http://www.azerbaijan.az/_Culture/_Music/images/music_03_1.jpg http://www.azerbaijan.az/_Culture/_Music/images/music_03_2.jpg http://www.azerbaijan.az/_Culture/_Music/images/music_03_3.jpghttp://www.azerbaijan.az/_Culture/_Music/images/music_03_4.jpghttp://www.azerbaijan.az/_Culture/_Music/images/music_03_6.jpg

Bu konu 4454 kez görüntülendi 2 yorum aldı ...
GörkƏmli musiqi xadimlƏri 4454 Reviews

    Konuyu değerlendir: GörkƏmli musiqi xadimlƏri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4454 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart GörkƏmli musiqi xadimlƏri
















    Mir Möhsun Nəvvab Qarabaği (1833-1918)
    Şair, rəsam, xəttat və musiqişünas. Muğamı öyrənmək və ifa etmək istəyənlərə praktiki vəsait kimi "Vüzuh ül-ərqam" ("Rəqəmlərin aydınlaşdırılması") traktatını (1884) yazmışdır. Əsərdə o dövrün əsas muğamları, muğam təranələrinin yaradılmasının nəzəri qaydaları, onların ifa tərzi, şer mətnlərinə münasibət haqqında məlumat verilmişdir. Traktat Azərbaycan musiqisinin nəşr olunduğu ilk əsər və qiymətli tarixi sənəd olaraq XIX əsrin ikincisi yarısında Azərbaycan xalq musiqisi mədəniyyətinin yüksək səviyyəsini sübut edir.

    Mirzə Sadıq (Sadıqcan) (1846-1902)
    Tarzən. Virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanmışdı. Tarı təkmilləşdirmişdir. O, tara cingənə və kök simləri əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmışdır.
    Sadıqcan ilk dəfə tarı sinədə (əvvəlllər tarı düz üzündə çalardılar) çalmağa başlamışdır.
    Məhz onun təkmilləşdirdiyi tar Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilmişdir.

    Cabbar Qaryağdı oğlu (31.03.1861-20.04.1944)
    Xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.
    Tarzənlər Sadıqcan, Mirzə Fərəc və kamançaçalan Məşədi Qulu ilə birgə konsert və məclislərdə çıxış etmişdir. 1905-ci ildə tarzən Q.Pirimov və kamançaçalan S.Oqanezaşvili ilə trio yaratmış, 1906-1912-ci illərdə "Qrammofon", "Sport-rekord" və "Ekstrafon" səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşavada səsini vala yazdırmışdır.

    Keçəçi oğlu Məhəmməd (18.07.1864-20.11.1940)
    Xanəndə. Xanəndəlik sənətinə Şuşada Xarrat Qulunun və Məşədi İsinin məktəbində yiyələnmişdir.
    "Bayatıqaçar" muğamını orijinal tərzdə və xüsusi ustalıqla ifa etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.

    Məşədi Məmməd Fərzəliyev (1872-1962)
    Xanəndə. Geniş diapazonlu güclü səsə malik olan xanəndə yüksək və orta notları eyni mərhələdə ifa edirdi.
    O, Qafqaz, Orta Asiya və bir sıra Avropa ölkələrində, Türkiyədə konsertlər vermişdir.
    "Bayatı-kürd", "Şüştər", "Cahargah" muğamlarını, xüsusilə "Heyratı", "Qarabağ şikəstəsi" və b. muğamları özünəməxsus tərzdə ifa edirdi. "Sportrekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri 1912-1915-ci illərdə M.M.Fərzəliyevin ifasında 40-a qədər muğam, təsnif və xalq mahnılarını qrammofon valına yazmışlar.

    Məşədi Cəmil Əmirov (1875-1928)
    Tarzən, bəstəkar, musiqi xadimi. 1910-cu ildə Riqada "Qrammofon" firması tərəfindən M.S.Əmirovun və digər Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri xalq mahnıları və muğamları vala yazılmışdır.
    1911-1912-ci illərdə Əmirov İstanbulda musiqi təhsili almış, burada "Heyratı" muğamını nota köçürmüş və nəşr etdirmişdir.
    O, "Seyfəlmülk" operasının (1915) və "Namuslu qız" musiqili dramının (1923) müəllifidir. Bəstəkar Fikrət Əmirovun atasıdır.

    İslam Abdullayev (1876-22.09.1964)
    Xanəndə. Azərbaycanın əməkdar artisti (1949). Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur.
    "Segah", "Bayatı-kürd", "Bayatı-qaçar" və s. muğamların ifaçısı olmuşdur. Şuşada musiqi məktəbinin direktoru işləmiş.
    Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.

    Hüseynqulu Sarabski (20.03.1879-16.02.1945)
    Müğənni (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi. Azərbaycanın xalq artisti (1932).
    Azərbaycan professional musiqi teatrının banilərindən biri.1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.



    Qurban Pirimov (1880- 29.08.1965)
    Tarzən. Azərbaycanın xalq artisti (1931). Müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır.
    1905-ci ildən C.Qaryağdı oğlu və S.Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Ü.Hacıbəyovun "Leyli və Məçnun" operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur.
    Q.Pirimovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılmışdır.

    Zülfüqar Hacıbəyov (17.04.1884-30.09.1950)
    Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1943). Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.
    Z.Hacıbəyov "Əlli yaşında cavan" (1909), "On bir yaşlı arvad" (1911), " Evliykən subay" (1911) musiqili komediyalarının, "Aşıq Qərib" (1915) operasının müəllifidir.
    O, ilk səsli Azərbaycan bədii filmlərindən olan "Almas" filminə (1967) musiqi yazmışdır (Niyazi ilə birgə). Kompozitor və dirijor Niyazinin atasıdır.

    Üzeyir Hacıbəyov (18.09.1885-23.11.1948)
    Dahi bəstəkar, musiqişünas, alim, pedaqoq. Azərbaycan professional musiqi sənətinin və Milli operasının banisi.
    SSRİ xalq artisti (1938), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948) olmuşdur. 7 operanın, o cümlədən "Leyli və Məcnun" (1908) və "Koroğlu" operalarının (1937), üç musiqili komediyanın, kantata, uvertüra, romans və mahnıların, Azərbaycan Respublikası Dövlət Himninin (1918) müəllifidir. "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat işinin (1945) müəllifidir.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Müslüm Maqomayev (18.09.1885 - 28.07.1937)
    Bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai və musiqi xadimi. Azərbaycanın əməkdar incəsənət xadimi (1936).
    Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir.
    1927-ci ildə M.Maqomayevin redaktəsi ilə "Azərbaycan türk xalq mahnıları"nın ilk məcmuəsi (Ü.Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.

    Mənsur Mənsurov (Mirzə Mənsur) (1887 - 30.06.1967)
    Tarzən, pedaqoq, musiqi xadimi. Azərbaycanın əməkdar incəsənət xadimi (1940).
    Sadıqcan məktəbinin davamçısı olmuşdur. Muğam dəstgahlarının ("Rast", "Şur", "Segah", "Mahürhindi" və s.) mahir ifaçısı, muğam nəzəriyyəçisi olmuşdur. "Rast", "Zabul", "Dügah" muğamları ilk dəfə onun ifasında nota köçürülmüşdür (1936).
    Muğamat dərslərinin ilk proqramını tərtib etmişdir.

    Əhməd Bakıxanov (05.09.1892-26.031973)
    Tarzən, pedaqoq, musiqi xadimi. Azərbaycanın əməkdar müəllimi (1943). Azərbaycanın xalq artisti (1973).
    Azərbaycanın Dövlət Konservatoriyasında dərs demiş (1929-1973), Azradiokomitənin nəzdində (sonralar radio və televiziya) xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (1941-1973) olmuşdur.
    "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) əsərlərinin müəllifidir. Ansamblın tərkibinə bas tar, saz, ud, kanon, qoşa-nağara, həmçinin qoboy və fortepiano daxil etmişdir.

    Xədicə Qayıbova (24.05.1893 - 27.10.1938)
    İlk azərbaycanlı pianoçulardan biri. O, Tiflisdə "Müqəddəs Nina" qız məktəbində fortepiano üzrə xüsusi kurs bitirmişdir. 1919-cu ildən Bakıda yaşamış X.Qayıbova 1920-ci ildə Azərbaycan maarif Komissarlığında Şərq musiqisi üzrə müəllim kadrlarının hazırlanması məqsədi ilə "Qısa müddətli Şərq musiqisi kursları"nı təşkil edərək, ona başçılıq etmiş və fortepianodan dərs demişdir. O, " Azərbaycanlı qadınlar üçün əlavə kurslar" da təşkil etmiş, fortepianoda muğamların ilk ifaçısı kimi də məşhurlaşmışdır.

    Stalin repressiyası illərində ilk dəfə 1933-cu ildə şübhəli bilinərək 3 ay müddətinə həbs edilmiş X.Qayıbova 1938-ci ildə yenidən mühakimə olunaraq "türk kəşfiyyatının casusu" və "əksinqilabi fəaliyyət"lə məşğul olması ittihamı ilə yenidən həbs edilmiş və güllələnmişdir. İttihamnamədə yazıldığı kimi, iradəcə möhkəm Xədicə Qayıbova özünü "casusluqda" günahkar hesab etməmişdir. O,1954-cu ildə bəraət almışdır.

    Xurşid Qacar (1894 - 1963)
    Müğənni. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biri olan X.Qacar 1915-ci ildə Moskva Konservatoriyasında oxumuşdur. O, 1919-1924-cü illərdə Azərbaycan Opera və Balet Teatrında işləmişdir. X.Qacar səhnədə U.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasında Gülnaz və M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar obrazlarını yaratmışdır. O, musiqi mədəniyyətinin inkişafında fəal iştirak etmişdir.
    1935-ci ildə Opera Teatrının nəzdində ilk illik kurslar açılmış və X.Qacar bu kursun müdiri təyin edilmişdir.

    Şövkət Məmmədova (18.04.1897 - 08.06.1981)
    İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). 1910-cu ildə Tİflisdə musiqi məktəbini bitirmiş, təhsilini davam etdirmək üçün Milana getmiş (1911) və orada tanınmış müğənni D.Ambroziodan dərs almışdır. XX əsrin 20-ci illərinədək Azərbaycanın opera səhnəsində qadın partiyalarını ya kişilər (milli operalarında), ya da müsəlman olmayan qadınlar ifa edirdilər. Şövkət xanım həyatını təhlükə qarşısına qoyaraq Azərbaycan səhnəsində geniş tamaşaçı qarşısında çıxış edən (1914) ilk müsəlman qadın idi. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.

    Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşin mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.

    Bülbül (Murtuza Məmmədov) (22.06.1897 - 26.09.1961)
    Böyük müğənni (lirik-dramatik tenor), pedaqoq. Azərbaycan Dövlət Konservatoriyasında (1921-1927) və İtaliyada (1927-1931) təhsil almışdır.
    O, Azərbaycan milli ifaçılıq sənətinin ən gözəl ənənələrini rus və Avropa ifaçılıq məktəbi ilə sintezləşdirmişdir.
    Müğənni "Aleko", "Toska", "Riqoletto", "Koroğlu" və s. operalarda baş rolları ifa etmişdir.

    Zülfi (Zülfüqar) Adıgözəlov (1898-31.05.1963)
    Xanəndə. Azərbaycanın əməkdar artisti (1943). 1927-ci ildən konsert fəaliyyətinə başlamışdır.
    Z. Adıgözəlovun xanəndə kimi yetişməsində S.Qarayağdı oğlunun böyük rolu olmuşdur. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
    Həmçinin Azərbaycan Dövlət və Balet Teatrının səhnəsində çalışmış, məcnunun atası ("Leyli və Məcnun", Ü.Hacıbəyov) və digər partiyaları ifa etmişdir.

    Hüseynağa Hacıbababəyov (19.05.1898-10.11.1972)
    Müğənni (lirik tenor). Azərbaycanın xalq artisti (1938). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1916-cı ildən ilk muğam operalarında qadın partiyalarını ifa etmişdir.
    Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş və Məcnun ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Şah İsmayıl ("Şah İsmayıl", M.Maqomayev), Qərib ("Aşıq Qərib", Z.Hacıbəyov), ("Xosrov və Şirin", Niyazi) və b. partiyaları oxumaqla yanaşı, Avropa bəstəkarlarının operalarında da çıxış etmişdir.

    Xan Şuşinski (İsfəndiyar Cavanşir) (20.08.1901-18.03.1979)
    Xanəndə. Azərbaycanın xalq artisti (1943). Müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır.
    Yaradıcılığında "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Kürd-şahnaz", "Rast", "Bayatı-Şiraz", "Qatar", "Cahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnı ("Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s.) və təsniflər bəstələmişdir.

    Yavər Kələntərli (26.03.1902-05.02.1979)
    Xanəndə. Azərbaycanın əməkdar artisti. (1959).
    Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı. Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
    Leyli, Leylinin anası ("Leyli və Məcnun", Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Ü Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və digər partiyaları ifa etmişdir.

    Xurşid Ağayeva (20.04.1906 - 03.12.1953)
    İlk azərbaycanlı musiqişünas qadın. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943). X.Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
    O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. X.Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XİX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.

    Kövkəb Səfərəliyeva (03.01.1907 - 27.06.1985)
    Pianoçu, pedaqoq. Azərbaycan Respublikasının xalq artisti (1972). O, 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952).
    Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur.(1937 -1952).
    Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

    Əfrasiyab Bədəlbəyli (19.04.1907-06.01.1976)
    Bəstəkar, dirijor, librettoçu. Azərbaycanın xalq artisti (1960).
    Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin -"Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
    Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).

    Səid Rüstəmov (12.05.1907-10.06.1983)
    Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1957). Bakı Musiqi Məktəbinin tar sinfini bitirmiş.
    Ü.Hacıbəyov və M.Mənsurovdan dərs almışdır. Yaradıcılığında muğam formalarından, aşiq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaratmışdır.
    "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

    Həqiqət Rzayeva (25.05.1907-02.08.1989)
    Müğənni (soprano), pedaqoq. Azərbaycanın xalq artisti (1946). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.
    1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsini bitirmiş, S.Qaryağdı oğlu və S.Şuşinskidən dərs almışdır.1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti olmuş, muğam və xalq mahnılarının ifaçısı kimi geniş şöhrət qazanmışdır.Əsas səhnə obrazları: Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Telli ("Arşın mal alan",Ü.Hacıbəyov), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov) olmuşdur.

    Əşrəf Həsənov (24.01.1909-09.08.1983)
    Dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1959). Professional təhsil almış ilk azərbaycanlı dirijorlardan olmuşdur.
    Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov), "Traviata", "Aida" (C.Verdi), "Karmen" (C.Bize) və s.) dirijorluq etmişdir.
    Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.

    Asəf Zeynallı (05.04.1909-27.10.1932)
    Bəstəkar, folklorçu. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirmişdir (1931).
    Azərbaycan musiqi mədəniyyəti tarixində bir çox janrların (milli romans və s.) yaradıcısı olmuş, simfonik, kameravokal və instrumental əsərlər ("Ölkəm", "Sual", "Seyran" və s. romanslar) bəstələmişdir. Onun "Fraqmentlər" süitası (1931) Azərbaycan simfonik musiqisinin ilk nümunəsi hesab edilir.
    Fortepiano üçün yazdığı "Uşaq süitası" ilə Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur. 50-yə qədər xalq mahnısını nota köçürmüşdür.

    Bəhram Mənsurov (12.02.1911-14.05.1985)
    Tarzən. Azərbaycanın xalq artisti (1978). 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, C.Qaryağdı oğlu, H.Sarabski, S.Şuşinski kimi müğənniləri müşayiət etmişdir.
    Bəhram Mənsurovun ifasında "Çahargah" (1970) və "Rast" (1978) muğamları nota salınmış, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" muğamları ilk dəfə YUNESKO xətti ilə qrammofon valına yazılmışdır.

    Niyazi Tağızadə - Hacıbəyov (20.08.1912-02.08.1984)
    Böyük dirijor, bəstəkar. SSRİ xalq artisti (1959). Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.
    Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru (1938-ci ildə fasilələrlə) olmuşdur.
    "Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" və s. simfonik əsərlərin müəllifidir.

    Ağabacı Rzayeva (15.12.1912- 04.07.1975)
    Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1960). İlk azərbaycanlı qadın bəstəkarlardan olmuşdur.
    Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır.
    Bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İ.Quliyevlə birgə) musiqili komediyasının, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir.

    Rəşid Behbudov (14.12.1915-09.06.1989)
    Müğənni (lirik tenor). SSRİ xalq artisti (1959). Milli vokal məktəbinin görkəmli nümayəndələrindən olmuşdur. "Arşin mal alan", "Sevimli mahnı" və başqa bədii filmlərdə baş rollara çəkilmişdir.
    Repertuarına dünya xalqlarının və Azərbaycan bəstəkarlarının mahnıları daxil idi. Azərbaycan opera teatrında Balaş ("Sevil", F.Əmirov), Əsgər ("Arşin mal alan", Ü.Hacıbəyov) partiyalarının mahir ifaçısı olmuşdur.
    1966-cı ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrı hal-hazırda onun adını daşıyır.

    Qəmbər Hüseynli (16.04.1916 - 01.08.1961)
    Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1961).
    A.Zeynallı adına Bakı Musiqi Məktəbini (B.İ.Zeydmanın kompozisiya sinifini) bitirmişdir.
    Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

    Ədilə Hüseyn-zadə (28.04.1916)
    Bəstəkar. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982). Ə.Hüseyn-zadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır.
    Ə.Hüseynzadə Ü.Hacıbəyovun "Arşin mal alan" operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.
    Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir.

    Mariya Titarenko (23.3.1917- 26.09.2002)
    Opera müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti (1961). Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.
    Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vagif", "Sevil" operalarındakı obrazları və "Arşin mal-alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "Lonanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.

    Tofiq Quliyev (07.11.1917- 05.10.2000)
    Bəstəkar, pianoçu. Azərbaycan estrada musiqisinin banilərindən biri, Azərbaycan Dövlət Konservatoriyasını (1934-1936), Moskva Dövlət Konservatoriyasını (1951) bitirmişdir.
    Onun "Azərbaycan", "Sənə də qalmaz", "İlk bahar" və digər mahnıları populyardır.
    "Aktrisa" (1943), "Qızılaxtaranlar" (1963), "Sabahın xeyir, Ella!" (1973) operettalarının, fortepiano üçün əsərlərin müəllifidir.

    «Şöhrət» və «İstiqlal» ordeni ilə təltif olunmuşdur.
    Qara Qarayev (05.02.1918 -13.05.1982)
    Bəstəkar, pedaqoq, alim, publisist. Azərbaycanın xalq artisti (1959). SSRİ xalq artisti. Lenin və Dövlət mükafatları laureatı. Azərbaycan EA-nın akademiki (1959).
    Azərbaycan Dövlət Konservatoriyasını (1938), Moskva Konservatoriyasını (D.D.Şostakoviçin sinfini) bitirmişdir (1946).
    "Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniyanın, "Don Kixot" (1960), "Alban rapsodiyası" simfonik qravürlərinin, "Leyli və Məcnun" simfonik poemasının, "Vyetnam" süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansların müəllifidir.

    Gülxar Həsənova (10.12.1918)
    Opera müğənnisi (soprano). Azərbaycan Respublikasının xalq artisti (1982). G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936 -1942). Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır.
    Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədir. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.

    Soltan Hacıbəyov (08.05.1919 -19.09.1974)
    Bəstəkar, pedaqoq. SSRİ xalq artisti (1973). Azərbaycan Dövlət Konservatoriyasını (1946) bitirmişdir. Yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur.
    Əsərlərindən "Gülşən" baleti (1950) və "Karvan" (1945) simfonik lövhəsi daha çox şöhrət qazanmışdır.
    "Qızıl gül" musiqili komediyasının, uşaqlar üçün "İskəndər və çoban" operasının, xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir.

    Lyudmila Karaqiçeva-Bretanitskaya (19.08.1920)
    Musiqişünas, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi(1972), sənətşünaslıq namizədi (1962). L.Karaqiçeva Azərbaycan musiqişünaslığın aparıcı simalarından biridir. Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas alimin elmi fəaliyyətinin əsas mövzusu Qara Qarayevin yaradıcılığıdır. "Qara Qarayev", "Qarayevin baletləri", "Qarayevin "İldırımlı yollarla" baletində Afrikanın musiqi folkloru", "Don Kixot" simfonik qravürü və Qarayevin digər əsərləri haqqında işləri diqqətəlayiqdir.
    Onun bəstəkar və dirijor Niyazi haqqında monoqrafiyası, Azərbaycan musiqisinə aid müxtəlif mövzularda məqalələri də nəşr olunmuşdur. O, Moskvaya köçdüyü müddətə qədər (1988) konservatoriyada işləmişdir.
    Cahangir Cahangirov (20.06.1921- 25.03.1992)
    Bəstəkar, pedaqoq, xormeyster. Azərbaycanın xalq artisti (1963). Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur.
    Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Müğənninin taleyi" (1978) operalarının və digər əsərlərin müəllifidir.
    Adilə Məmmədova (22.08.1921)
    A.Məmmədova görkəmli musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün yaradıcılığının tədqiqatçısıdır. Adilə xanım 40 ildən artıqdır ki, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısıdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
    O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. Adilə xanımın əməyi yüksək qiymətləndirilmiş və o, 2002-ci ildən Prezident təqaüdünə layiq görülmüşdür.

    Rauf Hacıyev (15.05.1922-19.09.1995)
    Bəstəkar. SSRİ xalq artisti (1978). Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur.
    Onun "Romeo mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Təbəssümünü gizlətmə" (1969), "Dördüncü fəqərə" (1973), "Ana, mən evlənirəm" (1976), "Yol ayrıcı" (1981) operettaları geniş şöhrət qazanmışdır. Bir çox simfonik əsərlər, oratoriya, kantata və mahnıların müəllifidir. Mahnılarından "Sevgilim", "Leyla", "Bahar gəlir", "Bakı", "Azərbaycanım" daha çox məşhurdur.

    Şövkət Ələkbərova (20.10.1922 - 07.02.1993)
    Müğənni. Azərbaycanın xalq artisti (1959). A.Zeynallı adına Bakı Musiqi Məktəbində H.Sarabskinin sinfini bitirmişdir.
    1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və rəqs Ansamblında işləmiş, 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
    Repetuarında muğamlar ("Segah", "Qatar", "Şahnaz" və s.) və xalq mahnıları üstünlük təşkil edirdi.

    Fikrət Əmirov (22.11.1922 - 20.02.1984)
    Böyük bəstəkar. SSRİ xalq artisti (1965). Azərbaycan Dövlət Konservatoriyasını (B. Zeydmanın sinfini) bitirmişdir (1948).
    Simfonik muğam janrının banisidir ("Şur", "Kürd ovşarı" -1948; "Gülüstan-Bayatı-Şiraz"-1971). "Sevil" operasının (1953), "Min bir gecə" baletinin (1973), simli orkestr üçün "Nizami" simfoniyasının (1948) müəllifidir.
    Yaradıcılığında "Azərbaycan kapriççiosu" (1961), "Simfonik rəqslər" (1963), fortepiano və orkestr üçün ərəb mövzusunda konserti (1957, E.Nəzirova ilə birgə) xüsusi yer tutur.

    Tükəzban İsmayılova (21.12.1923)
    Müğənni. Azərbaycan Respublikasının xalq artisti (1993). Tükəzban xanım 1940-cı ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, görkəmli müğənni H.Sarabskinin sinfini bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir.T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olmuşdur.
    Onun repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ("Kürdün gözəli", "Qaragöz" və s.) xüsusi yer tutmuş, muğamları ("Qatar", "Heyratı", "Şahnaz", "Segah") məharətlə ifa etmişdir. Tükəzban xanım uzun səhnə fəaliyyətini böyük məhəbbətlə sevdiyi, adətən, onu tarda müşaiyət edən Respublikanın xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır. O, 1985-ci ildən İncəsənət gimnaziyasında muğam dərsi deyir. T.İsmayılova 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.

    Şəfiqə Axundova (21.01.1924)
    Bəstəkar. Azərbaycan Respublikasının xalq artisti (1998). Şəfiqə xanım 1943-44-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Ü.Hacıbəyovdan dərs almış və 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur.
    Şəfiqə xanım gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965)., simli kvartet üçün pyeslərin, dramatik teatr ("Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s.) və uşaq tamaşalarına musiqinin ("Təlxəyin nağılı", "Dovşanın ad günü" və s.) müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox populyardır. Şəfiqə xanım bu gün də gənclik eşqi ilə gözəl musiqilər bəstələyir və əsərlər yaradır.

    Süleyman Ələsgərov (22.02.1924 - 22.01.2000)
    Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1974).
    Azərbaycan Dövlət Konservatoriyasını (B.Zeydmanın sinfini) bitirmişdir (1948).
    Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1974). Azərbaycan Dövlət Konservatoriyasını (B.Zeydmanın sinfini) bitirmişdir (1948). "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan, ay subaylıq" (1968), "Həmişəxanım" (1971) və s. operretaların, "Bahadur və Sona", «Solğun çiçəklər» operalarının,, 4 kantatanın , 2 simfoniyanın, "Bayatı - Şiraz" simfonik muğamının (1950), mahnı və dram tamaşalarına musiqinin müəllifidir.

    Mikayıl Azaflı (21.03 .1924 - 26.08.1978)
    Aşıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986).
    Aşıq Azaflının "Qoca qartal" şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, "Mikayıl Azaflı və Narinc xatın" dastanının və "Azaflı dübeyti" və "Azaflı gəraylısı" məcmuələrinin müəllifidir.
    O, həmişə aşıq musiqisinin təbliğinə və zənginləşməsinə çalışmışdır.


    Rauf Atakişiyev (15.07.1925 - 03.02.1994)
    Müğənni (lirik tenor), pianoçu, pedaqoq. Azərbaycanın xalq artisti (1967).
    Moskva Dövlət Konservatoriyasını K.K.İqumnovun sinfi üzrə bitirmiş və vokal üzrə A.V.Nejdanovadan dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
    Lenski ("Evgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərləri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir.

    Fatma Mehrəliyeva (04.06.1926 - 04.01.2000)
    Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960). Yaradıcılıq fəaliyyətinə "Sazçı qızlar" ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur.
    Ü.Hacıbəyovun "Şəfqət bacısı" mahnısının ifası ona uğur qazandırmışdır. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
    "Arşin mal alan" filmində (1945) Telli rolunu ifa etmişdir. Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, "Kəsməşikəstə"nin əvəzsiz ifaçısı olmuşdur.

    Həbib Bayramov (14.06.1926 -15.08.1994)
    Tarzən. Azərbaycanın xalq artisti (1983). 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək ansamblın bədii rəhbəri olmuşdur.
    Repertuarında "Rast", "Şur", "Cahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu.
    Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə fərqlənirdi.

    Aşıq Pənah (Əlipənah Pənahov) (01.12.1926-26.08.1978)
    Aşıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
    Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi.
    Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.

    Azad Əliyev (13.03.1928 -17.08.1994)
    Skripkaçı. Azərbaycanın xalq artisti (1959). 1951-1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir.
    Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.
    1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.

    Elman Bədəlov (04.06.1929 - 25.06.1991)
    Kamançaçalan. Azərbaycanın əməkdar artisti (1982). Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrində işləmişdir.
    Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.
    Bir çox olimpiadalarda və festivallarda iştirak etmişdir.

    Rubabə Muradova (22.03.1933 - 30.08.1984)
    Müğənni (messosoprano). Azərbaycanın xalq artisti (1971). A.Zeynallı adına Bakı Musiqi Məktəbini (S. Şuşinskinin sinfini) bitirmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
    Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyov), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov), Sənəm ("Gəlin qayası", Ş.Axundova) və başqa partiyaları ifa etmişdir.
    Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olmuşdur.

    Rafiq Babayev (31.03.1936 -19.03.1994)
    Pianoçu. Azərbaycanın xalq artisti (1993). Azərbaycan Dövlət Konservatoriyasını (R. Atakişiyevin sinfini) bitirmişdir (1963).
    Caz musiqisi Beynəlxalq festivallarının laureatı olmuşdur. R.Behbudovun Mahnı teatrının musiqi rəhbəri (1966-cı ildən), Azərbaycan Radio və Televiziya Estrada simfonik Orkestrinin baş dirijoru (1983), "Cəngi" estrada folklor ansamblının (1991) yaradıcısı olmuşdur.
    Caz kompozisiyalarının, mahnıların, 20-dən çox filmlərə yazılmış musiqinin müəllifidir. Erməni terrorunun qurbanı olmuşdur.
    Emin Sabitoğlu (Mahmudov) (02.11.1937 - 17.11.2000)
    Bəstəkar, pedaqoq. Azərbaycanın xalq artisti (2000).
    Moskva Dövlət Konservatoriyasını (Y. Şaporinin sinfini) bitirmişdir (1961). Yaradıcılığında mahnı janrı mühüm yer tutur.
    "Hicran" (1973), "Oxuyan ürək" (1983) musiqili komediyalarının, simfoniyanın, odanın və b. əsərlərin müəllifidir.

    Vagif Mustafazadə (16.03.1940 - 16.12.1979)
    Bəstəkar, pianoçu, caz muğamının banisi. Azərbaycanın əməkdar incəsənət xadimi (1979).
    1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festifallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.
    Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
    Məlikov Arif Cahangir oğlu (13.09.1933)
    Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965), Azərbaycan Respublikasının xalq artisti (1978), professor (1979), SSRİ xalq artisti (1986), Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
    1971-ci ildə "Şərəf Nişanı" Ordeni, 1998-ci ildə isə "İstiqlal" Ordeni ilə təltif olunmuşdur.
    Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999) baletlərinin, BSO üçün Səkkiz simfoniyanın (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaların, kamera instrumental əsərlərin (prelüdlər, süitalar), Nazim Hikmətin sözlərinə 2 vokal silsilənin, Xalq Çalğı alətləri Orkestri üçün əsərlərin, simfonik orkestr üçün "Azərbaycan" balladasının (1995); 8 saylı Simfoniyanın (2001) və bir çox başqa əsərlərin müəllifidir.
    Bir sıra teatr tamaşalarına və kinofilmlərə musiqi bəstələmişdir (1990 - 2001).
    Adıgözəlov Vasif Zülfüqar oğlu (1935)
    Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə professor Qara Qarayevin (1958) və fortepiano ixtisası üzrə professor S. Quliyevanın sinfini (1959) bitirib.
    Respublikanın əməkdar incəsənət xadimi (1973). Dosent (1979). Respublikanın xalq artisti (1989). Professor (1990).
    "Humay" mükafatı laureatına layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
    "Ölülər" operası, "Hacı Qara" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lə'nət şeytana" musiqili komediyalarının musiqisinin, fortepiano ilə orkestr üçün Dörd konsertin, BSO üçün 3 simfoniyanın, "Qəhrəmani" poemasının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala", "Qəm karvanı" oratoriyalarının, "Novruzum" kantatasının, "Təntənəli kantata"nın, bir sıra kamera-instrumental əsərlərin, prelüdlərin, fortepiano üçün uşaq pyeslərinin müəllifidir.
    Mirzəzadə Xəyyam Hadı oğlu (05.10.1935)
    Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1975, 1986), professor (1979),Azərbaycan Respublikasının xalq artisti (1987).
    "Şöhrət" Ordeni (2000) ilə təltif olunmuşdur.
    "Ağlar və qaralar" baletinin, I və II simfoniyaların, "Oçerklər - 63" simfonik poemasının, "Memory", "Mərakeş rapsodiyası", "Konsertştyuk", skripka ilə orkestr üçün Konsertin, səs ilə orkestr üçün "4 esse"nin, 2 simli kvartetin, ayrı-ayrı alətlər üçün solo sonataların, fortepiano üçün 12 prelüdün, "Ağlar və qaralar" silsiləsinin, soprano və fortepiano üçün "İthaf", estrada və caz pyeslərinin, populyar mahnıların müəllifidir.
    30-dan artıq kinofilmə və 15 dram tamaşasına musiqi bəstələmişdir.
    Əlizadə Aqşin Əliqulu oğlu (1937)
    Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor C. Hacıyevin bəstəkarlıq sinfi üzrə bitirib (1962). Respublikanın Dövlət Mükafatı Laureatı (1978). Respublikanın xalq artisti (1987). Professor (1988).
    1997-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
    "Babək" (1979), "Natəvan" (1998) baletlərinin, BSO üçün beş simfoniyanın, kamera orkestri üçün ("Pastoral", "Aşıqsayağı", "Cəngi", "Uşaq süitası"), Simfonik orkestr üçün ("Kənd süitası", "Abşeron lövhələri", "Şirvan lövhələri". Kantatalar), a'capella xor üçün əsərlərin, kamera-instrumental pyeslərin (fortepiano üçün "Dastan", skripka və fortepiano üçün "Portret") müəllifidir.
    Bədii və sənədli filmlərə musiqi bəstələmişdir.
    Əlizadə Firəngiz Əliağa qızı (28.05.1947)
    Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1990), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbayjan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri .
    Şöhrət" ordeni ilə təltif olunmuşdur. ( 2007)

    ƏSƏRLƏRİ: İ.Takubokunun sözlərinə 3 ifaçı - soprano, fleyta, piano/vibrafon/çelesta üçün vokal silsilə (1990); Piano üçün 2 saylı Sonata (1990); 2 ifaçı - klarnet və vibrafon /çelesta/ üçün "Crossing-I" /"Çarpazlaşma-I"/ (1991); 11 ifaçı üçün "Crossing-II" /"Çarpazlaşma-II"/ (1992); "Boş beşik" - iki pərdəli Balet /Nicat Cüməlinin poeması əsasında/ (1993); Simli kvartet, zərb alətləri və sintezator üçün "Muğam-sayağı" (1993); Solo-Gitara üçün "Fantaziya" (1994); N.Hikmətin sözlərinə bariton, xor və kamera ansamblı üçün "Ölməzliyə səyahət" (1997); Ud və kamera ansamblı üçün "Miraj" /"İpək yolu" silsiləsindən/ (1998); Fleyta, iki gitara və zərb alətləri üçün "Azərbaycan pastoralı" (1998); Simfonik orkestr üçün "Sturm und Drang" (1998); solo-Violonçel üçün "Eşq havası" /"İpək yolu" silsiləsindən/ (1998); Simli kvartet və maqnit yazısı üçün "Oazis" /"İpək yolu" silsiləsindən/ (1999); Zərb alətləri və kamera orkestri üçün "Silkout road" Konserti (1999); Müəllifin sözlərinə soprano və kamera ansamblı üçün "İtirilmiş zaman axtarışında" (1999); A.S.Puşkinin sözlərinə tenor və simli kvartet üçün "Vlasth krasotı" Romansı (1999); N.Xikmətin sözlərinə bariton, xor və simfonik orkestr üçün "Ölümsüzlüyə yolculuq" Oratoriyası (1999); Azərbaycan şairlərinin və Y.V.Qotyenin "Şərq-Qərb Divanı" poemasından sözlərinə kiçik həcmli xor, orqan, arfa və zərb alətləri üçün "Gottes ist der Orient" /alman və azərb. dil./ (2000); Qiraətçi, solo-violonçel və ansambl üçün "Dərviş" Septeti (2000); Piano /prepare/ və simli kvartet üçün "Abşeron" Kvinteti (2001); Vokal kişi kvarteti üçün "Bayatılar" (2001); İki arfa və maqnit. yazısı üçün "Deyişmə" (2001); Marimba və simli orkestri üçün Konsert (2001). Kitablar: Qara Qarayev fotoalbomu /Q.Qarayevin 80-illiyinə həsr edilib/ (azərb., ing. və rus dillərində). B., 1997; Azərbaycanın simfonik musiqisi. B., "Şur", 1998.
    Quliyev Cavanşir Rəhim oğlu (22.11.1950)
    Bəstəkar. Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2000), "Qızıl dərviş" mükafatı laureatı (2001).
    Fleyta, saz və violonçel üçün "Karvan" (2000), Simli orkestr üçün "Dastan" (2001), "Məhəbbət oyunu" Operettasının /libretto - Q.Rəsulov/ (2001) müəllifidir. "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif - İ.Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif - İ.Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif - B.Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif - B.Vahabzadə/, "Aydın" /müəllif - C.Cabbarlı/ (2000) teatr tamaşalarına, "Nigarançılıq" /C.Məmmədquluzadənin hekayələri əsasında/ (1995); "Qurbanəlibəy" /müəllif - C.Məmmədquluzadə/ (1998); "Dədə Qorqud" /eyniadlı dastan əsasında/ (2000) televiziya tamaşalarına, "Fəryad" kinofilminə (1993), "Çalalar" (1999) cizgi filminə, B.Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, N.Kəsəmənli, R.Rövşən və b. şairlərin sözlərinə mahnılar (1990 - 2001) bəstələmişdir.
    Dövri mətbuatda bir sıra məqalələri çap olunmuşdur (Azərbaycan mahnısı: "Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999, Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000).
    Mansurov Eldar Bəhram oğlu (28.02.1952)
    ƏSƏRLƏRİ: "Sevgilimin anası" - müzikl /libretto - Q.Xuqayev/ (1990); "Mahur-hindi" simfonik muğamı (1991); 4 saylı Simfoniya (1991); Kamera orkestri üçün "Freskalar" (1991); Skripka və simfonik orkestr üçün "Adajio" (1991); Simfonik orkestr üçün "Passakalya" (1991); 5 saylı Simfoniya (1992); Piano üçün "Miniatürlər" (1996); "Kleopatra" baleti /libretto müəllifindir/ (1999). Teatr tamaşalarına musiqi: "Çələbi xan" (1990); "Dişi canavar" (1991); "Mənim ağ şəhərim" (1991); "Mə'şuqələr" /müəllif - M.Haqverdiyev/ (1992); "Pul dəlisi" /müəllif - H.Orucoğlu/ (1992); "Nəğməli, təbəssümli səyahət" (1992); "Ah, qadınlar" /m&u


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: GörkƏmli musiqi xadimlƏri

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 2

          Görüntüleme: 4454

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    DAVUT - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    331
    Konular
    84
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    100
    @DAVUT

    Standart

    Emegiye saglık abecan senen iyi araştırmacı gazeteci olar.Paylaşımın için tşklr abecan.


    YALNIZSAN KADERiNDEYiM,UMUTSUZSAN KALBiNDEYiM..

  3. #3
    NASSER GHANBARI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    19.07.2009
    Mesajlar
    36
    Konular
    0
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @NASSER GHANBARI

    Standart

    Şair Alav ve onun kuşağı, şahlık rejiminin azgın yıllarında edebiyat hayatına atıldı. Şair Se-hend'in dediği gibi, "söz yasak, yazmak yasak, hatta düşünmek de yasaktı."
    Alav'ın ateşli ve cesaretli şiiri, bütün bu ya sakları hiçe sayıyor, istibdadın zincirini kırmak için yurdundan, mukaddes ana südünden helâl vatan ekmeğinden, vatanım bayındır görme idealinden güç alıyordu. O, "Güneşli Seher" adlı kitabında diyor ki, "Benim ilham kaynağım, şiirimin tadı, sö zümün tuzu vatanımdır, halkımdır. Elimde yazma, zihnimde yaratıcılık gücü olduğu sürece, halkımın derdini gamını, kaderini, sevincini, gözyaşlarını, tatlı gülüşlerini, kavgasını, zaferini, yıkılıp kalkmasını, düşmanla vuruşmasını, sarsılmaz ida- resini, tükenmez hünerini şiirime konu ed- neceğim."
    Bir çok Güney Azerbaycanlı şairde olduğu gibi Alav'ın da şiir dünyasında sözlü halk ede-biyatına, âşık şiirine, özellikle üç telli saza sonsuz bir sevgi vardır. Sazı bir bakıma halkın varlığı, sembolü olarak kabul eden şairin edebî kanaatine göre, kalemin kanatlarının kırıldığı yerde sazın tel-leri dile gelir. Alav, bu tellerde vatanın manevi tel-lerine, şöhretli geçmişine, ümitli geleceğine uygun türküler söylerŞairin "Yanıq Kereni" adlı şiiri bütünlükle bu nağmeler silsilesinin karakteristik özelliklerini taşır.

    Ürek yansa qem oduna,
    Su sepmeyin, istemirem.
    Ateşini söndürmeye -
    Çalsın aşıq Yaraq Kerem

    Yaşı artık yetmişi geçmiş bu büyük şairin ha-rereti ve coşkunluğu onun son eserlerinde lam bir bilgelikle kaynayıp karışmıştır. Alav'ın yaratıcılığı artık bir birliği yansıtıyor:
    Bir parça çörek,
    Bir küze su.
    Mehebbet dolu ürek.
    Bir xırda kerdi çiçek.
    Azacıq sevine, istek...
    Bir balaca otaq6, Ne'şimi basdırmağa
    Bir qarış torpaq istemek
    Günahını?
    Ya cinayetmi?
    Başlıca eserleri:
    Heyder Baha'dan Şehriyar'a mektup ve Babek manzumesi, Dumanlı günler, Aysız ge-celer, Güneşli seher, Tebriz, 1981



    Ana yurdum, gözel diyar,
    Adın verir mene viqar,
    Könül ister her bir bahar,
    Dağlarında ceyran olum.

    Qaçım-qaçum yaylağına,
    Ceyranların oylağına.
    Mümkün olsa bir dağına,
    İcaze ver vulkan olum.

    Qartal olum dağlarına,
    Meyve olum bağlarına.
    Bostanların tağlarına,
    Kerdi olum, veryan olum.

    Kölge olum ağacına,
    Bir daş olum yamacına.
    Naxoşların elacına,
    Tebib olum, loqman olum.

    Qoy kül olum ocağında,
    Torpaq olum ocağında,
    Torpaq olum ayağında,
    En qaranlıq bucağında,
    Dincelmeye mehman olum.

    Nurtek menim gözümdesen,
    Dilimdesen, sözümdesen.
    Dost-aşina özümdesen,
    Qoy bağında bağban olum.

    İcaze ver, ana veten,
    Sazaq olum fezanda men.
    Qarış-qarış, kövşen-kövşen,
    Çöllerinde veylan olum

    Alışaraq eşqide men,
    Alov oldum, ana veten.
    Saçlarıma düşübd

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş