Qüds günü dostu-düşməni tanımaq günüdür. Bu günü dərk etmək, fərqinə varmaq, həyatımızda yaşatmaq çox mühüm mövzudur. İslami kimliyi olan hər bir insana aid olan mövzudur. Qüds günü haqqında çox söz demək olar. Amma, Qüds günü haqqında ən dolğun ibarə - böyük İslam mütəfəkkirlərinin bəyan etdiyi tezisdir ki, Qüds günü – İslam günüdür. Bu sözdə hər şey əhatə olunub. Misal üçün, deyilə bilərdi İslamın hansısa cəhəti, hansısa bir xüsusiyyəti. Deyilə bilərdi: Qüds günü – oyanışdır, dirçəlişdir.

Bu konu 2428 kez görüntülendi 1 yorum aldı ...
Azerbaycan Kuds gününe hazırlanıyor 2428 Reviews

    Konuyu değerlendir: Azerbaycan Kuds gününe hazırlanıyor

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2428 kez incelendi.

  1. #1
    ekbereli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    26.08.2010
    Mesajlar
    8
    Konular
    8
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @ekbereli

    Exclamation Azerbaycan Kuds gününe hazırlanıyor

    Qüds günü dostu-düşməni tanımaq günüdür. Bu günü dərk etmək, fərqinə varmaq, həyatımızda yaşatmaq çox mühüm mövzudur. İslami kimliyi olan hər bir insana aid olan mövzudur. Qüds günü haqqında çox söz demək olar. Amma, Qüds günü haqqında ən dolğun ibarə - böyük İslam mütəfəkkirlərinin bəyan etdiyi tezisdir ki, Qüds günü – İslam günüdür. Bu sözdə hər şey əhatə olunub. Misal üçün, deyilə bilərdi İslamın hansısa cəhəti, hansısa bir xüsusiyyəti. Deyilə bilərdi: Qüds günü – oyanışdır, dirçəlişdir. Qüds günü – təvəlla-təbərradır. Allaha dost olanlarla – dost, düşmən olanlarla – düşmən olmaq deməkdir. Bunlar hamısı deyilə bilərdi. Bunların hamısını demək mümkündür və bunlar mahiyyətcə düzgündür. Amma deyilib: “İslam günüdür”. Dəqiq tərif verilib. Tam və hərtərəfli tərif verilib. Bu tərif açıqlayır Qüds günü nədir. İslam günü. Yəni, İslam adına nə varsa, hansı cəhət, hansı xüsusiyyət varsa - burada mövcuddur. İslam adına hansı etiqadlılıq, hansı əqidəlik varsa – burada mövcuddur. Bunların hamısı Qüds gününə daxildir.

    “Qüds günü – İslam günüdür” sözündə bir artırma yoxdur, mübaliğə yoxdur. Ümumi xarakterli bir çatdırış deyil. Tam mənasında İslam günüdür.

    Necə mübarək dinimiz olan İslam nəzəri və əməli tərəflərdən ibarətdir, Qüds günü də o cürdür. Nəzəri hissə - dərkdən, etiqaddan, anlamaqdan ibarət nəzəri hissəsi var, əməli hissə isə bu fenomeni yaşatmaqdan ibarətdir.

    Qüds günü - nübuvvət günüdür. Həzrət Muhəmmədin (s) Allah Təalanın sonuncu rəsulu olmasına etiqad bəsləmək günüdür.

    Qüds günü – imamət günüdür. Peyğəmbərimizin (s) 12 İlahi canişininin yolgöstərən olaraq qəbul edilməsi günüdür.

    Qüds günü - ədl günüdür. İlahi ədalətə etiqad bəsləmək günüdür. Hər bir xeyrin Allahdan, hər bir şərin insanın mənfi əməlinin nəticəsi olmasına etiqad bəsləmək günüdür.

    Qüds günü – məad günüdür. İnsanın Qiyamət günündə öz əməlllərinə görə sorgu-suala çəkiləcəyinə, əməllərinin əvəzi olaraq, müafiq surətdə savab və ya cəza almasına etiqad etmək günüdür.

    Qüds günü – namaz günüdür. Çünki, o namazın ki, Qüds günü rəngi yoxdur – həmin namaz öz yerində olmayacaq. Ən azı qəlbində hər bir insan bu günlə həmahəngliyi yaşatmalıdır.

    Qüds günü – oruc günüdür. Əslində oruc nədir? Pəhrizə öyrədən bir ayindir. Etməməlilərdən çəkinməni, etməliləri yerinə yetirməyi təlqin edən, qəlbi tərbiyə edən bir ayindir. Qüds günündə də insanların nələri etmək və nələrdən çəkinməklə bağlı daha geniş bəyan edildiyi bir gündür.

    Qüds günü – zəkat günüdür, xüms günüdür. Qəlbin zəkatı, həmdərdliyin zəkatı günü. İnsaniyyətin zəkatı günü.

    Qüds günü – cihaddır. Laqeydlikdən qurtulma cihadı. Bütləri sındırmaq cihadı. Mənəvi buxovlardan azad olma cihadı.

    Qüds günü - həccdir. Qüds günü – təvəlla-təbərradır. Mövqeyini izhar etmək günüdür. Həccə gedənlər həcc işlərini yerinə yetirdikdən sonra “bəraəti-müşrikin” əməlini – dostları, düşmənləri bəlli etməsə və bünü əqlani olaraq, şüurlu olaraq etməsə - həcci o qədər də keyfiyyətli olmaz. Yüksək standartlara cavab verməz. Və imanlı insanlar böyük şövq və intizarla həccdə həmin əməlin yerinə yetirilməsini gözləyirlər. Allah Təalanın dini ilə beyətlərini təzələmək, zəlilliyə “yox!” demək fürsətini gözləyirlər. Məzlumların yanında olmaq fürsətini gözləyirlər. Hacılar həccdə təvaf edirlər, səy əməlini yerinə yetirirlər, digər vacibi ayinləri icra edirlər. Amma “bəraəti-müşrikin” əməli bunlara bir növ ruh verir, bu ayinlərdə olan simvolluğu dərin məna ilə təsbit edir. Yerinə yetirilən əməllərin mahiyyətinə, fəlsəfəsinə varmağa imkan yaradır. Şüurla, agahlıqla edilməsinə rövnəq verir. Bu mənada görürük ki, imanlı insan həcc əməllərini tam kamilləşdirmək üçün “bəraəti-müşrikin” əməlini intizarla gözləyir və böyük şövqlə yerinə yetirir.

    Mübarək Ramazan ayı da belədir. Ay boyu insan günün müəyyən hissəsini ac qalır, susuz qalır, digər işlərdən çəkinir. Bunlar insanda bir mənəvi hal yaradır. Bütün yaşayış vəziyyətində tək maddi deyil, qeyri-maddi məsələlərdə etməliləri edir və etməməliləri etmir. Və bu ayın sonuncu cüməsində “Qüds günü”nü qeyd edir. Bu, mübarək İlahi ziyafətin xüsusi rəngidir, çalarıdır. Xüsusən də, əhyalardan sonra olması da bu ruhi yüksəlişi bir növ yeni tərkiblə zənginləşdirir.

    Qüds günü - əmr-be-məruf və nəhy-əz-münkər günüdür. Yaxşılıqlara dəvətin və pisliklərdən çəkindirmənin günüdür. Əslində, əmr-be-məruf və nəhy-əz-münkərin zirvəsidir. Ən bariz formalarındandır.

    VƏTƏN GÜNÜ

    Qüds günü – hər bir müsəlmanın, islami kimliyə malik olan kəsin günü deməkdir.

    Qüds günü – hər bir İlahi aşiqin sevgi dolu intizarda olması deməkdir.

    Qüds günü – Qarabağ, Kəşmir, İraq, Əfqanıstan və digər islami yaraların dərdinin fərqinə varmaq deməkdir.

    Qüds günü yalnız bir coğrafi anlama aid deyil. Qüds günü – Vətən günüdür. Darül-İslam günüdür.

    Qüds günü – bütün işğal olunmuş torpaqların bir rəmzidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Kuds gününe hazırlanıyor

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: ekbereli

          Cevaplar: 1

          Görüntüleme: 2428

    Eklenen Resim Ön İzlemesi Eklenen Resim Ön İzlemesi
    • Dosya tipi: jpg 1.jpg (39,9 KB (Kilobyte), 14x kez indirilmiş;tir)
    Dərin hörmətlə Əkbər Əli

  2. #2
    ♥AneLiya♥ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    23.08.2010
    Yaş;
    31
    Mesajlar
    245
    Konular
    81
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    515
    @♥AneLiya♥

    Standart

    cok tskur ederim guzel bi konu
    ellerine saglik

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş