Nuhun şeytanla söhbəti Səduq İmam Baqir (ə)-dan rəvayət edir ki, buyurdu: -Nuh elə ki, öz qövmünə qarğış etdi və onlar suda boğuldular. Şeytan onun yanına gəlib dedi: -«Sənin mənim boynumda haqqın var, istəyirəm xəcalətindən çıxım.» Nuh buyurdu: -«Çox təəssüfedici bir haldır ki, mənim sənin boynunda haqqım var. İndi de görüm o haqq nədir?» Şeytan dedi:

Bu konu 2412 kez görüntülendi 0 yorum aldı ...
Nuhun şeytanla söhbəti 2412 Reviews

    Konuyu değerlendir: Nuhun şeytanla söhbəti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2412 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Nuhun şeytanla söhbəti

    Nuhun şeytanla söhbəti
    Səduq İmam Baqir (ə)-dan rəvayət edir ki, buyurdu: -Nuh elə ki, öz qövmünə qarğış etdi və onlar suda boğuldular.



    Şeytan onun yanına gəlib dedi:

    -«Sənin mənim boynumda haqqın var, istəyirəm xəcalətindən çıxım.» Nuh buyurdu:

    -«Çox təəssüfedici bir haldır ki, mənim sənin boynunda haqqım var. İndi de görüm o haqq nədir?» Şeytan dedi:

    -«Bəli, sən qarğış etdin. Allah taala da bu camaatı suda batırdı. Artıq mənim vəsvəsə edəcəyim bir kəs qalmamışdır və bir əsr gələcək nəslə qədər işim rahatdır.» Nuh dedi:

    -«İndi bu haqqı necə ödəmək istəyirsən?»

    Şeytan Nuhun boynunda olan haqqı ödəmək üçün ona bir neçə cümlə deyərək öz istəyini açıqladı:

    -Üç yerdə məni xatırla (məni yaddan çıxartma). Bu üç yerdə mən insana hər şeydən yaxınam. Birinci hirslənən zaman, ikincisi iki nəfərin arasında qəzavət edən zaman, üçüncüsü isə naməhrəm bir qadınla xəlvət bir yerdə olduqda və sizinlə heç bir kəs olmadıqda.

    Başqa bir hədisdə deyilir ki, şeytan Nuhun yanına gəlib dedi:

    -«Sənin mənim boynumda böyük haqqın var. Mən o haqqı ödəmək üçün sənə xeyirxahlıq etmək istəyirəm. Əmin ol ki, sənə (yalan danışmaz və) xəyanət etmərəm.»

    Nuh onun sözündən çox narahat olub, onunla artıq danışmaq istəmirdi. Allah taala bu zaman Nuha belə vəhy etdi:

    -«Onunla danış! Mən onun dilindən doğru və haqq sözlər çıxardacağam.» Nuh üzünü şeytana tutub dedi:

    -«Danış!» Şeytan dedi:

    -«Mən Adəm övladlarını paxıl, dünyapərəst, həsəd aparan və işlərində tələsən görsəm, tezliklə bizim caynaqlarımıza düşəcəklərini bilirəm. Biz onu top kimi əlimizdə oynadacayıq. Əgər bütün bu sifətlər onda toplansa onun adını Mərid Şeytan qoyarıq.» Nuh soruşdu:

    -«İndi de görək mənim sənin boynunda olan haqqım nədir?» Dedi:

    -«Sən qarğış etdin və bir saata hər yeri Duzəxə döndərdin. Mən də rahat oldum. Əgər sənin qarğışın olmasaydı gərək günlərlə mən onlarla məşğul olaydım.»

    İbni Abbasdan nəql olunan rəvayətdə deyilir ki, Şeytan Nuha nəsihət edərək belə dedi:

    -«Məbada təkəbbürlük edəsən. Bu mənim Adəmə səcdə etməməyimə səbəb oldu və Allah dərgahından qovuldum. Məbada dünyapərəst olasan. Bir halda ki, bütün behişt Adəmə halal idi, təkcə bir ağacdan başqa, amma hərislik onu ondan yeməyə məcbur etdi. Məbada həsəd aparasan ki, çünki belə hal Adəmin övladının öz qardaşını öldürməsinə səbəb oldu.» Nuh ona dedi:

    -«İndi de görüm sənin gücün Adəm övladına qarşı nə vaxt daha qüvvətlidir?» Dedi:

    -«Hirslənən zaman.»


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nuhun şeytanla söhbəti

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2412


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş