəli dəlini görəndə çomağını yan tutar.

    ***

    Dəlidən doğru xəbər.

    ***

    Dəmir sürtüldükcə parıldar.

    ***

    Dərvişin fikri nə isə, zikri də odur.

    ***

    Dərviş yabısı hər evin yolun tanıyar.

    ***

    Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.

    ***

    Dərviş olan dilriş olar.

    ***

    Dərviş öz evini çiynində gəzdirər.

    ***

    Dərdlərə dərman olub, dərmansız qalan canım.

    ***

    Dərə xəlvət, tülkü bəy.

    ***

    Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.

    ***

    Dil yalançı olunca, lal olsa yaxşıdır.

    ***

    Dil yanılar, doğrusunu deyər.

    ***

    Dil yarası qılınc yarasından yamandır.

    ***

    Dil ürəyin açarıdır.

    ***

    Dinəndə pis olur, dinməyəndə dərd kəsir.

    ***

    Dini yeyib, imanını dalına alıb.

    ***

    Diriyə hay verməz, ölüyə pay.

    ***

    Diş tutmayanı, dodaq tutmaz.

    ***

    Dığ-dığ adamı azara salar.

    ***

    Dovşanı araba ilə tutur.

    ***

    Doğma yurd şirin olar.

    ***

    Doğru danışanın papağı yırtıq olar.

    ***

    Doğru dostluq qərəzsiz olar.

    ***

    Doğru elə bilər hamı doğrudur.

    ***

    Doğru yalanı qovar.

    ***

    Doğruya zaval yoxdur, çəksələr min divana.

    ***

    Doğruluqla dost qapısın dolan gəl, öz evin kimi.

    ***

    Doğru söz acı olar.

    ***

    Doğru sözdən xəta gəlməz.

    ***

    Doğru söz dəmiri dələr.

    ***

    Dolunu yeyib, boşa təpik atır.

    ***

    Dost başa baxar, düşmən ayağa.

    ***

    Dost dost ilə tən gərək,

    Tən olmasa gen gərək.

    ***

    Dost dosta yaman gündə gərəkdir.

    ***

    Dost ziyankar olmaz, ziyankar da dost olmaz.

    ***

    Dost yaman gündə tanınar.

    ***

    Dost yolunda boran olar, qar olar.

    ***

    Dost yolunda can qurban.

    ***

    Dostluqla tutub, düşmənliklə yıxma.

    ***

    Dost min isə azdır, düşmən bir isə çoxdur.

    ***

    Dostun versə qum,

    Al ovcunda yum!

    ***

    Dözən döş yeyər.

    ***

    Duzu yeyib, duzqabını sındırır.

    ***

    Düzdə gəzdi hərləndi.

    Gəldi dağa dirəndi.

    Düzlük xoşbəxtliyin açarıdır.

    ***

    Düzlük uzanar, qırılmaz.

    ***

    Düz sözə boynum qıldan nazikdir.

    ***

    Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: D hərfi ilə başlayan atalar sözləri

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 6700


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş