https://www.youtube.com/watch?v=-7f9nU5eXoo Ləqəbi İKA dır 1997 Məzmun Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. Film haqqında * Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. * Filmdə sənədli kadrlardan istifadə edilmişdir. * Çəkiliş vaxtı

Bu konu 1834 kez görüntülendi 0 yorum aldı ...
Ləqəbi İKA dır 1997 1834 Reviews

    Konuyu değerlendir: Ləqəbi İKA dır 1997

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1834 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ləqəbi İKA dır 1997


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Ləqəbi İKA dır 1997


    Məzmun
    Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir.
    Film haqqında
    * Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir.
    * Filmdə sənədli kadrlardan istifadə edilmişdir.
    * Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı.
    * Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər.
    * Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər.
    * ”Ürək yaddaşı” adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi. Filmin çəkilişlər tamamlansa da, Teymur Bəkirzadənin qəflətən dünyasını dəyişməsi yaradıcı heyəti çaşqın vəziyyətə salır. Film 1997-ci ilə qədər kinostudiyanın arxivində yatır. Bunun səbəbləri arasında maliyyə məsələləri də var idi. Amin Novruzov ”Özgə Vaxt” filminin aşkarlanması üçün Minskə (Belorusiya) gedir. O, orada ”Belarusfilm” kinostudiyasının direktoru ilə danışıqlar apararaq ”Ləqəbi ”İka”dır” filminin montaj və səsləndirilməsi üçün kömək istəyir. Amin Novruzov: ”Direktor xahişimə biganə qalmadı. Tapşırdı ki, filmi videolentə yazıb gətirsəm nazirliyə təqdim edər, bəyənilərsə müştərək şəkildə filmin tamamlanmasına köməklik göstərərlər”. Nazir filmi bəyənir və filmin tamamlanma işləri ”Belarusfilm”də başa çatdırılır.
    * Amin Novruzov: ”Rejissor Teymur Bəkirzadə çəkiliş zamanı ssenaridəki finalı dəyişdirib. Belə ki, son səhnədə qəhrəman ayaqyoluna gedir, sonrakı səhnədə qapı açılarkən orda heç kim olmur və bu zaman da unitazdan suyun sürətli şəkildə axması göstərilir. Məna belə çıxırdı ki, qəhrəman həm burdadır, həm heç yerdə. Bu ədəbi ssenaridə olan sonluq idi. Rejissor ssenarisində isə oğul atasının təkidi ilə onun yolunu davam etdirir, məcburən çekist olur. 20 yanvar hadisələrində rol oynayır. Vaxt gəlir, ata çıxılmaz vəziyyətə düşdüyü üçün özünü öldürür. Filmin sonunda oğul da atası kimi özünü güllələyir” (Ulduzə Qaraqızı, ”Ləqəbi ”İka”dır ”” Arxivdə yatan film necə ”dirildi”?, Ekspress qəzeti, 02.06.2007, səh 18).

    Festivallar və mükafatlar
    1)1997-ci ildə Minskdə (Belarus) ”Listopad” beynəlxalq kinofestivalı
    * Filmə MDB Ölkələrinin İcraiyyə Komitəsinin Prizi verilmişdir.
    * Quruluşçu rejissor və quruluşçu operator Amin Novruzova operator sənətində və rejissorluqda yüksək professionallığa görə Diplom verilmişdir.

    2)2002-ci ilin avqust ayında Bakıda ”Araz” kinoteatrında keçirilmiş ”Bizim Naməlum Kino” festivalı
    * Quruluşçu operator Amin Novruzova bədii filmdə uğurlu işinə görə Pul Mükafatı verilmişdir.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : Vaqif Mustafayev
    Quruluşçu Rejissor : Teymur Bəkirzadə, Amin Novruzov
    Quruluşçu Operator : Amin Novruzov
    Quruluşçu Rəssam : Mayis Ağabəyov
    Bəstəkar : Aqşin Əlizadə
    Montaj edən : Valentina İvanova, Esmira İsmayılova
    Geyim Rəssamı : Vaqif Mustafayev (II)
    Qrim Rəssamı : Telman Yunusov
    Səs Operatoru : Gernard Basko, Teymur Abdullayev, Vitali Metko
    Rejissor Qrupu : Murad Məlikov, Yusif Əlizadə , Zaur Novruzov, Səhiyəddin Həsənov, Aydın Mahmudbəyov
    Dekor Rəssamı : Elyaz Səfərov
    Fotoqraf-Rəssam : Pərviz Quliyev
    Operator Qrupu : Kamal Məlikov, Sahib Səfərov, Fuad Cabbarov
    Səs Operatoru Assistenti : Bəkir Bəkirzadə
    Montaj üzrə Assistent : İrina Aksenenko
    Geyim üzrə Assistent : Afət Məmmədova
    Geyimçi : Sofa Hüseynova (II)
    İşıqçı : Akif Rəhimov, Eldar Muradov, Həsən Sultanov
    Texnik : Sahib Səfərov
    Rəng Quraşdırıcısı : Əminə Cəfərova, Tamara Yerxova
    Quraşdırılmış Səhnələrin Operatoru : Valentin Şvetsov
    İnzibatçı : Arif Kərimov, Eyyub Məmmədov, Nəmxuda Usubəliyev, Məryəm Nuriyeva, İnessa Safronova, Çingiz Əliyev
    Redaktor : Yelena Deniseviç
    Filmin Direktoru : Azər Quliyev, Arif Səfərov, Faiq Əliyev, Valentin Deniseviç
    Prodüser : Cəsarət Quliyev

    Rollarda
    Andrey Bubaşkin-”İKA”
    Vadim Lobanov-Sergey Sergeyeviç
    Ovazklıç Şarlıyev-Bakıcan
    Oksana Kaliberda-Nadya
    Lyudmila Duxovnaya-Klara Şagenovna
    Rafiq ”Lapa”-Rudolf Nikolayeviç
    Aleksey Buldakov-Baba
    Tamara Mujenko-Nənə
    Rafiq Əliyev (II)
    Murad Məlikov
    Yuri Rjov
    Nəriman Axundov
    Yusif Əlizadə
    Rafiq Qasımov
    Kazım Abdullayev-Agent

    Janr: Dram
    Filmin digər adı:”İKA” Ləqəbli

    ”İKA” Ləqəbi altında
    Ürək Yaddaşı (çəkiliş adı)
    Dil: Rus dili
    Ölkə: Azərbaycan

    Belarus
    İstehsalçı qurum: ”Billur” Kommersiya Bankı
    ”Aşkarfilm” Kinoşirkəti
    ”Azərbaycanfilm” Kinostudiyası
    ”Belarusfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 73,5 dəq.
    İl: 1997
    Film çəkilən yerlər: Cəlilabad, Prişib qəsəbəsi (kilsə səhnələri)

    İsmayıllı (qar naturası, dəyirman səhnəsi)
    Bakı, Mərdəkan qəsəbəsi (bağ səhnəsi)
    Lənkəran, hava limanı (səma görüntüləri)
    Texniki məlumatlar: 8 hissə

    2150 metr
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ləqəbi İKA dır 1997

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1834

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş