https://www.youtube.com/watch?v=MbB1fm36ZqE Yarasa 1995 Məzmun Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır.

Bu konu 1781 kez görüntülendi 0 yorum aldı ...
Yarasa 1995 1781 Reviews

    Konuyu değerlendir: Yarasa 1995

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1781 kez incelendi.

Konu: Yarasa 1995

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Yarasa 1995


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Yarasa 1995


    Məzmun
    Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü
    Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.
    ”Yarasa” tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir”¦
    Festivallar və mükafatlar
    1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
    * Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.
    * Ən yaxşı təsvir həllinə görə quruluşçu operator Bağır Rəfiyevə və quruluşçu rəssam Şamil Nəcəfzadəyə Mükafat və Priz verilmişdir.
    * Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə Mükafat və Priz verilmişdir.

    2)1995-ci ildə Soçidə Beynəlxalq ”Kinotavr” kinofestivalı
    * Quruluşçu rejissor Ayaz Salayevə beynəlxalq kinoklublar təşkilatının Priz və Diplomu verilmişdir.
    3)1996-cı ildə
    * Quruluşçu rejissor Ayaz Salayevə ”Bakılı” cəmiyyətinin ”Humay” Mükafatı verilmişdir.
    4)1996-cı ildə Anje (Fransa) Ümumavropa debüt kinofestivalı
    * Filmə Baş mükafat və Diplom verilmişdir.
    5)1996-cı ildə İsgəndəriyyə (Misir) Beynəlxalq kinofestivalı
    * Filmə festivalın ən yaxşı filmi kimi tənqidçilərin Xüsusi Prizi verilmişdir.
    Film haqqında
    * Film dünya kinosunun 100 illiyinə həsr olunmuşdur.
    * Film postmodernizm cərəyanı üslubunda çəkilib. Almaniyanın ”Frank Furter Rundşau” qəzeti yazmışdır ki, ”Yarasa” filminin quruluşçu rejissoru Ayaz Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir.
    * Filmdəki filmoqrafiya: ”Qolem” (Almaniya, 1914, rejissor Paul Veqener), ”Doktor Kaliqarinin Kabinəsi” (Almaniya, 1914, rejissor Robert Vine), ”Gecəyə Qaçış” (Almaniya, 1920, rejissor Fridrix Vilhelm Murnau), ”Mavi Mələk” (Almaniya, 1930, rejissor Cozef fon Şternberq), ”Böyük Şəhərin İşıqları” (ABŞ, 1931, rejissor Çarlz Çaplin)
    * Filmdəki biblioqrafiya: Pedro Kalderon-”Kabus Qadın” (dram), Tomas Mann-”Tonio Kryoger” (hekayə), Şarlotta Bronte-”Ceyn Eyr” (roman), Ceffri Çoser-”Kenterberi Hekayələri”, Cəfər Cabbarlı-”Sevil” (pyes), Vladimir Nabokov-”Qaranlıqda Gülüş” (roman), Sergey Eyzenşteyn-”Şüşə Ev” (ssenari üçün qeydlər), Bernard Şou-”Piqmalion” (pyes)

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Prodüser : Saday Əhmədov
    Quruluşçu Rejissor : Ayaz Salayev
    Quraşdırılmış Səhnələrin Operatoru : Antonina Korotnitskaya
    Quraşdırılmış Səhnələrin Rəssamı : Fatma Qurbanova
    Montaj edən : Tamara Nərimanbəyova, Rəfiqə İbrahimova
    Geyim Rəssamı : Nailə Cəfərova, Əli İsgəndərov
    Səs Operatoru : Teymur Abdullayev
    Quruluşçu Rəssam : Şamil Nəcəfzadə
    Bəstəkar : Nazim Mirişli
    Quruluşçu Operator : Bağır Rəfiyev, Yuri Varnovski
    Bədii Rəhbər : Cəmil Quliyev
    Ssenari Müəllifi : Kamal Aslanov, Ayaz Salayev
    Musiqilərindən İstifadə edilən Bəstəkar : Con Qrin, Fridrix Xollender, Çarlz Çaplin

    Rollarda
    Mariya Lipkina-Turan
    Rasim Balayev-Ağabəy
    Tolib Xamidov-Nuru
    Sevil Rəsulova
    Davud İmanov
    Rövşən Məmmədov (II)
    Rüfət Əsədov
    Məmmədhüseyn Mehdizadə
    Zərnigar Ağakişiyeva
    İdris Rüstəmov
    Vitali Kolmanovski
    Yelena Fadeyeva
    Əli Kazımov

    Janr: Dram
    Dil: Azərbaycan dili(bir çox rus cümlələrindən istifadə edilmişdir.)
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”İnterturan” Konserni
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli(ağ-qara kadrlarla)
    Vaxt: 80 dəq.
    İl: 1995
    Film çəkilən yerlər: Bakı
    Texniki məlumatlar: 9 hissə

    2152 metr
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yarasa 1995

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1781

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş