https://www.youtube.com/watch?v=U8YlO3Tdy-I Qanlı Zəmi (1985) (Qaçaq Nəbi) Məzmun XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi(Həsənağa Turabov) başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər(Mömünat Qurbanova) də əri ilə birgə həmin dəstədə vuruşurdu.

Bu konu 5159 kez görüntülendi 0 yorum aldı ...
Qanlı Zəmi (1985) (Qaçaq Nəbi) 5159 Reviews

    Konuyu değerlendir: Qanlı Zəmi (1985) (Qaçaq Nəbi)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 5159 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Qanlı Zəmi (1985) (Qaçaq Nəbi)


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Qanlı Zəmi (1985) (Qaçaq Nəbi)

    Məzmun
    XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi(Həsənağa Turabov) başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər(Mömünat Qurbanova) də əri ilə birgə həmin dəstədə vuruşurdu.
    Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.
    Film haqqında
    * Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
    * O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.
    * Film 1-ci kateqoriyaya layiq görülüb.

    Festivallar və mükafatlar
    1)1986-cı ildə
    * Ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan Dövlət Mükafatı verilmişdir.
    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : Süleyman Rüstəm, Əhmədağa Muğanlı
    Quruluşçu Rejissor : Əbdül Mahmudov, Həsənağa Turabov
    Quruluşçu Operator : Kənan Məmmədov
    Quruluşçu Rəssam : Kamil Nəcəfzadə
    Bəstəkar : Emin Sabitoğlu
    Səs Operatoru : Əsəd Əsədov
    Mahnıların Mətni : Eyvaz Borçalı
    Mahnı İfa edən : Niyaməddin Musayev
    Rejissor : Tofiq Məmmədov
    Operator : Nemət Rzayev
    Geyim Rəssamı : Kazım Kazımzadə
    Qrim Rəssamı : Elbrus Vahidov
    Montaj edən : V. Vasilyeva
    Rejissor Assistenti : Nadir Əzməmmədov, Elman Şeydayev
    Operator Assistenti : K. Pastuşkov
    Rəssam Assistenti : T. Hüseynov, M. Səlimova
    Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
    Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
    İşıq Ustası : Tahir Bağırov
    Trük Səhnələrinin Quraşdırıcısı : M. Bobrov
    Kaskadyor : V. Romanov, N. Stepanov, A. Xodyuşin, N. Pavlyuk, Q. Makoyev, A. Pokramoviç, E. Sokolova
    Məsləhətçi : M. İsmayılov (tarix elmləri doktoru)
    Redaktor : Toğrul Cuvarlı
    Çalır : Ümumittifaq Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
    Dirijor : A. Petuxov
    Filmin Direktoru : Davud Zöhrabov
    İşıqçı : Malik Nəsirov

    Rollarda
    Həsənağa Turabov-Nəbi
    Mömünat Qurbanova-Həcər
    Gümrah Rəhimov-Tunc Vəli
    Ənvər Həsənov-Sirac
    Ömür Nağıyev-Kalış
    Eldəniz Quliyev-Mirzə
    Rasim Balayev-Səlim bəy
    Ramiz Əzizbəyli-Koxa
    Şahmar Ələkbərov-İbiş
    Zilli Namazov
    Kazım Abdullayev-Qurd Kərim
    Təvəkkül İsmayılov-Qaçaq
    Nizami Musayev
    Vəliəhd Vəliyev-Pristav İvan Petroviç
    Olqa Bityukova-Həkim
    Muxtar Maniyev-Qubernator
    Nikolay Barmin
    Məmmədrza Şeyxzamanov-Kəndli qoca
    Leyla Bədirbəyli-Kəndli qarı
    Əhməd Əhmədov
    Firəngiz Mütəllimova-Səlminaz
    Tofiq Tağızadə-Şikayətçi kəndli
    Dadaş Kazımov-Şikayətçi kəndli
    İsi Məlikzadə-Tacir
    Ceyhun Mirzəyev-Tacir
    İ. Əhmədov
    Muxtar Avşarov-İranlı zabiti
    Əliqulu Səmədov-İran zabiti
    Həsən Əbluc-Kəndxuda
    Məmmədkamal Kazımov-Kəndli
    Sadıq Hüseynov-Kəndli
    Gəray Əlibəyov

    Filmi səsləndirənlər
    Həsən Məmmədov-Qubernator (Muxtar Maniyev)
    Əliağa Ağayev-Tacir (İsi Məlikzadə)
    Muxtar Maniyev-Tacir
    Rafiq Əzimov-Tacir
    Səməndər Rzayev-Araba sürən
    Hamlet Xanızadə-General
    Yaşar Nuri-Dustaqxana gözətçisi
    Kamal Xudaverdiyev-Tunc Vəli (Gümrah Rəhimov)

    Janr: Tarixi
    Döyüş
    Macəra
    Bioqrafik
    Filmin digər adı: Qaçaq Nəbi
    Atları Yəhərləyin
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 82 dəq.
    İl: 1985
    Film çəkilən yerlər: Şamaxı, Dəmirçi kəndi

    Şamaxı, Gülüstan dərəsi
    İsmayıllı
    Quba
    Laçın
    Laçın, qayalıqlarda
    Qobustan
    Bakı, Kinostudiyanın pavilyonu
    Texniki məlumatlar: 9 hissə

    2404 metr
    genişekranlı
    35 mm
    ”Svema” kinolenti(Şostka kimya kombinatı)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qanlı Zəmi (1985) (Qaçaq Nəbi)

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 5159

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş