https://www.youtube.com/watch?v=iaRQa-zc-Nc Məhkumlar 2007 Məzmun Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan ”Cüzam” xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır. Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə

Bu konu 1978 kez görüntülendi 0 yorum aldı ...
Məhkumlar 2007 1978 Reviews

    Konuyu değerlendir: Məhkumlar 2007

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1978 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Məhkumlar 2007


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Məhkumlar 2007

    Məzmun Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan ”Cüzam” xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.
    Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.
    Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər. ”Məhkumlar” filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi. Atası (Sabir Məmmədov) onun xəstəliyinin çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may 2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır”¦
    Film haqqında
    * Film UMBAKI xəstəxanasının daimi sakinlərinə, onların həyat eşqinə ithaf olunur.
    * Film rejissor Rasim Ocaqovun kino sahəsində son işidir. O, bu filmdə bədii rəhbər idi.
    * Film Çingiz Abdullayevin ”Məhkumların Cənnəti” əsərinin motivləri əsasında çəkilmişdir.
    * Filmin neqativi Minsk şəhərində köçürülmüşdür.
    * Film ən aşağı maliyyə imkanları və 1970-ci illərin texniki avadanlıqları ilə çəkilib.
    * Bu filmlə ilk dəfə olaraq cüzamlı xəstələrin cəmiyyətdəki yeri ekran təcəssümünü tapıb.
    * Film rejissor Mehriban Ələkbərzadənin ilk tammetrajlı bədii filmidir.
    * Film aktrisa Sevinc Əlişovanın kinoda ilk işidir. Aktrisanın dediyinə görə ağladığı səhnələrin heç birində qliserindən istifadə etməmişdir.
    * Film aktyor Ramil Zeynalovun kinoda ilk işidir.
    * Əsərlərini rusca yazan filmin ssenari müəllifi Çingiz Abdullayev ilk dəfə olaraq bu filmin ssenarisini azərbaycanca yazmışdır.
    * Filmə 280 min manat xərclənmişdir.

    Səhvlər
    * Davamlılıq səhvi : Leyla müstəntiqin yanına ifadə verməyə gəlib oturanda kamera onu göstərir və saçı qulaqlarını örtəcək şəkildə yanlara tökülmüşdür. İkinci dəfə kamera Leylaya dönəndə artıq Leylanın saçı qulaqlarının arxasına atılmışdır. Həmçinin Leyla otağa yaş saçla daxil olur. Amma növbəti kadrda onun saçı qupqurudur.
    Filmin heyəti
    Film üzərində işləyənlər

    Quruluşçu Rejissor : Mehriban Ələkbərzadə
    Ssenari Müəllifi : Çingiz Abdullayev
    Quruluşçu Operator : Kənan Məmmədov
    Quruluşçu Rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov
    Bəstəkar : Aqşin Əlizadə
    İcraçı Prodüser : Nadir Əliyev
    Bədii Rəhbər : Rasim Ocaqov
    Səs Operatoru : Əsəd Əsədov
    Rejissor : Ənvər Həsənov
    Operator : Tərlan Babayev
    Geyim Rəssamı : Mehriban Əfəndiyeva
    Montaj edən : Nisə Hacıyeva
    Qrim Rəssamı : Maqsud Məmmədov (II)
    Redaktor : Ramiz Rövşən
    Musiqi Redaktoru : Rauf Əliyev
    Məsləhətçi : Emin Şəkinski (polis general-mayoru), Ramiz Cahangirov (polis polkovniki), Şahnaz Baxşəliyeva (Səhiyyə Nazirliyinin T. Y. T. Ş.-nin müdiri))
    Rejissor Assistenti : Anar Nəsibov, Elbrus Ələkbərov, Vüqar Heybətov
    Rejissor Köməkçisi : Səriyyəxanım İsayeva
    Operator Assistenti : Allahverdi Məmmədov, İlham Babayev
    Rəssam Assistenti : Nigar Babayeva, Elvira Hüseynova
    Montajçı : Rahidə Quliyeva
    Səs Texniki : Elmira Səmədova
    Səs-Küy Səsləndiricisi : Əliqulu Səmədov, Eldəniz Rəsulov
    Əlbəsəçi : Mehriban Ələkbərova (II)
    İşıqçı : Adil Dadaşov, Fuad Əliyev (IV)
    Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri
    Dirijor : Rauf Abdullayev
    İcraçı Prodüser Müavini : Akif Əliyev
    İnzibatçı : Ədalət Yunusov, Fəxri İbrahimov, Zülfiyyə Dadaşova

    Rollarda
    Sevinc Əlişova-Leyla
    Ramil Zeynalov-Eldar
    Nurəddin Mehdixanlı-Ənvər
    Kəmalə Hüseynova-Əzizə
    Rafiq Əliyev (II)-Müstəntiq
    Mehriban Xanlarova-Aybikə Xasməmmədova
    Ramiz Novruz-Mayor
    Yelena Şetinkina-Tanya
    Tariyel Qasımov-Vidadi həkim
    Nəcibə Hüseynova-Leylanın anası
    Sadıq Əhmədov-Müfəttiş
    Ramiz Məlikov-Cəfər həkim
    Ayşad Məmmədov-Leylanın dayısı
    Şahin Cəfərov-Leytenant
    Elşən Rüstəmov-Ramiz Hüseynov
    Ü. Mustafayeva
    Məhərrəm Musayev-Satıcı
    Şirin Nəzərova-Leylanın bacısı
    A. Rüstəmov
    Sabir Məmmədov-Leylanın atası
    Gülər Nəzərova-Leylanın bacısı

    Filmi Səsləndirən
    Eldəniz Rəsulov-İnspektor (Sadıq Əhmədov)
    Sponsor
    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
    Çəkilişə köməklik edən qurumlar

    14 Saylı Birləşmiş Şəhər xəstəxanası
    28 Saylı Birləşmiş Şəhər xəstəxanası
    ”Pioner-London” Mağazası

    Janr: Dram
    Detektiv
    Müəmma
    Məhəbbət
    İlk baxış tarixi: 15 May, 2007, Bakı
    5 Dekabr, 2007, Gəncə
    Filmin digər adı: Məhkumların Cənnəti
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli (ağ-qara kadrlarla)
    Vaxt: 91,5 dəq.
    Film çəkilən yerlər: Bakı

    Bakı, Umbakı qəsəbəsi
    Bakı, Bilgəh qəsəbəsi
    Texniki məlumatlar: 10 hissə

    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Məhkumlar 2007

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1978

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş