Ziya Bünyadov Ziya Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi cəbhələrində vzvod, rota və batalyon komandiri kimi şərəfli döyüş yolu keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini

Bu konu 2055 kez görüntülendi 0 yorum aldı ...
Ziya Bünyadov 2055 Reviews

    Konuyu değerlendir: Ziya Bünyadov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2055 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ziya Bünyadov

    Ziya Bünyadov

    Ziya Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi cəbhələrində vzvod, rota və batalyon komandiri kimi şərəfli döyüş yolu keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini məhv edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ keçirib. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı verildi.
    Ziya Bünyadov, Vətən müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Qırmızı Bayraq, Qırmızı Ulduz, Aleksandr Nevski, II dərəcəli Vətən Müharibəsi Ordenləri, "Qafqazın Müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "Almaniya üzərində qələbəyə görə" medallari ilə təltif edilmişdir. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin Pankov rayonunda hərbi komendant yardımçısı kimi çalışıb.
    Ölkənin quruculuq həyatında da fərqlənən qəhrəman Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri -"Vaffenbrudersaft" qızıl medalı ilə təltif edilib. Almaniyanın Gənclər İttifaqı isə Ziya Bünyadovu "Artur Bekker" qızıl medalına layiq görüb. Sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu və sonra aspiranturanı bitərərək 1954-cü ildə dissertasiya müdafiə etdi.
    Daha sonra akademik Ziya Bünyadov Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü oldu. Həyatının son illəri Tacəddin Es-Salmaninin "Tarixnamə", V.V.Bartoldun "Xəzəryanı vilayətlərin müsəlman aləminde yeri" əsərlərini tərcüme etmişdi. "Dinlər, təriqətlər, məzhəblər" adlı qiymətli elmi və "Polis məmuru Dümbül bəyin macərası" (bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri", "Tarixnamə" bədii əsərlərini yazmışdır.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ziya Bünyadov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2055


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş