http://img857.imageshack.us/img857/940/ceyhun.jpg Ceyhun Mirzəyev Onu hamı tanıyırdı. Çoxları İsmayıl deyə çağırırdılar. İlk böyük işi də, son işi də İsmayıl oldu. Biri “Ögey ana”da, o biri isə “Fəryad”da. “Fəryad”ı tamamlamışdı. Çox az iş qalmışdı. Bir az montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki, Ceyhun ürək tutmasından keçinib. Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə

Bu konu 1960 kez görüntülendi 0 yorum aldı ...
Ceyhun Mirzəyev 1960 Reviews

    Konuyu değerlendir: Ceyhun Mirzəyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1960 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ceyhun Mirzəyev





    Ceyhun Mirzəyev

    Onu hamı tanıyırdı. Çoxları İsmayıl deyə çağırırdılar. İlk böyük işi də, son işi də İsmayıl oldu. Biri “Ögey ana”da, o biri isə “Fəryad”da. “Fəryad”ı tamamlamışdı. Çox az iş qalmışdı. Bir az montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki, Ceyhun ürək tutmasından keçinib.
    Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə “Fəryad”la vuruşurdu. Ürəyi dözmədi. O da şəhid oldu. Sözün əsil mənasında Şəhid. Amma sağ olsun filmin ssenari müəllifi Vaqif Mustafayevi. “Fəryad”ı tamamladı, heç özünü rejissorluğa şərik də etmədi.
    İnanmaq olmaz ki, Azərbaycanda “Ögey ana” filminə baxmayan olsun. 9 yaşlı İsmayılın şıltaq obrazını oynayan Ceyhun Mirzəyev Azərbaycan kinosunda şedevr yaratdı. Kim deyərdi ki, Ceyhun aktyor kimi İsmayılı ifa edir. O özünü oynayırdı, çevikliyi də var idi, küsməkliyi də, dəcəlliyi də. Ceyhunun bu filmə düşməsi bəlkə də təsadüf deyildi. Çünki üç il əvvəl Tofiq Tağızadənin “Görüş” filmində balaca bir epizodda çəkilmişdi. Amma bu İsmayıl özgə bir aləm idi. Kinoçular da, tamaşaçılar da bu balaca aktyorun istedadına məəttəl qalmışdılar. İllərlə aktyor təhsili alıb, adi cizgiləri verməyi bacarmayan aktyorlar ibrət götürə bilərdilər İsmayılın yaradıcılığından. Doğrusu, rejissor Həbib İsmayılovun onunla necə işlədiyi barədə məlumatım yoxdur. Amma elə bilirəm ki, o həmişə Ceyhunu sərbəst buraxıb, “necə istəyirsən, oyna”, deyib. Çünki bu balaca dəcəl ekran qanunlarından bəzən kənara çıxır, hətta ssenaridə olmayan elementlərlə filmə xüsusi görüntülər gətirir. Ağlayanda da özüdür, güləndə də. Heç onun kədərli olduğu anlardakı sifət cizgilərinə fikir vermisinizmi? Bu doğrudan da ilahi bir istedaddır. Bəlkə də “Ögey ana”nın Ceyhunu Azərbaycan kinosunda ən uğurlu aktyor seçimi idi.
    Sonra illər ötüşdü. “Mateo Falkone”də göründü, “Yenilməz batalyon”da arabanı mənzilə çatdırmağa can atdı. Və 1970-ci ildə Hüseyn Seyidzadə onu “Dəli Kür”də Osman rolunda çəkdi. Püxtələşmişdi, böyümüşdü. Arzusu rejissor olmaq idi Ceyhunun. İncəsənət İnstitutunda rejissorluq təhsili də aldı.
    Amma o filmlərini hələ bir az sonra çəkəcək. Ekranlarımıza mərhum rejissor Teymur Bəkirzadənin “İşgüzar səfər” filmi çıxarılanda Ceyhun artıq studiyada işləyirdi. “Mozalan” satirik kinojurnalının bədii rəhbəri idi. Yüzlərlə “Mozalan” süjetlərinə quruluş vermişdi. Bir-birindən maraqlı və kəsərli süjetlər idi. Ceyhunun rejissorluğunda bir yumşaq komizm var. Onun süjetlərinə tamaşa edənlər uzun müddət filmin təsirində olurlar. Burada hər şey bütöv olardı. Ümumiyyətlə, yarımçıq işi xoşlamazdı. Bircə, “Fəryad”ı yarımçıq qaldı. Ceyhun Mirzəyev zamanın, dövrün nəbzini tutmağı bacaran rejissor idi. Aktyor kimi oynadığı rolların hər birində onun öz şəxsi keyfiyyətləri var. Məsələn, xeyirxahlıq, çılğınlıq, sözünə bütövlük və s. Onun rolları tamaşaçını həmişə düşündürüb, təsirləndirib. Kinorejissor Vaqif Mustafayev Ceyhunu “Yaramaz”da çəkmişdi. Burada isə aktyor kimi o tamam yeni bir ampluadadır. Onun qəhrəmanı tədbirli, sakit və mülayim insandır.
    Bu gün müharibə mövzusunda çəkilən ən dəyərli ekran əsərlərimizdəndir “Fəryad”. Görünür, o bu ağrılara tab gətirə bilmədi. Çünki çəkiliş vaxtı yaratdığı situasiyalar o qədər təbii alınırdı ki, istər-istəməz həm rejissor, həm də aktyor kimi o ağrıları çəkməli olurdu. Bəli, “Fəryad” Ceyhunun son yaradıcılıq işi oldu. Ceyhun haqqında o qədər xoş xatirələr var ki, onlar qalaq-qalaq kitablara sığmaz.







    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ceyhun Mirzəyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1960


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş