http://img215.imageshack.us/img215/2817/seyidbeyli.jpg Həsən Seyidbəyli Azərbaycan kino rejissoru. Azərb. kinodramaturqu, rejissor, yazıçı. Azərb.SSR əməkdar incəsənət xadimi (1960). Azərb.SSR xalq artisti (1976). Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri. Kür sahillərində (1953), Telefonçu qız (1960) povestləri; Uzaq Sahillərdə romanı (1954, İ.Qasımovla birgə) Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur; Cəbhədən-Cəbhəyə (1961), İllər keçir (1973 , İ.Qasımovla

Bu konu 1583 kez görüntülendi 0 yorum aldı ...
Həsən Seyidbəyli 1583 Reviews

    Konuyu değerlendir: Həsən Seyidbəyli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1583 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Həsən Seyidbəyli





    Həsən Seyidbəyli


    Azərbaycan kino rejissoru. Azərb. kinodramaturqu, rejissor, yazıçı. Azərb.SSR əməkdar incəsənət xadimi (1960). Azərb.SSR xalq artisti (1976). Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri. Kür sahillərində (1953), Telefonçu qız (1960) povestləri; Uzaq Sahillərdə romanı (1954, İ.Qasımovla birgə) Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur; Cəbhədən-Cəbhəyə (1961), İllər keçir (1973 , İ.Qasımovla birgə), Çiçək (1978) romanları: Dəniz cəsurları sevir (1954,İ.Qasımovla birgə) Sən nə üçün yaşayırsan (1959, İ.Qasımovla birgə) pyesləri vardır. Azərb.SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.
    O, həm yazıçı, həm kinorejissor, həm də təşkilatçı rəhbər idi.
    Azərbaycanımızın mənəvi dünyasının formalaşmasında Həsən müəllimin mühüm xidmətləri olub. Onun qəhrəmanları mənəviyyatca saf, cəmiyyətdə öz mövqeləri, dünyaya öz baxışları olan insanlardır. Bu insanlarda nümunə götürüləsi çoxlu müsbət keyfiyyətlər var. Və hər dəfə Həsən Seyidbəylinin filmlərinə baxarkən orada yeni bir şey tapırsan, onlardan öyrənirsən.
    Həsən Seyidbəyli sovet kinosunun aparıcı rejissorlarından, sovet ədəbiyyatının qabaqcıl nümayəndələrindən olub. Amma bu böyük sənətkarın yaradıcılığında hər şey bəşəridir, bəşəri ideyalardan qaynaqlanıb. Həsən müəllim tarixdən də, müasir dövrdən də əsər yazanda, yaxud film çəkəndə Azərbaycan xalqının mənəvi dəyərlərini həmişə meyar kimi əks etdirmişdir.
    Nikbin, həyatsevər təbiəti onun bütün yaradıcılığına hakim idi. Həsən Seyidbəylinin əsərlərində həmişə milli ruh, milli qeyrət hakim olmuş, bu torpağa, bu təbiətə vurğunluq onun əsərlərini də səmimi və təbii etmişdi. Bu əsərlərdə zahirən adi görünən hadisələrdəki gizli mətləblərin, dövrün, zamanın nisgilli ağrıların, onun poetik zəkasının, təxəyyülünün süzgəcindən keçdiyini aydın hiss edirsən. Seyidbəylinin əsərlərində elə aydın notlar, elə səmim deyimlər var ki, bunu yalnız onun yaradıcılığına xas olan keyfiyyətlər kimi qiymətləndirmək lazımdır.
    Həsən Seyidbəyli Bakıda doğulmuşdu. Abşeronun sərt təbiəti, Xəzərin romantik görünüşünün qəlbində yaratdığı təzadlı duyğular onun qəlbində poetik bir təxəyyül formalaşdırmışdı. O ilkin olaraq ədəbiyyata gəlmişdi. Kiçik hekayələri, povestləri çap olunan ilk vaxtlardan oxucular onu tanımışdılar, sevmişdilər. Kinoya isə kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” (1947), “Bakıdan Göy gölədək” (1948) film-oçerkləri kinematoqrafımıza istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, Vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu.
    Amma “Uzaq sahillərdə” filmi bu istedadlı yazıçının kinematoqrafa ilk uğurlu addımı idi. Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” ssenarisində kinematoqrafın bütün tələbləri layiqincə, yerli-yerində əks etdirilmişdi. Kinodramaturgiyamızda müharibə mövzusunun çox sərrat işləndiyi bu ssenari müəlliflərinə böyük şöhrət gətirdi və kinorejissor Tofiq Tağızadə filmə çox orijinal quruluş verdi. Film 1958-ci ildə ekranlarımızda nümayiş etdirildi. Həmişə onun həm ssenarisini yazdığı, həm də rejissor kimi quruluş verdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Kimi daha çox sevirik” və s. bu kimi filmləri birləşdirən ümumi cəhəti tapmağa çalışmışam. Və qənaətim bundan ibarətdir ki, Həsən Seyidbəylinin bu filmlərində ümumi bir cəhət var. O da qəhrəmanların milli xarakteri, hadisələrə poetik ahəng vermək bacarığıdır. Onun yaratdığı personajlar adi adamlar idi. Əksəriyyəti həyatda öz yerini axtaran və bu yolda çətinliklərlə qarşılaşan gənclərdir. O, gənclərin taleyini tədqiq edir, bəzən bədii ümumiləşdirmə vasitəsilə müxtəlif xarakterlərə məxsus adamları ekrana gətirir, onları həyatın ilkin sınağından keçirir. Bu filmlərə tamaşa etdikcə mənən saflaşırsan, sabaha nikbin nəzərlərlə baxırsan.
    Həsən Seyidbəylinin qəhrəmanlarının mənəviyyatında ülvi bir təmizlik var, bu keyfiyyət onları yaddaşımıza həkk edir, bizi, cəmiyyəti təmizliyə, paklığa səsləyir. “Sən niyə susursan?” (1966) filmi onun öz ssenarisi əsasında çəkdiyi filmlərdəndir. Bu filmdə gəncliyin mübariz ruhu var. Burada insanların təmiz mənəvi duyğuları əks olunur. Amma müharibə mövzusunda lentə aldığı “Bizim Cəbiş müəllim” daha çox diqqəti çəkir. Hər dəfə bu filmə tamaşa edəndə yeni bir keyfiyyət əlaməti tapırsan. Cəbiş müəllim təmiz, saf duyğularla yaşayan, cəmiyyətin ağrılarını öz içərisindən keçirən humanist bir insandır. Hətta o dərəcədə sadəlövhdür ki, bəzən onun belə münasibətləri ətrafındakılara qəribə görünür. “Bizim Cəbiş müəllim” bəlkə də o dövrdə humanist prinsipləri əks etdirən ən yaxşı filmlərdən idi. Xalq artisti Süleyman Ələsgərov əslində kino aktyoru deyildi. Amma Həsən müəllim onu kinoya gətirdi və milli kinomuzun ən uğurlu qəhrəmanlarından birinə çevirdi.
    Həsən Seyidbəylinin aktyor axtarışları həmişə dəqiq və cəlbedici olmuşdur. “Nəsimi”ni də Həsən müəllim çəkdi. Bu böyük bir imtahan idi. Zidiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da riskli bir iş idi və Həsən müəllim belə bir risk etdi. 1974-cü ildə film ekranlara çıxanda çoxları onun elə uğurlu alındığına inanmaq istəmirdi. Amma film çox səviyyəli alınmışdı və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları həqiqətən valeh etmişdi. Həsən müəllim yenə eksperiment etmişdi, baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, Rasimi kinomuz üçün kəşf etdi. Həsən müəllim milli kinomuza Nəsiminin bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii obrazlarını yaratdı. Film mükafat da aldı, festivallarda da uğurla nümayiş etdirildi. Həsən müəllim gözəl təşkilatçı idi. Azərbaycan Kinematoqrafçılar İttifaqına uzun müddət rəhbərlik etmişdi. Məhz onun dövründə bu təşkilat kino sənətimizin əsl yaradıcılıq mərkəzinə çevrilmişdi. Burada tez-tez görüşlər keçirilərdi, kino işçilərinin problemləri burada çözülərdi. Onun sədrliyi dövründə ittifaqın bir neçə qurultayı da olmuşdu. O, kino işçilərini səfərbər etməyi bacarırdı.
    Bununla yanaşı, Həsən müəllim yaradıcılığını da davam etdirirdi. Yeni filmlər çəkir, ssenarilər üzərində işləyirdi. Həm də gənclərin kinoya cəlb olunması üçün əlindən gələni əsirgəmirdi. Ömrünün son vaxtlarında Həsən müəllim “Xoşbəxtlik qayğıları”nı çəkdi. Bilmirəm, nədən bu mövzunu seçmişdi. Niyə xoşbəxtlik qayğıları ömrünün bu yaşında onu narahat etmişdi? Ssenarini də özü yazmışdı. O, bizləri xoşbəxt görmək istəyirdi. İstəyirdi ki, yaşadığımız cəmiyyətdə inkişafımıza mane olan hər şey aradan götürülsün. Bu filmdə onun qəhrəmanları köhnəliyin qalıqlarına qarşı çıxırlar, hər şeyi yenidən başlamaq istəyirlər. Yeniliklər isə həmişə təzyiqlərlə qarşılanır.
    Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə, ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri bizim tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha həssas yanaşmağa səsləyir.

    Əsas filmləri:
    1. Bakıdan Göygölədək (1947)
    2. Böyük yol (1948)
    3. Telefonçu qız (1962)
    4. Belə ada da var (1965)
    5. Cazibə qüvvəsi (1966)
    6. Sən nə üçün susursan (1966)
    7. Bizim Cəbiş müəllim (1970)
    8. O qızı tapın (1971)
    9. Səadət qayğıları (1976)
    10. Nəsimi (1973)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Həsən Seyidbəyli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1583


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş