Bulud Qaraçorlu Səhənd http://www.canaz.tv/upload/resimler/28E_3.jpg Özgə çırağına yağ olmaq bəsdir, Doğma ellərimiz qaranlıqdadır. Yanıb, yandırmayaq yadın ocağın, Evimiz soyuqdur, qışdır, şaxtadır.

Bu konu 4721 kez görüntülendi 1 yorum aldı ...
Bulud Qaraçorlu Səhənd 4721 Reviews

    Konuyu değerlendir: Bulud Qaraçorlu Səhənd

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4721 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Bulud Qaraçorlu Səhənd

    Bulud Qaraçorlu Səhənd



    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli şairi, Bulud Qaraçorlu (Səhənd) 1305-ci (1926) ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi olan Marağa şəhərində anadan oldu. Atası onun yağışlı bir yaz günündə dünyaya gəldiyinə görə, adını “Bulud” qoydu.
    O ilk və orta təhsillərini Marağa və Təbriz şəhərlərində bitirdi və Riza Xan istibdadının ən qorxunc illərində boya başa çatdı. O ömrünün gənc çağlarında Azərbaycan milli höküməti dövrünün şahidi oldu ancaq 1325-ci (1946) ilin acınacaqlı olaylarından sonra bir çox Türk şairlər və yazıçılarla birlikdə Tehrana təbid oldu.

    Səhənd Tehranda sürgün olan zamanlarda ədəbi yığıncaqlara geniş şəkildə qatılmaqla bir çox şair və yazıçılarla tanış oldu. O günlərdə Səhəndin Ustad Məhəmmədəli Fərzanə ilə tanış olması onun yaşayışında dönüş nöqtəsi kimi sayıla bilər. Niyə ki Ustadın tapşırıqları və göstərişləri nəticəsində Səhənd “Sazımın Sözü” kimi şah əsəri yaratmağa nail oldu. O hətta Türklərin ana kitabı sayılan “Dədə Qorqud” çap olmamışdan öncə, bu kitabın boylarını nəzmə çəkərək mənzum Dədə Qorqudu yarada bildi.

    Səhənd bir azadlıq sevən şair idi ki insançılıq, qardaşlıq və millətçilik şerlərində dalğalanırdı. O şerlərinin birində belə deyir:
    Mən demirəm, üstün nijaddanam mən
    Demirəm, ellərim ellərdən başdır
    Mənim məsləkimdə, mənim yolumda
    Millətlər hamısı dostdur, qardaşdır

    Səhənd 1346-cı ildə Ustad Şəhriyara ana dilində şer yazması üçün bir məktub yazır. Yazdığı məktubda elin dərdin söyləməkdən sonra ondan istəyir bu yaralara mərhəm qoysun və özgə çıraqlara yağ olmaq yerinə öz elinin dərdlərini söyləsin. Şəhriyarın vücudunu alovlandıran bu məktub, “Səhəndiyyə” şah əsərinin yaranmasına səbəb olur. Şəhriyar Səhəndiyyədə Səhəndi nəzərdə tutaraq belə deyir:
    O da şerin. ədəbin şah dağıdır, şanlı səhəndi
    O da sən tək atar ulduzlara şer ilə kəməndi
    O da simorğdan almaqdadı fəndi
    Şer yazanda qələmindən baxasan dür səpələndi
    Sankı ulduzlar ələndi
    Söz deyəndə görüsən qatdı gülü, püstəni, qəndi
    Yaşasın şair əfəndi

    İndiyə qədər çoxlu şairlər gəlib gediblər ancaq Səhənd kimi xalqın milli düşüncəsini dərinləşdirməyə çalışan, keçmişini və gələcəyini bu qədər gözəl anladan şair bulunmamaqdadır. O bir şair olaraq pəhləvilər dönəmində hakim olan boğuntulu havada, vətənini azad, millətini isə xoşbaxt görmək istəyirdi. Buna görə həqiqətən də ona “Azərbaycan milli şairi” yaraşıqlı bir ünvandır.

    Səhənd 1358-ci (1979) ilin Fərvərdin ayının 22-də öz milli arzıları ilə birlikdə bizlərdən ayrıldı ancaq o, ölməz əsərləri ilə ölməzlikdə yaşayan bir kövrək ürəkli şair kimi hər zaman yadlarda qalacaqdır. Özü dediyi kimi:
    Ancaq eli üçün yaşayanların
    Ölüb getmək ilə ömrü qurtarmaz
    Ölümlə hayatda bir bütünlük var
    Gül toxum olmasa, toxum gül olmaz.
    Sülhə qurban оldu bu Аzərbaycan
    Gərəkdir Şərqdə bоğula bu səs,
    Dеyə köhnə dünya vеrdi əl-ələ.
    Lоndоn’da başladı gizli hərəkat
    Vaşinqtоn’dakı qоşun, tədarükat
    Хəlic’ə yоllandı hərbi gəmilər.
    Tariхdə vətənə, hədəfə yоla
    Can qurban еdənlər hеç də az dеyil…
    Аmma bir millətin qurban оlması
    Tariх göstərməmiş hеç vaхt, hеç zaman
    Qоy bir də söyləyim dünyalar bilsin,
    Sülhə qurban оldu bu Аzərbaycan!?
    Bulut Qaraçorlu (Səhənd)


    Səməd!
    Nə yazım Səməd?!
    Dənli xərmənimin yanmasın yazım?
    Sərin su kuzəmin calanmasın yazım?
    Dağlı sinəmin alovlanmasın yazım?

    Mən sənə nə yazım Səməd?
    Həsrətim kimi yaxacaq?
    Göz yaşıma kim baxacaq?
    Araz yenə də axacaq!
    3 Səməd! Kimi çağırım?
    Nə qədər bağırım?
    Səməd!
    Söylə mənə, söylə Araz!
    Nədən bizlə oldun belə Araz?
    Kəsdin iki qardaş arasın
    Aldın Muğan’ın Sara’sın
    Boğdun elimin dəyərli balasın!
    Bəsdir!
    Bəsdir!
    Qurbanımı qəbul elə Araz…
    Bulut Qaraçorlu (Səhənd)


    Şəhriyara Məktub
    Bir əlimdə qələm, bir əldə kağaz,
    Xəyalım boylanır damdan, duvardan,
    Başımda yar bağın gəzmək havası,
    Qapılar bağlıdır, yol tapım hardan?

    2 Hasarın dalında könül verdiyim

    O yar bir bağ salıb, suyu bulurdan,
    Havası kəhrüba, narı yaqutdan
    Tağı firuzədən, divanı güldən.

    Mavi eyvanında saz çalır Zöhrə,
    Bürcündə yay çəkib dayanıb Keyvan,
    Layiqi var girəm qəsrinə mən də
    Qıllı papağımlan, sınıq sazımlan?

    O, bu ehtişamla, bu təmtəraqla
    Qapısın üzümə açmasa nə var,
    Şahla rəiyyətin söhbəti tutmaz,
    Mən bir obalıyam, odur Şəhriyar.

    Gərək rüsxət alam Heydər babadan,
    “Yox” cavabı bəlkə mənə verməsin,
    Bir də Şəhriyardan fərmanım vardır,
    “Şair bir-birini olur görməsin?”

    Yox, mən də Səhənd’əm, başım ucadır,
    İçimdə sönməyən eşq atəşi var.
    Məndə səfası var güllü baharın,
    Başımı tutsa da qara buludlar.

    Laləli, çiçəkli çəmənlərimdə

    Gəlib yurd salsa da çoban-çoluqlar,
    Yalvarram səfamdan üz döndərməsin,
    Şəhriyara layiq Şahyurdum da var.

    Könlüm havasıyla qol-qanad açır,
    Qaf qalasın almaq – deyə ucalır,
    Qalxdıqca boy atır daş-duvarlar da,
    Alıcı tərlanım yorulur, qalır.

    Duvarlar, duvarlar, polad olsaz da,
    Almaz mişar ollam, kəsib biçərəm!
    Külüngün borc allam Fərhad babanın,
    Bisutun olsaz da, çapıb geçərəm!

    Duvarlar, duvarlar, yol verin geçim,
    Vulqanam, nəfəsim tufan qoparar.
    Buludam, sallansa qaşım-qabağım,
    Ağlaram, aləmi sellər aparar.

    Bir əlimdə od var, bir əlimdə su,
    Bir üzüm qara qış, biri bahardır,
    Dosta, istəkliyə isti qoynum var,
    Düşmana baxışım şaxtadır, qardır.

    İçimdə boğulur dadım, harayım,
    Nə duvar hayıma hay verir, nə yar,
    Nə daşdan səs çıxır, nə də qardaşdan,
    Sankı boşluqlarda itir dalqalar.

    Bilmirəm, bəlkə də bu bir xəyaldır,
    Ya da ki, sehrdir məni aldadan,
    Deyirlər dilbərim bulur qəsrində
    Dardadır, asılıb təpə saçından.

    Səhənd’i qorxutmaz nə saray, nə sehir,
    “Məhəbbət” deyilən bir əfsunu var,
    Həm ism-i ə’zəmdir, həm ism-i şəbdir,
    Bağlı qapıları üzünə açar.

    Açılın, açılın, bağlı qapılar,
    Məhəbbət namına, istək namına!
    Əriyin, tökülün, dəmir qıfıllar,
    Könül xatirinə, ürək namına!

    Gəlir qulağıma iniltiləri,
    “Burda bir şer darda qalıb, bağırır”,
    Doğrudan da mən bir “mürüvvətsizəm”.
    Qardaşım dardadır, məni çağırır.

    Çəkilin, çəkilin, yol verin geçim,
    Ürəyim alışıb, alov saçaram!
    Şəhriyar boynuna zəncir vuralar
    Çeynərəm, gəmirrəm, dartıb açaram!

    İşləyir qoluma dəmir paxlalar,
    Zəncir qıcıqdırır, sancır ətimi.
    Can qardaş, hələlik bağışla məni,
    Deyəsən unutdun əsarətimi.

    Əziz Şəhriyar’ım, bağışla məni,
    İncimə, darılma, fikrin hardadır?
    Mürüvvətsiz deyil sənin qardaşın,
    Ancaq sənin kimi o da dardadır.

    Özün demədin ki, bizim ellərdə
    “Vəkil müavəkkilin xərcini çəkər?
    “Ana – eşq ocağı sönməsin – deyə,
    Ürəyin əridər, çırağa tökər.

    Hər yanı bilmirəm, bizim diyarda
    Heç də xəyal deyil dostluq, məhəbbət,
    Ancaq ışıq saçan isti günəş də
    Bə’zən bulud altda gizlənir, əlbət.

    Nə bilim, bəlkə də, sultanım qardaş,
    İşin eybi bizim özümüzdədir.
    Həmin bu ilqarın düşkünüyük biz,
    Günah yadda deyil, günah bizdədir.

    Bir ovuc kələkbaz, qumarbaz ilən
    Pakibaz olmuşuq, pak uduzmuşuq.
    Mərd ikən namərdə rəhm eyləmişik,
    İndi namərdlərə möhtac olmuşuq.

    Dövlətliyə saxsı lazım olanda
    Vurub sındırmışıq öz küzəmizi,
    Çıxdığımız qını beyənməmişik,
    Biz eli atmışıq, el atıb bizi.

    Elimizə nə gün ağlamışıq biz?
    Bağın şaxta vurub, bostanın yarıb
    El bizə neyləsin, nə gün ağlasın?
    Ağzı uçuqlayıb, dili bağlanıb.

    İndi olan olub, geçdilər geçib,
    Calanan su bir də küzəyə dolmaz!
    Daldan atılan daş topuğa dəyər,
    Göz yaşı tökməklən yara sağalmaz!

    Bu gün mən Səhənd’əm, sən Şəhriyar’san,
    Gəl başın ucaldaq qoca Təbriz’in,
    Bir kərə yadların daşını ataq,
    Çəkək qayğısını öz elimizin.

    Vəfasız güllərin üstündən uçaq,
    Qonaq sədaqətli el qucağına,
    Sönməz eşqimizdən bir peyvənd salaq
    Elin şaxta vurmuş gül-budağına.

    Şairim, dünyanı necə görürsən,
    Duz yeyib, duz qabın sındıranlar var.
    Qədir bilən yara can qurban eylə,
    Qədir bilməyənə heyifdir ilqar.

    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.

    Demirəm yanmayaq, alovlanmayaq,
    Yanmasın, neyləsin yazıq pərvanə?!
    Yanmayaq vəfasız yarın oduna,
    Yanaq elimizə, yanaq vətənə!

    Bir yerdə qalmaqdan darıldıq, öldük,
    Doğma yurdumuzu dolanaq, gəzək,
    El ilən ağlayaq, el ilən gülək,
    İncimizi vətən sapına düzək!

    O əziz diyarda, doğma şəhərdə
    Şairi coşduran səhnələr çox var.
    Nisgilləri çoxdur dərdli Təbriz’in,
    Biri sən özünsən, əziz Şəhriyar!

    Borc altında yaşamaq yamandır, qardaş,
    Borcluyuq, borcluyuq həm mən, həm də sən
    Gör nə ruzigarda, gör nə gündədir
    Şəhriyar bəsləyən bu el, bu vətən!..

    Çəkək şe’r topun, haydı, qardaşım,
    Sən Heydər baba’ya, mən də Səhənd’ə,
    Şairin silahı nəğmədir, sözdür,
    Nəğməmiz yayılsın şəhərə, kəndə.

    Yazaq, hər misramız bir bayraq olsun,
    Həqiqət bayrağı, zəfər bayrağı!
    Parlasm mayaq tək, yansın çıraq tək
    Gələcək mayaqı, ümid çırağı!

    İndilik zəyif bir damla olsaq da,
    Süzülək, yığılaq, göl olaq, axaq
    Qarışaq çaylara, daşqın sulara,
    Dərələrdən geçək, dənizə çataq.

    Şıltaq ləpələrə qoşulaq, coşaq,
    Süzək dalqalarda sonalar kimi,
    Gün vursun, yağışlı buluda dönək,
    Uçaq, havalanaq durnalar kimi!

    Əssin üstümüzə soyuq küləklər,
    Bozaraq, tutulaq, qaralaq, yağaq!
    Sel olaq, ağnayaq uca dağlardan,
    Yerli qayaları dibindən qazaq!

    Dağları qoparaq, dərələr dolsun,
    Köpüklü suları calayaq düzə,
    Yaşarsın qurumuş kollarm kökü,
    Baharı qaytaraq vətənimizğ!

    Çaylara səd vuraq, zülmə həd vuraq,
    Haqlara tapşıraq haqqı hər yerdə!
    Qısır qumsallara cummasın sular,
    Zəmilər göz göyə dikməsin bir də!

    Kəsək ədavətin, kinənin kökün,
    “Eşqdən yeni bir quruluş quraq!”
    Minək şahablara, ıldırımlara,
    Gedək ulduzlara, günəşə qonaq!

    Səhər bulağının arıdaq gözün,
    Işıqlar qaynasın, xarraxar axsın!
    Çızınsın yalıncıq, çılpaq meşələr,
    Bu dağlar döşünə gül-çiçək taxsın!

    Səhənd də gül açsın, Heydər baba da.
    Üzərində çadır qursun Şəhriyar,
    Baxaq çiçəklənən yurda, şe’r yazaq,
    Şair də bəxtiyar, şe’r də bəxtiyar!

    Şairim, yubanma, yoldadır karvan,
    Qulaq as, dünyada gör bir nə səsdir,
    Bağrını sıxmasın atılan toplar,
    Qırılan zəncirdir, sınan qəfəsdir.
    Bulud Qalaçorlu (Səhənd)



    Ovçu Ceyran
    Ovçu baxışların ıldırım kimi,
    Şaxdıqca canları kölə döndərir,
    Kimsəni öldürsə, yaxsada kimi,
    Mənə həyat verir, ümid göstərir.

    Könül quşlarına sallanıb baxmaz,
    Aslan şikarına çıxıb bu ceyran.
    Tərlanda oxundan can qurtaranmaz,
    Yayuva, oxuva, özüvə qurban.

    Oxuva gələndən zavallı sinə,
    Ürək qan içində əl-ayaq çalır,
    O, zalım gözlərdən yalvarım kimə,
    Yolsuz nə dil qanır, nə tanrı tanır.

    Eşqinlə köklənən bu şair könlüm,
    Bir saza dönübdür, mizrabı sənsən,
    Çal gülüm, çal gülüm əlivə dönüm,
    Qoyma, bu səhər saz düşə səsdən.

    Şeirimin pərisi, şeirimin qızı,
    Getmə nəzərimdən, getmə önümdən,
    Qaranlıq gecəmin sənsən ulduzu,
    Bəxtimin ulduzu batar sən getsən.

    Şişmək baxışların şaxdır ustumə,
    Şaxdır, qoy od alsın bu sönək ocaq,
    Məni yandırmaqdan qorxma, çəkinmə,
    Mən yansam, yurdumuz ışıqlanacaq.

    Səhənd sinəsidir, dəli ceyranım,
    İçərisin odla, eşiyin odla,
    Qoy eşq atəşində alışım, yanım,
    Ocağın hörməti odladır, odla!
    Bulut Qaraçorlu (Səhənd)


    Mən Arazın Adıylan

    Mən arazın adıylan çox zamandır tanışam,
    Ən kiçik yaşlarımdan onu rəvanlamışam.

    Qoca babam nə vaxt kən boğazım ağrıyardı,
    “Araz keçmişəm” deyə boğazımı sıxardı.

    Soruşardım ay baba araz nədir keçmisən?
    Nə kimi şeydir o ki, suyundan da içmisən?

    Sualımdan babamın yaşarardı gözleri,
    Üzünün çinlərində gizlənərdi kədəri.

    Üzümə məyus-məyus baxıb deməzdi bir söz,
    Görərdim ancaq olub onun tükləri biz biz.

    Sonra da qardaşımın adın qoydular “Araz”,
    Lakin onda da mənə aydınlaşmadı bu raz.

    Ancaq “Araz” beşikdə yatıb yırğanan zaman,
    Bu sözləri dinlərdim anamın laylasından:

    Arazı ayırdılar! qum ilən doyurdular.
    Mən səndən ayrılmazdım, zülmilən ayırdılar.
    Bulut Qaraçorlu (Səhənd)



    Ey Yurddaşım!
    Ey yurddaşım! Ana vətənin matəmində bax
    Düşmən çırax yaxıb, neçə illərdi toy tutur
    Tufanlı sam təkin qurudur bostanı, bağı
    Dəhşətli əjdəha kimi, o, hər şeyi udur

    Bax qərbdən qopan o isarət dumanları
    Güllü günəşli, baxçaları, bağları bürür
    Səssiz məzarlığa çevirən od diyarını
    İblis nabekar hələdə səltənət sürür

    Şam yandırırda şair evində qəzəl yazır
    Geçmışdə dünyadan köçən ol yarı gözləyir
    Zülmət çökübdü sankı qiyamət qaranlığı
    Hər kəs çəkib başın qınına sübhü gözləyir

    Ellər sönən ocaqları odlandıran zaman
    Sağdan və soldan itləri küşdürtdülər bizə
    Məğribdə arxadaşların ah! yatmadan tozu
    Məşriqdə pusquda oturan girdi Tərbizə

    Odlar diyarının əzəli qanlı düşməni
    Farslaşdırır siyasətilə Azər ellərin
    O anlamazki, kültürümüz sel kimi axar
    Hərgiz önü alınmaz olur güclü sellərin

    Qalmazdı daş- daş üstə əgər Türk şahları
    İran adıyla məktəbi qurmasaydılar
    yanmazdı tat ocağı,dirilməzdi birdə fars
    Xanlar ərəblər önündə durmasaydılar

    Sən sanma mərdlik və şərəf qalxıb ortadan
    Mərdanəlik məramı imiş əski xanların
    Bilməm nədəndi yurddaşım, hər gün və hər gecə
    Farsın sıxılmadan eşidirsən yalanların

    Türkün ola-ola gözəl ahəngli bir dili
    Türk elləri deyin nə üçün farsı öyrənir?
    İnsan huququnu qoruyan qurqudan sorun
    İrandakı bu şübhə siyasət nədir?! nədir?!

    İnsan qul olmayıb, düşünür öz vuqarını
    Qul olmayan itirməz olur qədro qiymətin
    Qəm etmə bir səhər doğacaq qırmızı günəş
    Ana dilimin yeli əsəcəkdir sərin, sərin
    Bulut Qaraçorlu (Səhənd)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bulud Qaraçorlu Səhənd

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 4721

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    __Ayperi__ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.10.2010
    Mesajlar
    27
    Konular
    1
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @__Ayperi__

    Post

    Mən Arazın Adıylan

    Mən arazın adıylan çox zamandır tanışam,
    Ən kiçik yaşlarımdan onu rəvanlamışam.

    Qoca babam nə vaxt kən boğazım ağrıyardı,
    “Araz keçmişəm” deyə boğazımı sıxardı.

    Soruşardım ay baba araz nədir keçmisən?
    Nə kimi şeydir o ki, suyundan da içmisən?

    Sualımdan babamın yaşarardı gözleri,
    Üzünün çinlərində gizlənərdi kədəri.

    Üzümə məyus-məyus baxıb deməzdi bir söz,
    Görərdim ancaq olub onun tükləri biz biz.

    Sonra da qardaşımın adın qoydular “Araz”,
    Lakin onda da mənə aydınlaşmadı bu raz.

    Ancaq “Araz” beşikdə yatıb yırğanan zaman,
    Bu sözləri dinlərdim anamın laylasından:

    Arazı ayırdılar! qum ilən doyurdular.
    Mən səndən ayrılmazdım, zülmilən ayırdılar.

    Bulut Qaraçorlu (Səhənd)


    .....Emeğine sağlık.....

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş