Səməd Mərdanov
Azərbaycan kino rejissoru.1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
Məhşur sovet kino rejissoru S.M.Eynzeşteynin tələbəsi və professional təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk Azərbaycan səsli kinosu və ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (1936, quruluşçu rejissor B.Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939 ildə çəkdiyi "Kəndlilər" (1940 ildə ekrana buraxılmışdır) tarixi-inqilab bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir.
Əsas filmləri:
1. Köçərilər (sənədli film, 1933) - rejissor
2. Mavi dənizin qoynunda (1936, bədii film) - rejissor
3. Kəndlilər (1939, bədii film) - quruluşçu rejissor