[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
Kişi sözü 1987
Məzmun
Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir”¦
Film haqqında
* Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
* Film aktrisa Sənubər İsgəndərlinin kinoda ilk işidir.
* Filmin çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb.
* Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu.
* Rejissorun sözünə görə, tezliklə filmin davamı çəkiləcək.
* Filmə Georgi Daneliya xeyir-dua verdi. Təsdiq etmə mərasimindən sonra Cahangir Mehdiyev məsləhətləşmək üçün üz tutur Moskvaya, müəlliminin yanına”¦ Xatırladım ki, Cahangir Mehdiyev ”Mosfilm”də Musiqili Komediya Birliyinin bədii rəhbəri kinorejissor (”Mimino” filminin rejissoru) Georgi Daneliyanın tələbəsi olub. ””¦Georgi Daneliya ssenari ilə tanış olduqdan sonra məmnun qaldı və mənim fikirlərimi də qəbul etdi. Elə ki, söhbət gəldi idmançı obrazının üzərinə, bu rola kimi çəkəcəyimlə maraqlandı. Mən də öz növbəmdə həmin rola uyğun olan aktyordan bəhs etdim. Müəllimim etiraz etdi və məsləhət gördü ki, idmançı, yəni Niyaz roluna özüm çəkilim. Mən Niyaz rolu üçün Rəfael Dadaşovu fikirləşmişdim. Doğrudur ki, onunla sınaq çəkilişləri aparmamışdım, ancaq fikrimdə var idi. Elə ki, müəllimim mənə şəxsən özümün ifamı təklif etdi, açığı əvvəlcə bir az tərəddüd keçirdim” (”Kişi Sözü: Filmin davamı çəkiləcək”, Ekspress qəzeti, 24.07.2003, Ulduzə Qaraqızı)
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari Müəllifi : İsi Məlikzadə
Quruluşçu Rejissor : Cahangir Mehdiyev
Quruluşçu Operator : Eduard Qalakçiyev, Fikrət Əsgərov
Quruluşçu Rəssam : Fikrət Əhədov
Bəstəkar : Vasif Adıgözəlov
Mahnıların Mətni : Ramiz Rövşən
Səs Operatoru : Kamal Seyidov
Rejissor : Adil İsmayılov
Operator : Sərvər Rəşidoğlu
Montaj edənlər : Nataliya Albitskaya, Lyudmila Lotina
Quraşdırılmış Səhnələrin Operatoru : Rafiq Kərimov
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
İnzibatçılar : Həsən Tağıyev, İ. Həsənov
Redaktor : Svetlana İsmayılova
Çalır : Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri
Dirijor : Rafiq Babayev
Filmin Direktoru : Tələt Rəhmanov
Mahnı İfa edən : Vasif Adıgözəlov(Nəbinin mahnısı)
Rollarda
Əjdər Həmidov-Qasım
Muxtar Avşarov-Ələmdar
Cəvahir Bayramova-Nübar
Tələt Rəhmanov-Bayandur
Əfrasiyab Məmmədov-Nəbi
Cahangir Mehdiyev-Niyaz
Sənubər İsgəndərli(Sənubər İsgəndərova kimi)-Solmaz
Leyla Bədirbəyli-Xavər
İradə Həsənova-Ağca
Lətifə Əliyeva-Qəndab
Kəmalə Hüseynova(Kəmalə Abdullayeva kimi)-Tovuz
Aydın Həmidov-Poçtalyon
Elnur Mehdiyev-Velosipedli oğlan
Balabəy Balabəyov-Arıq sürücü
Nazim Ağayev-Atayev
Nizami İsmayılov-Rejissor
Dilarə Hüseynova
Ə. Əhmədov
S. Nəbiyeva
Naibə Şirinova
Nuriyyə Əhmədova
N. Kazımov
Telli Hüseynova(T. Hüseynova kimi)
Rəhman Rəhmanov-Operator
Filmi səsləndirənlər
Eldəniz Rəsulov-Rejissor (Nizami İsmayılov)
Mirvari Novruzova-Nübar (Cəvahir Bayramova)
Məhbubə Məlikova-Ağca (İradə Həsənova)
Janr: Dram
Komediya
Musiqili
Məhəbbət
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Azərbaycanfilm
Rəng: Rəngli
Vaxt: 71 dəq.
Film çəkilən yerlər: Şamaxı(qoyunların göl kənarında otarılan kadrları)
Şamaxı, Çuxuryurd kəndi(qəbristanlıq səhnəsi)
Bakı, Əhmədli
Texniki məlumatlar: 8 hissə
2065 metr
genişekranlı
35 mm
”Svema” kinolenti(Şostka kimya kombinatı)