https://www.youtube.com/watch?v=7REODd9GLbQ Yaramaz 1988 Məzmun Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri ”işgüzar” adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm

Bu konu 1854 kez görüntülendi 0 yorum aldı ...
Yaramaz 1988 1854 Reviews

    Konuyu değerlendir: Yaramaz 1988

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1854 kez incelendi.

Konu: Yaramaz 1988

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Yaramaz 1988


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Yaramaz 1988


    Məzmun
    Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri ”işgüzar” adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, ”ağıllanmağı” qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda ”işgüzar” adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə”¦Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
    Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.
    Film haqqında
    * Amerikan tənqidçisi R. Hollouey ”Faynənşl Tayms” qəzetində ”Yaramaz” filmini yenidənqurmanın ab-havasını göstərən ən yaxşı ekran əsəri hesab etmiş, kinolenti sovet kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi adlandırmışdır.
    Səhvlər
    * Filmin əvvəlində Hətəmin evində adamlar çarpayını daşıyanda sol tərəfdəki televizora diqqət etsək, sonrakı kadrda o yer dəyişmişdir.
    * Maşalla Mirzə baba ilə maşından düşəndə onların qabağından xarici maşın keçir. Çəkiliş qrupu xarici maşının şüşəsində əks olunur.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : Ramiz Fətəliyev, Vaqif Mustafayev
    Quruluşçu Rejissor : Vaqif Mustafayev
    Quruluşçu Operator : Aleksandr İlxovski
    Quruluşçu Rəssam : Rafiq Nəsirov, Nazim Hacıyev
    Bəstəkar : Emin Sabitoğlu
    Səs Operatoru : Əsəd Əsədov
    Rejissorlar : Nadir Əzməmmədov, Nizami Musayev
    Operator : R. Quliyev
    Montaj edənlər : Nelli Dadaşova, R. Novikova
    Geyim Rəssamı : Y. Kirşner
    Qrim Rəssamları : Elbrus Vahidov, Çingiz Paşayev
    Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
    Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev
    Rejissor Assistentləri : Elman Şeydayev, Nizami Məmmədov, İ. Kutsubova, Rafiq Orucov
    Operator Assistentləri : Mixail Xarçenko, R. Fətullayev
    Montajçı Assistentləri : L. Hacıverdiyeva, Lyudmila Lotina
    İşıq Ustası : Rüstəm Rüstəmov
    Fotoqraf-Rəssam : Natiq İbrahimov
    İnzibatçı Qrup : Arif Kərimov, M. İsmayılov, Nəmxuda Usubəliyev, Aydın Hüseynov
    Filmin Redaktoru : Q. Juravlyova
    Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
    Dirijor : Konstantin Krimets
    Kaskadyor : Nizami Musayev
    Filmin Direktoru : Nadir Əliyev

    Rollarda
    Mamuka Kikaleyşvili-Hətəm
    Həsənağa Turabov-Qəzənfər
    Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Maşalla
    Larisa Borodina-İradə
    Ağahüseyn Kərimov-Mirzə baba
    Hamlet Xanızadə-Ələsgər
    Məlik Dadaşov-Molla
    Zərnigar Ağakişiyeva-Qaynana
    Hacı İsmayılov-Hacı
    Bəsti Cəfərova-Ələsgərin katibəsi
    Rasim Balayev-Nazir köməkçisi
    Səidə Quliyeva-Hətəmin keçmiş arvadı
    Muxtar Maniyev-İş icraçısı
    Eldəniz Zeynalov-Hətəmin iş yoldaşı
    Zöhrə Şirinova(Z. Şirinova kimi)
    Nazim Ağayev-Hətəmin sürücüsü Muxtar
    Lalə Bağırova-Katibə
    Əli Musayev
    Brilliant Dadaşova-Qonşu
    Nəmxuda Usubəliyev
    M. Mədətov
    Ə. Babayev-Zavod işçisi
    Mənsur Məmmədov-Nazirin sürücüsü Həsənağa
    Arif Quliyev-Dazbaş işçi
    Hamlet Qurbanov-Fotoqraf
    Ülkər Quliyeva(Ü. Quliyeva kimi)
    Tələt Rəhmanov-Artist Balayan
    Cahangir Aslanoğlu-Bəhram
    Arif Kərimov-Sahə müvəkkili
    Y. Koloskova
    V. Suetin
    K. Səfərov
    Ruslan Nəsirov-Papiros satan
    Çingiz Mustafayev-Metrodakı oğlan
    Nuriyyə Əhmədova-Satıcı
    Ramiz Məlikov-Qonaqlıqda rəqs edən
    Bahadur Əliyev-Yas yerindəki adam
    Ələsgər Məmmədoğlu-Ələsgərin işçisi
    Hüseyn Muradov-Nazir
    Mübariz Əlixanoğlu-Satıcı
    Fikrət Məmmədov-”Moskviç”in sürücüsü
    Nizami Musayev-Hətəmi döyən (titrlərdə yoxdur)
    Vahid Əliyev-Hətəmin iş yoldaşı (titrlərdə yoxdur)
    Kübra Dadaşova-Qonaqlıqdakı qadın (titrlərdə yoxdur)
    Elşən Şıxəliyev (titrlərdə yoxdur)

    Filmi səsləndirənlər
    Nəcibə Hüseynova-Hətəmin arvadı (Səidə Quliyeva) (titrlərdə yoxdur)
    Həsən Əbluc-Hətəm (Mamuka Kikaleyşvili) (titrlərdə yoxdur)
    Əliabbas Qədirov-Molla (Məlik Dadaşov) (titrlərdə yoxdur)
    Sona Mikayılova-Mərziyyə (titrlərdə yoxdur)
    Eldəniz Rəsulov-İşçi (titrlərdə yoxdur)
    Arif Qasımov-Nazir (Hüseyn Muradov) (titrlərdə yoxdur)
    Sadıq Hüseynov-Qonşu (titrlərdə yoxdur)
    Pərviz Bağırov-Komsomolçu (titrlərdə yoxdur)

    Festivallar və mükafatlar
    1)1989-cu ildə Odessada ”Qızıl Dyuk” Beynəlxalq Kinofestivalı
    * Filmə Odessa centlmenlərinin Prizi verilmişdir.
    * Hətəm rolunun ifasına görə aktyor Mamuka Kikaleyşviliyə Priz verilmişdir.

    2)1989-cu ildə Qabrovoda komediya filmlərinin festivalı
    * Filmə ”Çaplinin Qızıl Əl Ağacı” Prizi verilmişdir.
    3)1989-cu ildə
    * Film ”Sovetskaya Kultura” qəzetinin Prizinə layiq görülmüşdür.
    4)1989-cu ildə Kalinində sovet kinosu aktyorlarının ”Ulduzlar-89”³ I Ümumittifaq Festivalı
    * Aktyor Mamuka Kikaleyşviliyə debütə görə Priz verilmişdir.
    5)1991-ci ildə
    * Quruluşçu rejissor Vaqif Mustafayevə, quruluşçu operator Aleksandr İlxovskiyə, səs Operatoru Əsəd Əsədova, aktyorlar Mamuka Kikaleyşviliyə və Yaşar Nuriyə, quruluşçu rəssam Nazim Hacıyevə, ikinci rejissor Nizami Musayevə Azərbaycan Republikasının Dövlət Mükafatı verilmişdir.
    Janr: Dram
    Faciəvi komediya
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Rəng: Rəngli (ağ-qara kadrlarla)
    Vaxt: 90 dəq.
    Film çəkilən yerlər: Bakı

    Bakı, Əhmədli qəsəbəsi
    Texniki məlumatlar: 10 hissə

    2653 metr
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yaramaz 1988

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1854

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş