https://www.youtube.com/watch?v=0lOTgvd8l1Y Bircəciyim 1986 Məzmun Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək,

Bu konu 1807 kez görüntülendi 0 yorum aldı ...
Bircəciyim 1986 1807 Reviews

    Konuyu değerlendir: Bircəciyim 1986

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1807 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Bircəciyim 1986


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Bircəciyim 1986

    Məzmun
    Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.
    Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.
    Film haqqında
    * Film aktrisa Mehriban Xanlarovanın kinoda ilk işidir.
    * Film yazıçı İlyas Əfəndiyevin ”Sarıköynəklə Valehin Nağılı” povestinin motivləri üzrə çəkilmişdir.
    * Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
    * Film 2-ci kateqoriyaya layiq görülüb.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Əsərin Müəllifi : İlyas Əfəndiyev
    Ssenari Müəllifi : Yuri Çulyukin
    Quruluşçu Rejissor : Ənvər Əbluc
    Quruluşçu Operator : Kənan Məmmədov
    Quruluşçu Rəssam : Fikrət Əhədov
    Bəstəkar : Mobil Babayev
    Səs Operatoru : Akif Nuriyev
    Rejissor : Yusif Əlizadə
    Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
    Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev
    Montaj edən : Esmira İsmayılova
    Qrim Rəssamı : Berta Roqova
    Geyim Rəssamı : Afət Məmmədova
    Rejissor Assistenti : Ə. Əhmədov, E. Şərifov
    Rəssam Assistenti : Adil Azay(Adil Azayev kimi)
    Montaj üzrə Assistent : Tamilla Muxtarova
    İşıq Ustası : Tahir Bağırov
    Kaskadyor Qrupunun Rəhbəri : V. Leontyev
    Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl
    Dirijor : Konstantin Krimets
    Ansamblın Rəhbəri : Rafiq Babayev
    Mahnıların Mətni : Vaqif Səmədoğlu
    Mahnıları İfa edən : Mübariz Tağıyev
    Məsləhətçi : Akif Rəfiyev (milis podpolkovniki)
    İnzibatçı : Aydın Hüseynov
    Redaktor : Eldəniz Quliyev
    Filmin Direktoru : Nadir Əliyev

    Rollarda
    Mehriban Xanlarova-Sarıköynək
    Kamil Zöhrabov-Valeh
    Həsən Məmmədov-Muradzadə
    Hamlet Xanızadə-Məcidov
    Ramiz Məlikov-Yusifov
    Əhməd Salahov-Rövşən
    Rafiq Əzimov-Musa
    Vüqar Qasımov(V. Qasımov kimi)
    Amaliya Pənahova-Zabitə
    Vəliəhd Vəliyev-Camal
    Ötkəm İsgəndərov-İlkin
    Ömür Nağıyev-Eldar
    Fərhad İsrafilov-Zeynal
    Əliqulu Səmədov-Sərvər
    Cahangir Aslanoğlu
    Həsən Əbluc-Təhqiqatçı
    Yusif Əlizadə-Təhqiqatçı
    Fikrət Əhədov
    Əhməd Əhmədov
    C. Cəfərov
    Lətifə Əliyeva-Musanın arvadı
    Nuriyyə Əhmədova-Bardakı qadın
    Azər Zeynalov-Bardakı çalğıçı
    Eldəniz Rəsulov-Bardakı oğlan
    Zilli Namazov-Rəqs edən
    Mayak Kərimov-Milis işçisi
    Mübariz Tağıyev-Müğənni
    Nəbi Qədirov-Restorandakı adam

    Sponsor

    Mərkəzi Televiziya(Moskva)
    Janr: Dram
    Detektiv
    Məhəbbət
    Filmin digər adı: Sarıköynəklə Valehin Nağılı
    Təkcə Sən
    Dil: Rus dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 68,5 dəq.
    İl: 1986
    Texniki məlumatlar: 7 hissə

    1950 metr
    35 mm
    ”Svema” kinolenti(Şostka kimya kombinatı)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bircəciyim 1986

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1807

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş