https://www.youtube.com/watch?v=sMuC7Zx8R6A Arxadan vurulan zərbə 1977 Məzmun Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Film haqqında

Bu konu 1949 kez görüntülendi 0 yorum aldı ...
Arxadan vurulan zərbə 1977 1949 Reviews

    Konuyu değerlendir: Arxadan vurulan zərbə 1977

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1949 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Arxadan vurulan zərbə 1977


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Arxadan vurulan zərbə 1977


    Məzmun Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur.
    Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.
    Film haqqında
    * Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub.
    * Film ali kateqoriyaya layiq görülüb.
    * Film Elçinin ”Ox kimi bıçaq” povesti əsasında çəkilib.
    * ”¦ Hər filmdə olduğu kimi ”Arxadan vurulan zərbə”də də çətin anlar, çətin dəqiqələr olurdu. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. ”Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə ”əyil” komandası verirdi və mən də tez əyilirdim. Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi. Və çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, ”əyil” komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissor mənə ”əyil” komandasını bir az gec verdi. Və rejissorun gec ”əyil””komandası verməsi az qala bıçağın mənim düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox””¦. (”Arxadan vurulan zərbə: Rasim Balayevi ad günündə ”öldürdülər”, Ekspress qəzeti, 31.07.03, Ulduzə Qaraqızı).

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : Elçin
    Quruluşçu Rejissor : Arif Babayev
    Quruluşçu Operator : Valeri Kərimov
    Quruluşçu Rəssam : Elbəy Rzaquliyev
    Bəstəkar : Xəyyam Mirzəzadə
    Səs Operatoru : Əsəd Əsədov
    Geyim Rəssamı : Tatyana Əmirova
    Qrim Rəssamı : V. Arapov
    Dekor Rəssamı : Fikrət Ələkbərov
    Rejissor Assistenti : Yusif Əlizadə, Aydın Mahmudbəyov, Tamilla Muxtarova
    Operator Assistenti : A. Əliyev
    Montaj edən : Nelli Mahmudova
    Fotoqraf-Rəssam : Y. Sazonov
    İşıq Ustası : Adil Dadaşov
    Redaktor : Əhmədağa Qurbanov
    Məsləhətçi : Sabir Hüseynov(S. Hüseynov kimi) (daxili xidmət polkovniki)
    Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
    Dirijor : D. Ştilman
    Filmin Direktoru : Semyon Qaragedov

    Rollarda
    Şahmar Ələkbərov- Gündüz
    Adil İsgəndərov- Dadaşlı
    Yusif Vəliyev- Fəttah
    Hamlet Xanızadə- İmaş
    Amaliya Pənahova- Ziba
    Akif Məhərrəmov- Fazil
    Rasim Balayev- Cəbi
    Həsən Məmmədov- Qəmərli
    Rafiq Əzimov- Hüseynov
    Ələsgər İbrahimov-Cabbarov
    Ənvər Həsənov-Oqtay
    Dinarə Yusifova-Safura
    Nicat Bəkirzadə-Kazımov
    Firəngiz Abbasova-Cəbinin anası
    Sadıq Hüseynov-Əli kişi
    Muxtar Avşarov-Quldur
    Gümrah Rəhimov-Milis nəfəri
    Sədaqət Zülfüqarova-Şəhər sakini
    Valeri Kərimov
    K. Məmmədov
    Tatyana Xaymoviç
    Nəbi Qədirov
    R. Zeynalov
    Kazım Abdullayev-Quldur
    Yusif Əlizadə-Sürücü

    Filmi səsləndirənlər

    Səməndər Rzayev-Dadaşlı (Adil İsgəndərov)
    Sadıq Hüseynov-Hüseynov (Rafiq Əzimov)
    Əminə Yusifqızı-Safura (Dinarə Yusifova)
    Ağaxan Salmanov-Kazımov (Nicat Bəkirzadə)
    Elxan Ağahüseynoğlu-Qurd Cəbrayıl (Yusif Vəliyev)
    Mirvari Novruzova-Cəbinin anası (Firəngiz Abbasova)

    Seçilmiş sitatlar
    İmaş: Alə, bura sənin üçün Bakının ”Torqovı” küçəsi deyil ki, mənim bacımı biabır edəsən.
    İmaş: Məsəl var, naçalnik. Deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdır. Oğru İmaşa iş verən kimdir, onunla işləmək istəyən kimdir?! İçim özümü yandırır, çölüm özgəsini..
    Fazil Qəmərli: Məni qorxutma! Mən səninçün uşaq-zad deyiləm!
    İmaş: Uşaqsan, böyüksən, özün bilərsən!

    Janr: Dram
    Detektiv
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli(ağ-qara kadrlarla)
    Vaxt: 78 dəq.
    İl: 1977
    Film çəkilən yerlər: Şəki(Cəbinin köhnə dəyirmanda bıçaqlanması səhnəsi)

    Zaqatala(bıçaqlanma səhnəsi)
    Mingəçevir
    Xaçmaz(bıçaqlanma səhnəsi)
    Abşeron, Pirəküşkül(çekistlərin cavanlıq illəri)
    Bakı, Kinostudiyanın pavilyonu(dəyirmanın iç görünüşü)
    Texniki məlumatlar: 8 hissə

    2272 metr
    genişekranlı
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Arxadan vurulan zərbə 1977

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1949

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş