PDA

Orijinalini görmek için tıklayınız : azerbaycanda ogrencilere bir sans daha verilecek



Emine
02.08.10, 06:38
Bu il Azərbaycan Turizm İnstitutunun (ATİ) ilk buraxılışında əyani şöbəni bitirən 126 tələbədən cəmi 74-ü diplom alıb. İnstitutdan AzərTAc-a bildiriblər ki, diplom ala bilməyənlərin növbəti ildə yenidən imtahan verib məzun olmaq şansları var. Lakin burada da müəyyən şərtlərə əməl etmək lazımdır. İlk növbədə tələbə xarici dildən və ixtisas fənnindən dövlət imtahanı verməlidir. Tələbə hər iki imtahandan - xarici dil və ixtisas fənnindən müvəffəq qiymət almadığı təqdirdə, 4-cü kursu yenidən oxumalıdır. Bir imtahandan kəsiri olanlar isə payızda imtahan verib diplomlarını ala biləcəklər.

Dövlət imtahanına buraxılmayan tələbələrin də diplom almaq şansları var. İnstitutda təhsil Bolonya prosesinə uyğun aparılır. Bu sistemin qaydalarına görə, əvvəlcədən imtahandan qeyri-müvəffəq qiymət alan tələbələrə kəsirlərini qaydaya salmaları üçün imkanlar yaradılacaq.

İmtahandan qeyri-müvəffəq qiymət alan tələbələrin diplom almaları məqsədi ilə ali təhsil ocağında yay məktəbləri təşkil edilib. Müəyyən müddət ərzində tələbələr nisbətən qısaldılmış dərslərdə iştirak etməli, sonra isə imtahan verməlidirlər.