https://www.youtube.com/watch?v=VeOq6Xy2BFw Qız Qalası 1924 Məzmun Köhnə Bakı. Səməd xan çox narahatdır.Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarınının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi

Bu konu 1944 kez görüntülendi 0 yorum aldı ...
Qız Qalası 1924 1944 Reviews

    Konuyu değerlendir: Qız Qalası 1924

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1944 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Qız Qalası 1924


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Qız Qalası 1924

    Məzmun
    Köhnə Bakı. Səməd xan çox narahatdır.Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarınının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız Qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur.
    Film haqqında
    * Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi arxitektura abidəsi-Qız Qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilmişdir. Film mövzu və süjetcə maraqlıdır. Sözsüz və səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlı idi. Bununla belə filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilmədiyindən bu mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərmişdir.
    * Filmin çəkilişlərində 1500 adam iştirak etmişdir.
    * Film aktyor Ağasadıq Gəraybəylinin kinoda ilk işidir.
    * Film aktyor Rüstəm Kazımovun kinoda ilk işidir.
    * Film ”Qız Qalası” əfsanəsi əsasında çəkilmişdir.

    Səhvlər
    * Filmdə xanın arvadının tarı gitara kimi tutaraq çalması çox maraqlıdır. Bu da onu göstərir ki, rejissor Azərbaycan mədəniyyətinə nə qədər nabələd olmuşdur.
    Filmin heyəti
    Filmin üzərində işləyənlər

    Ssenari Müəllifi : N. Breslav-Lurye
    Quruluşçu Rejissor : Vladimir Ballyuzek
    Quruluşçu Operator : V. Lemke
    Quruluşçu Rəssam : Vladimir Ballyuzek
    Qrim Rəssamı : Georgi Parisaşvili
    Rejissor Köməkçisi : Məmməd Əlili

    Rollarda
    Sofiya Jozeffi-Xanın arvadı; Xanın qızı Gülnar
    İsmayıl Hidayətzadə-Gülnarın sevgilisi
    İbrahim Azəri-Vəzir
    Ələkbər Hüseynzadə-Əyan
    Rza Darablı-Əyan
    Ağasadıq Gəraybəyli-Əyan
    Möhsün Sənani-Döyüşçü
    Hənəfi Terequlov
    Georgi Parisaşvili
    Yevgeni Muromski
    N. Breslav-Lurye
    Kazım Ziya
    Hacıməmməd Qafqazlı-Əyan
    Məcid Şamxalov
    Rüstəm Kazımov
    Xeyri Əmirzadə

    Sitatlar
    -Koqda Deviçya Başnya Stoyala u samoqo morya volnı laskali yeya mraçnıye stenı.
    -Vo dvortse xana Sameda usluqi qotovili komnatu novobraçnım.
    -Qurani Kərim : Beregis yedinokrovnoy jenşinı, sladkoy, kak myod i yadovitoy, kak zmeya.
    -Gyulnar kajdoye utro smotrela iz okna. Ona tak boyalas uvidet pervıye kamni
    Janr: Dram
    İlk baxış tarixi: 27 May, 1924
    Filmin digər adı: Şərq Ekzotikası
    Dil: Səssiz(titrlər ruscadır)
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: AFKİ
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Ağ-Qara
    Vaxt: 54,5 dəq.
    Film çəkilən yerlər: Bakı
    Texniki məlumatlar: 8 hissə

    1527 metr
    2 seriya
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qız Qalası 1924

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1944

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş