Alma almaya bənzər 1975
Məzmun
Filmin baş qəhrəmanı Nadir babadır(Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban(Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə(Səfurə İbrahimova) vurulur, müəllimə(İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu(Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın(Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxırâ⡬¦
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari Müəllifi : Alla Axundova
Quruluşçu Rejissor : Arif Babayev
Quruluşçu Operator : Valeri Kərimov
Quruluşçu Rəssam : Firəngiz Qurbanova
Geyim Rəssamı : Arif Əbdürrəhmanov
Bəstəkar : Ramiz Mirişli
Səs Operatoru : Əziz Şeyxov
Rejissor : Əşrəf Mamayev
Montaj edən : A. Abramova
Qrim Rəssamı : N. Veselova
Rejissor Assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova
Operator Assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
Assistent : A. Şahbazov, İ. Kopanets
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
İşıq Ustası : V. Qorbaçov
Redaktor : İsi Məlikzadə
Filmin Direktoru : Əli Məmmədov (III)
Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev
Filmin Direktorunun Müavini : Nadir Əliyev
Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Rollarda
Hüseynağa Sadıqov- Nadir baba
Fazil Salayev- Mehdi
Səfurə İbrahimova- Mədinə
Həsən Məmmədov- Qurban
İnarə Quliyeva- Aliyə
Hacıbaba Bağırov- Məmmədəli
Firəngiz Abbasova- Güllü
Əhməd Əhmədov-Haşım
Cəmil Quliyev- Kərimov
Rauf Gözəlov- Həsən
Suğra Bağırzadə(Suğra Sadıqova kimi)- Telefonçu qız
Tələt Rəhmanov- Avtomobil müfəttişi
Nazim Əsgərov-Mürvət
Zemfira Sadıqova-Haşımın arvadı
Süsən Məcidova-Haşımın qaynanası
H. Şabanov
Arif Mədətov-Həsənin işçisi
Əminə Nağıyeva-Mamaça
Sergey Filippov-Üç şəxs
Ələsgər Məmmədoğlu-Ata
Ramiz Əzizbəyli-Satıcı
Yusif Yulduz-Satıcı
Ramiz Məmmədov-Satıcı
Filmi səsləndirənlər
Səməndər Rzayev-Nadir (Hüseynağa Sadıqov)
Yaşar Nuri-Mehdi (Fazil Salayev)
Əminə Yusifqızı-Mədinə (Səfurə İbrahimova)
Amaliya Pənahova-Aliyə (İnarə Quliyeva)
Ağaxan Salmanov-Haşım (Əhməd Əhmədov)
Ramiz Əzizbəyli-Həsən (Rauf Gözəlov)
Yusif Vəliyev-Müdir (Sergey Filippov)
Mirvari Novruzova-Güllü (Firəngiz Abbasova)
Ətayə Əliyeva-Haşımın qaynanası (Süsən Məcidova)
Sitatlar
Güllü: Görüm o Berbankı albuxara üzünə həsrət qalsın.
Janr: Komediya
Musiqili
Filmin digər adı: Sehrli Almalar
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 82,5 dəq.
İl: 1975
Film çəkilən yerlər: Quba
Texniki məlumatlar: 9 hissə
2602 metr
genişekranlı
35 mm