https://www.youtube.com/watch?v=3QZvOxJeKiY Toy 2005 Məzmun Baş qəhrəman Ramiz(Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu(Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız(Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də

Bu konu 2077 kez görüntülendi 0 yorum aldı ...
Toy 2005 2077 Reviews

    Konuyu değerlendir: Toy 2005

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2077 kez incelendi.

Konu: Toy 2005

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    129
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Toy 2005



    Toy 2005

    Məzmun
    Baş qəhrəman Ramiz(Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu(Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız(Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də bu qıza bir elçi düşsün deyə Allaha yalvarır. İş elə gətirir ki, Ramiz səhvən bu qızın evinə elçi düşür. Qızı ona dərhal verirlər. Gənc ”hə” sözü ağızdan çıxandan sonra görür ki, bu qız istədiyi qız yox, başqasıdır. Gənc çox and-aman edir ki, evlənmək istəmirəm, amma qulaq asan olmur. Toy baş tutur. Toyda isə bəydən başqa hamı sevincli olur. Elə bu dəmdə dostunun səsinə xəyallardan ayrılan Ramiz, evlənməkdən imtina edir.
    Film haqqında
    * Filmin çəkilişlərinə Xaçmaz rayon Pərdəqıran kənd sakinləri köməklik göstərmişdir.
    Filmin heyəti
    Film üzərində işləyənlər

    Quruluşçu Rejissor : Həsən Əliyev (II)
    Rejissor Assistenti : Ramin Hacıyev
    Ssenari müəllifi : Həsən Əliyev (II), Ramin Hacıyev, Elnur Hüseynov (II)
    Quruluşçu Operator : Fikrət Əsgərov
    Montaj Rejissoru : Elnar Həşimov
    Səs Rejissoru : Natiq Hüseynov
    Koordinator : Tərlan Fərzullayev
    Mahnını İfa Edir : Ayaz Qasımov
    Filmin Direktoru : Camal Əliyev
    Produser : Müşfiq Hətəmov
    Kadrarxası Səs : Həsən Əliyev (II)
    Musiqilərindən İstifadə edilən Bəstəkarlar : Polad Bülbüloğlu, Eldar Mansurov, Ədalət Şükürov

    Rollarda
    Ramiz Hüseynzadə-Ramiz
    Xuraman Əlizadə-Gümüş
    Leyla Əmirova-Leyli
    Fərda Xudaverdiyev-Daşdəmir
    Elnur Hüseynov (II)-İnqilab
    Elməddin Cəfərov-Taleh
    Tərlan Fərzullayev-Tərlan
    Azər Qurbanov (II)-Sakit
    Samirə Əhmədova-Anjelika
    Ələsgər Məmmədoğlu-Ələsgər əmi
    Ramin Hacıyev-Cabbar
    Elçin Hüseynov-Özü
    Jenya
    Samir
    Ramin
    Rəşad
    Xəttab
    Yunis

    Sponsor
    ”Azərsun” Holdinq
    Çəkilişə köməklik edən qurumlar
    ”Pizza İnn” Restoranı(Talehlə Ramizin restorandakı gorüşü səhnəsi)
    ”7 Gözəl” Gözəllik Salonu
    ”Niel” Şadlıq Sarayı(toy səhnələri)
    ”Kompas” Gəmi-Bar
    ”Herakl” İdman Malları Mağazası
    Xaçmaz Rayon İcra Hakimiyyəti

    Sitatlar
    İnqilab: Eh a bala düz deyir də o boyda cəmdək çıxsın balkona. Balkon da köhnə balkondu Stalinin vaxtınnan qalıpdı. Aşıb eliyər. Sənə nə var ee top kimi geri qayıdajaxsan . Vay altda qalanın halına.
    Daşdəmir : Qurana and olsun o gün oturub hesablamışam, qalqulyatornan. Bir aya bunu ərə verə bilməsəm, Daşdəmir dayın bangrotdu. Gündə bircə dəfə yeyir, amma səhərdən axşama kimi. Çatdıra bilirəm?
    Daşdəmir : Deyir O tayda durdu yar boynunu burdu yar
    İnqilab: Qız atasısan ağır ol
    Daşdəmir : Hə düzdü. Heş yana qaşdı yoxdu. Sənin basıf gözdərimi çıxardaram.
    İnqilab: Gözdərivi”¦.
    Daşdəmir : Ni dedim
    İnqilab: Mi
    Daşdəmir : Ni dedim axı
    İnqilab: Mi dedin

    Ramiz : Mən çox üzr istəyirəm. O qız sizin qızınizdı ?
    Daşdəmir : Əəə yox ə kişi. Qonşunundu prosto mən düşmüşəm əl ayağa da bu məhlənin ağsaqqalı kimi. Əəə kimin olmalıdı əə? Bu nə sualdı?
    Ramiz : Xahiş edirəm əlnən danışmayın
    Daşdəmir : Əlnən danışmıyım ? Mən nəyə görə sənnən əlnən danışmalıyam. Ayağnan. Əəə biabır eləmisən ee məni. Ə mən qonşulara nə cavab verəcəm? A şəxsiyyətsiz. Ə bir vicdanın olsun əə.
    Ramiz : Sussss. Qonşular eşitməz eşitsələr də başa düşərlər.
    Daşdəmir : Həəə. Bizim qonşular başa düşərlər? Sən belə panyatkalı oğlansan?
    Ramiz : Şəhər Uşağıyam
    Daşdəmir : Yaxşı əəə..

    Daşdəmir : Aəəəəə. Ay bala ağlın olsun. Əəə sən çaşka lojka oynayırsan biznən? Ay bala sən hələ onun qardaşını tanımırsan. Bilirsən nə işlərlə məşğuldu? Sambo üzrə olimpiya çempionu, cüdo üzrə dünya çempionu və ən nəhayət karate üzrə karate çempionu. İkimizin canı bilsə səni cırajax. Məsləhət özüvündü”¦
    İnqilab:Başa düşdün məni? Sözüm çatdı sənə? Denən HƏ
    Sakit : Atamdı ye atam. Ay Allah gör nə təhər oxshıyırığ ee.
    Daşdəmir : Ay Allah! Öldüm Ay Allah. Bu nəydi əəə. Bananı bura kim tulluyub ağsaqqal? Görüm onun əli qurusun. Beli iki qırılsın. Qırılsın mı ağsaqqal? Görüm onu yeddi il bir böyrü üstdə, yeddi il o birisi böyrü üstdə yatsın, ağzına çörəknən suyu şlanqnan ötürsünlər. Gözdən kor olsun, qulaq tutulsun, televizora baxmaq həsrəti onu öldürsün. Elə mi ağsaqqal? Görüm meyidi, tabutu çiyinnərdə getsin. Yayın qızmar oğlan çağında meyidi aparannarın birinin ayağı banan qabığına ilişsin, o birisinin də marojnaya. Bax belə yerə dəysinlər, meyit küçəyə dağılsın, yığıb yığışdırammasınlar.
    Sakit : Deməli Daşdəmir. Zəng elədim Miniskiyə yoxdu, Tomuskuya zəng elədim genə olmadı.
    Daşdəmir : Nə danışırsan ?
    Sakit : İnan Allaha axırda uşaqlar Surqutdan osobı samolyotnan göndəriflər. İnan elə ordan tamojnıdan gələndə başım nələr çəkifdi buna görə.
    Daşdəmir : Qoy gözümü yumum sürpriz olsun
    Sakit : Sən Allah bir bunun iyisinə bax
    Daşdəmir : Kəhliyotudumu əə o ?
    Sakit : Bayyyyy.Kəkotu
    Daşdəmir : Dəhşətsən aa sən. Bundan buralarda qəti yox idi. İnanıram ki ancaq Moskvadan tapa bilərdin.
    Sakit : Surqutdan həhəhəə.

    Cabbar : Bilirsən? Sən özgəsi döyülsən, Daşdəmir.
    Daşdəmir : Sağ ol. Çox sağ ol
    Cabbar : İndi özgəsi. O başqa məsələ. Özgəsinə pis çıxmasın beşdi. İndi sən də öz adamımızsan da. İndi sən də verərsən də beş
    Daşdəmir : Ele bil ki hamıya beş, mənə də beş. Hörmətin artıq olsun
    Cabbar : Oxuyan kimdi?
    Daşdəmir : Oxuyan da Elçin var tanıyarsan Hüseynov.
    Cabbar : Sənin qohumun döymü?
    Daşdəmir : Hə.Ay sağ ol
    Cabbar : Lap yaxşı.Mən sənə bir qardaş məsləhəti verim. O sənin bir qohumun var ee? Elçin Hüseynov . Onu çağır o oxusun. Ucuzdu,qohumdu, tanışdı. Yəni ora bura puluvu xərcdəmə deyə”¦.
    Daşdəmir : Yox. Sən öl deməsəydin. Sabah az qala Elçini çağıracaqdım.

    Daşdəmir : Yene yeyirsiz? Dağıdırsınız Daşdəmirin malını? Ay bala bir durun, bir hərrənin qəşəng hava var. Bəlkə doymusunuz?
    İnqilab : Gərək gedəm. Ürək dərmanını götürəm.
    Daşdəmir : Booyy deyəsən bizi söyündürəjəhsən axı bu yaxınnarda.
    İnqilab : Yox. Bəyə lazım olar.

    Taleh : On beş dəqiqəyə gəlirəm
    Janr: Komediya
    İlk baxış tarixi: 16 Mart, 2005, Bakı
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 99 dəq.
    İl: 2005
    Film çəkilən yerlər: Bakı
    Xaçmaz, Pərdəqıran kəndi
    Texniki məlumatlar: videofilm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Toy 2005

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2077

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş