https://www.youtube.com/watch?v=gyo8Stsne7M Qatır Məmməd 1974 Məzmun Kinolent 1919-1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd əli oğlu Məmmədov) haqqında söhbət açır. Film haqqında

Bu konu 3899 kez görüntülendi 0 yorum aldı ...
Qatır memmed 3899 Reviews

    Konuyu değerlendir: Qatır memmed

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3899 kez incelendi.

  1. #1
    Doktor Amca - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    4.252
    Konular
    1062
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    100
    @Doktor Amca

    Yeni Qatır memmed






    Qatır Məmməd 1974

    Məzmun
    Kinolent 1919-1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd əli oğlu Məmmədov) haqqında söhbət açır.
    Film haqqında
    * Film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir.
    * Film şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri üzrə çəkilmişdir.
    * Filmə quruluş vermək işi öncə Hüseyn Seyidzadəyə həvalə edilmişdi. Filmin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazmışdı. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görmüş və həmin əyər-əskiyi düzəltmək üçün ömrünün bir ilini sərf etmişdi. Müəlliflər də əvvəlcə onunla razılaşdılar, film istehsalata buraxılandan sonra isə daş atıb başlarını tutdular ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə elədi. Nəticəsi də bu oldu ki, rejissor haqlı çıxdı və ssenaridəki çatışmazlıqlar aşkar oldu. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verildi. Film 450 min rubl məbləği ilə 1973-cü ilin sentyabr ayının 20-dək çəkilib qurtarmalı idi. Bu, yuxarının göstərişi idi. Hüseyn Seyidzadə sınaq çəkilişlərini başa vurdu, əsas rolların ifaçılarını bədii şura təsdiq elədi. 1973-cü ilin martında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırırır”¦ Moskvadakı Mərkəzi Bədii Şurası son anda filmin nümayişinə qəti qadağa qoyur və filmin yenidən çəkilməsinə göstəriş verir. Beləliklə, ”Qatır Məmməd” Hüseyn Seyidzadədən alınır. Film bir çox rejissora təqdim olunsa da, heç biri yeni çəkilişi öz üzərinə götürmək istəmir. Kinostudiyanın direktoru bir ”yanan” filmi şərt əsasında Rasim Ocaqova etibar edir. Şərt belə idi: əgər Rasim Ocaqov bu filmi çəkib başa çatdıra bilərsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı əldə edəcəkdir. Nəhayət ki, bir neçə rejissorun imtina etdiyi ”Qatır Məmməd”i o, çox qısa bir müddətə və demək olar ki, yenidən çəkir. Filmin ilk variantında dövlət tərəfindən ayrılan bütün vəsait xərcləndiyi üçün, ikinci variantda yaradıcı heyət qonorarsız çəkilmək əziyyətinə qatlaşmalı oldu”(”Qatır Məmməd: Bir filmin iki çəkilişi”, Ekspress qəzeti, 26.06.2003, Ulduzə Qaraqızı).
    * Film 1-ci kateqoriyaya layiq görülmüşdür.
    Filmin heyəti
    Film üzərində işləyənlər
    əsərin Müəllifi : Zeynal Xəlil (titrlərdə yoxdur)
    Ssenari Müəllifi : Mixail Maklyarski, Kirill Rapoport
    Quruluşçu Rejissor : Rasim Ocaqov
    Quruluşçu Operator : Teyyub Axundov, Şərif Şərifov
    Quruluşçu Rəssam : Nadir Zeynalov, Rafiz İsmayılov
    Bəstəkar : Cahangir Cahangirov
    Səs Operatoru : Vladimir Savin
    Rejissor : Tofiq Məmmədov
    Montaj edən : Nelli Mahmudova
    Geyim Rəssamı : Bədurə əfqanlı
    Qrim Rəssamı : V. Bereznyakov, V. Arapov
    Rejissor Assistenti : Vaqif əsədullayev
    Operator Assistenti : Amin Novruzov, Rafiq əmirov
    Rəssam Assistenti : N. Viçina
    Bədii Rəhbər : Şamil Mahmudbəyov
    Redaktor : Nataliya Şneyer, ədhəm Qulubəyov, İntiqam Qasımzadə
    Filmin Direktoru : Tələt Rəhmanov
    Çalır : Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
    Dirijor : Yuri Nikolayevski
    Rollarda
    Şahmar ələkbərov- Qatır Məmməd
    Rasim Balayev- əziz
    Həsən Məmmədov- Səməd
    ələddin Abbasov- Göyüş
    Səfurə İbrahimova- Həbibə
    Məmmədrza Şeyxzamanov- Qubernator
    Olev Eskola- Müller
    Anatoli Falkoviç- Skott
    Səməndər Rzayev-əhəd
    İsmayıl Dağıstanlı- Fətəli Xan Xoyski
    Ramiz Məlikov-Müllerin yavəri
    Yusif Vəliyev- Halvaçı
    Həsənağa Turabov- Səlimov
    Mikayıl Mirzə(Mikayıl Mirzəyev kimi)-Qasım
    Rafiq Kərimov
    Y. Məmmədxanov
    R. Rüstəmov
    əbdül Mahmudov-Bolşevik
    Elxan Qasımov
    Sadıq Həsənzadə-Kəndli
    Hamlet Xanızadə-Bolşevik
    Rauf Qəniyev-Yunus
    Muxtar Maniyev-Mülki geyimli adam
    Muxtar Avşarov-Kəndli
    Bahadur əliyev-Məmmədin adamı
    Elxan Ağahüseynoğlu-Mülki geyimli adam
    Tariyel Qasımov-Porutçik
    Kamil Qubuşov-Sadıq xan
    C. Qafarov
    əzizağa Qasımov-Unter
    Konstantin Adamov-Fotoqraf
    Arif Mədətov-Yeməkxana sahibi
    ənvər Həsənov- Hüquqşünas
    Eldəniz Rəsulov-Yeməkxanadakı müştəri
    A. Məhərrəmov
    Mayak Kərimov-Ofisiant
    Mirzəbala Məlikov( titrlərdə yoxdur)
    Fərəc Fərəcov-Gimnaziya tələbəsi ( titrlərdə yoxdur)
    Sadıq İbrahimov-Səlim ( titrlərdə yoxdur)
    Filmi səsləndirənlər
    Səməndər Rzayev-Müller (Olev Eskola) (titrlərdə yoxdur)
    Kamal Xudaverdiyev-əhəd (Səməndər Rzayev) (titrlərdə yoxdur)
    Hamlet Xanızadə-Yunus (Rauf Qəniyev) (titrlərdə yoxdur)
    əminə Yusifqızı-Həbibə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
    Kamil Qubuşov-Skot (Anatoli Falkoviç) (titrlərdə yoxdur)
    Sadıq Hüseynov-Kəndli (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
    Rafiq əzimov-Kəndli (titrlərdə yoxdur)
    Janr: Tarixi
    Döyüş
    Bioqrafik
    Filmin digər adı: Gəncəbasarlı Qisasçı
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Ağ-Qara
    Vaxt: 88,5 dəq.
    İl: 1974
    Texniki məlumatlar: 9 hissə
    2518 metr
    genişekranlı
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qatır memmed

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Doktor Amca

          Cevaplar: 0

          Görüntüleme: 3899

    Ben dostlarımı ne kalbimle ,
    Ne de aklımla severim...
    Olur ya... Kalp durur... Akıl unutur...
    Ben dostlarımı ruhumla severim...
    O , ne durur... Ne de unutur...


    Axtardim men seni yuxularimda..
    seninle sensiz oldum xeyallarimda..
    ömür yollarimiz ayri olsada...
    bir ömür yasadim bakislarinda...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş