http://img19.imageshack.us/img19/5778/d6e07cc01a6f422cb55aaaa.jpg Bayramlıq Adətə görə , Novruz axşamı nişanlı qızların adına oğlan evi tərəfindən gətirilən bayram sovqatı saçaqlı tirmə şalla örtülmüş xonçalar , zərli boxçalar yan - yana düzülür. Sovqat ipək parça , baş yaylığı kəlağayı , zinət əşyaları , müxtəlif “Bayram yemişi”qırmızı alma , rəngbərəng yumurta , yeddi növ şirniyyat və s ibarət olur. Xonçalar , səməni və əlvan şamlarla bəzənir.Digər xalq bayramlarında olduğu kimi Novruz

Bu konu 2014 kez görüntülendi 0 yorum aldı ...
Gəlin novruzun bir neçə adəti ilə tanış olaq 2014 Reviews

    Konuyu değerlendir: Gəlin novruzun bir neçə adəti ilə tanış olaq

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2014 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Gəlin novruzun bir neçə adəti ilə tanış olaq



    Bayramlıq

    Adətə görə , Novruz axşamı nişanlı qızların adına oğlan evi tərəfindən gətirilən bayram sovqatı saçaqlı tirmə şalla örtülmüş xonçalar , zərli boxçalar yan - yana düzülür.
    Sovqat ipək parça , baş yaylığı kəlağayı , zinət əşyaları , müxtəlif “Bayram yemişi”qırmızı alma , rəngbərəng yumurta , yeddi növ şirniyyat və s ibarət olur. Xonçalar , səməni və əlvan şamlarla bəzənir.Digər xalq bayramlarında olduğu kimi Novruz bayramında da alnına , ayaqlarına xına (həna) qoyulmuş ,boynuna qırmızı parça sarınmış zınqırov asılmış toğlu ,qoç da aparılır. Gələnlər bu əziz bayram münasibətilə gözaydınlığı verərlər, bir - birini təbrik edərlər , el alqışlarına üz tutarlar : - Bayramınız mübarək neçə - neçə belə bayramlara çatasınız!
    Ömrünüz - gününüz bahar ətirli olsun üzünüzə xeyirli ,nurlu sabahlar açılsın , deyərlər.


    Ev görmə

    Novruz bayramı günlərində təzə evə köçənləri təbrikə gedərlər . Yeni ev tikənlər cəhd edirlər ki , Novruz bayramına yaxın köçüb orada yerləşsinlər . İnama görə yeni ilin təzə evdə qarşılanması ailəyə uğur, xoşbəxtlik gətirər Qohum - əqrəba , dostlar -yaxınlar təzə evə köçənləri hədiyyələr və bayram sovqatlarıyla təbrikə gəlir ,ev sahibinə cansağlığı ,xeyir - bərəkət ,xoş günlər arzulayırlar.



    Sünbül xonçası

    Novruz axşamında yaşlı olanların evinə aparılan pay xonçada Novruz bayramı süfrəsi üçün hazırlanmış nemətlər ,göyərdilmiş səməni ,ailə üzvlərinin sayı qədər şam , səməni olmaqla bərabər bir quru buğda sünbülü də olur . Bu sünbül evə bərəkət , artım payı olaraq gətirilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gəlin novruzun bir neçə adəti ilə tanış olaq

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2014


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş