Əhməd Ağdamski http://img19.imageshack.us/img19/4323/agdamski.jpgBu gün adını andığımız Əhməd bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə Ağdamda dünyaya göz açıb. Əhməd Ağdamskinin adı Azərbaycan opera və operettalarında qadın rollarının ilk mahir ifaçısı kimi tarixə düşüb. Bu yerdə xəyal bizi uzaqlara - çox-çox əvvəllərə aparır. Baxırıq o illərə, o illərin saralmış, qat kəsmiş sənədlərinə - düşünürük, o illərin ağrılı-acılı günlərini xəyalımızda canlandırırıq. Sevinir, kədərlənirik və

Bu konu 3074 kez görüntülendi 0 yorum aldı ...
Əhməd Ağdamski 3074 Reviews

    Konuyu değerlendir: Əhməd Ağdamski

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3074 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əhməd Ağdamski



    Əhməd Ağdamski

    Bu gün adını andığımız Əhməd bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə Ağdamda dünyaya göz açıb. Əhməd Ağdamskinin adı Azərbaycan opera və operettalarında qadın rollarının ilk mahir ifaçısı kimi tarixə düşüb. Bu yerdə xəyal bizi uzaqlara - çox-çox əvvəllərə aparır. Baxırıq o illərə, o illərin saralmış, qat kəsmiş sənədlərinə - düşünürük, o illərin ağrılı-acılı günlərini xəyalımızda canlandırırıq. Sevinir, kədərlənirik və heyrətlənirik. Heyrətlənirsən ki, adi bir aktyorun bığını belə qırxdığı üçün avam adamların tənəsinə, dedi-qodusuna məruz qaldığı bir vaxtda necə olub ki, Əhməd bəy Ağdamski qadın rolunda səhnəyə çıxıb? Necə olub ki, o, sinəsini sipər edib bu "tənə daşlarına?.."
    Əhməd bəy musiqi təhsili görməmişdi. Lakin dövrünün xanəndələrini çox eşitmişdi, böyük qardaşı Bədəl bəy Bədəlbəyovun səsinə (onun Məcnun rolunda çıxışları olub), tarının şirin hekayətlərinə qulaq asmışdı. Ürəyi atlananda səsini sarı simin səsinə qatmışdı. O, belə fitri istedad, belə duyar qəlb sahibi idi. Muğam operalarında böyük uğurlar, sevinclər qazanmışdı. O, Üzeyir bəyin inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda qadın rollarının ilk ifaçısı idi. Leyli ("Leyli və Məcnun"), Təhminə ("Rüstəm və Söhrab"), Minnət xanım ("Ər və arvad"), Gülnaz ("O olmasın, bu olsun"), Xurşidbanu ("Şah Abbas və Xurşidbanu"), Əsli ("Əsli və Kərəm"), Gülçöhrə ("Arşın mal alan"), Şahsənəm (Z.Hacıbəyov "Aşıq Qərib"). Əhməd bəy Ağdamski bu musiqi partiyalarının birinci ifaçısıydı və birinci ifaçı kimi də onun mənəvi yükü ağır, məsuliyyət hissi böyük idi. Xaraktercə bir-birindən kəskin fərqlənən bu obrazları səhnədə ustalıqla canlandırmaqdan ötrü o nə qədər çalışmalıydı. Hələ musiqi... O elə oxumalıydı ki, sabah Leylinin, Əslinin, Gülçöhrənin, Gülnazın... bir-birindən təsirli ariyaları dildən-dilə düşsün. Əhməd bəy bütün bu deyilənləri həssaslıqla, ustalıqla həyata keçirirdi. Bəstəkarın qönçə nəğmələri onun dodaqlarında gülə dönürdü.
    Əhməd bəyin səsindən bizə yadigar qalmayıb. Deyilənlərə görə, keçən əsrin əvvəllərində səsini vala yazdırıb, elə həmin vaxtlar da erməni-müsəlman davası düşüb. Valın çap olunub-olunmamasından Əhməd bəyin xəbəri olmayıb. Sonralar isə Əhməd bəy səsini yazdırmağa təşəbbüs göstərməyib. Xatirələrdən bəlli olur ki, Əhməd bəyin geniş diapazonlu tenor səsi olub. Elə təkcə onun oxuduğu musiqi parçalarına diqqət yetirsək, - o səsin gücü aşkar olar. Budur: "Kürdü-Şahnaz", "Rast", "Bayatı-Şiraz", "Şur", "Bayatı-Kürd"... kimi mürəkkəb muğamlar, Gülçöhrənin, Şahsənəmin ariyaları... Bütün bunlar müğənnidən nə qədər güclü səs tələb edir. Əhməd bəy Ağdamski muğamlarımızı dərindən bilir, ustalıqla oxuyurdu. Yenə də Üzeyir bəyin bir qeydini xatırlatmaq yerinə düşər. Bəstəkar, erməni operetta truppasının oynadığı "Arşın mal alan" tamaşasına baxıb, Gülçöhrənin aktrisa tərəfindən oynanılmasından təsirlənərək yazıb: "Gülçöhrəni oynayan xanım, doğrudur, bizim Ağdamski kimi "Şahnaz" oxumadı, lakin bir o var ki, arvad idi..."
    Nəhayət, qadınların səhnəyə yavaş-yavaş ayaq açması Əhməd bəyi sevindirirdi. Deyilənə görə, 1919-cu ildə Əhməd bəyin benefisinə "Əsli və Kərəm" operası oynanır və o, ilk dəfə Kərəm rolunda səhnəyə çıxır. Nə böyük hadisə! İllərlə gözlənən gün! Bir anlığa bu fədakar insanın, istedadlı aktyorun o gecə Kərəm rolunda keçirtdiyi hissləri təsəvvür edin... Əhməd bəy Ağdamski 20-ci illərin əvvəllərində doğma Qarabağa qayıdır. Ağdamda yaşamağa başlayır. Çox keçmir ki, burada teatr truppası (1923) yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili əsərlərlə yanaşı dram əsərlərində də bir müğənni-aktyor kimi çıxış edir. Sonra o, mehrini daha çox tara salır. Ə.Ağdamski 1934-cü ildən Ağdaşa köçüb, orada uzun illər musiqi məktəbində tar müəllimi işləyib, dərs hissə müdiri olub. Əməkdar incəsənət xadimi (1943) Əhməd bəy Ağdamski mənalı ömrünün çoxunu Azərbaycan səhnəsinin, incəsənətinin çiçəklənməsinə sərf edib. Bəli, biz bu gün qürurla deyə bilərik ki, millətimiz onun adı ilə fəxr edə bilər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əhməd Ağdamski

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 3074


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş