Man» sözü ümumtürk mənşəli və çoxyozumlu morfemlərdəndir.Bu morfemin semantikası da bir-birindən fərqli şəkildə izah olunur. Həmin komponentin ifadə etdiyi məna incəliklərini türk dillərinin ən qədim əlamətlərini qoruyub-saxlamış olan etnonimlərdə, toponimlərdə, hətta antroponimlərdə müşahidə etmək olur. D.Y.Yeremeyev yazır ki, türk dillərində man\men sözü müəyyən dövrlərdə şəkilçi vəzifəsində çıxış etmiş, bu göstəricidə ismin, eləcə də substantivləşmiş sifətin mənasını ehtiva olunmuşdur .

Bu konu 3197 kez görüntülendi 0 yorum aldı ...
divani lugat-it-turk eserindeki toponimler 3197 Reviews

    Konuyu değerlendir: divani lugat-it-turk eserindeki toponimler

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3197 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart divani lugat-it-turk eserindeki toponimler

    Man» sözü ümumtürk mənşəli və çoxyozumlu morfemlərdəndir.Bu morfemin semantikası da bir-birindən fərqli şəkildə izah olunur. Həmin komponentin ifadə etdiyi məna incəliklərini türk dillərinin ən qədim əlamətlərini qoruyub-saxlamış olan etnonimlərdə, toponimlərdə, hətta antroponimlərdə müşahidə etmək olur. D.Y.Yeremeyev yazır ki, türk dillərində man\men sözü müəyyən dövrlərdə şəkilçi vəzifəsində çıxış etmiş, bu göstəricidə ismin, eləcə də substantivləşmiş sifətin mənasını ehtiva olunmuşdur [4, s.136].
    Mahmud Kaşğarlının «Divanın»da man komponentli üç toponimə rast gəlmək olur: Manqışlağ, Mangüz, Mankənd. Lüğətin 1-ci cildində [3, I, s. 465] Manqışlağın oğuz ölkəsində bir yer adı olduğu göstərilir. Divanın 3-cü cildində man sözü kışlağ sözündən ayrı yazılmış [3, III, s. 157] və həmin adın da oğuz ölkəsində bir yer adı olduğu qeyd olunmuşdur. «Divan»da man sözünün ayrıca mənası da göstərilmişdir: man yaşlığ koy= dört yaşını keçən qoyun [3, III, s.157]. Türkoloji ədəbiyyatda Manqışlağ toponiminin semantikası və etimologiyası barədə müxtəlif yozmalar, fərziyyələr vardır. Bu fikirləri beş qrupa ayırmaq olar:

    1. Manqış+-laq- manqış «dəniz nəhəngi, dəniz yırtıcısı» + -laq şəkilçi-Manqışlağ «nəhənglərin, yırtıcıların olduğu yer». Bu fikrin tərəfdarları E.Koyçubayev və A.Əbdiraxmanovdur[8, s.133].

    2. Manqışlağ-minqışlaq-min+qışlağ «min qışlağ». Bu fikir Vamberiyə məxsusdur [12, s. 160]

    3.Manqışlağ- man+qışlağ –man «qoyun» +qışlaq» qışlama, qışlaq», qoyun qışlağı. Bu fikir F.Musabəyova məxsusdur[10, s.37, 38].

    4. Bu etimologiya A.Semenova aiddir. V.A.Nikonov onun yozumunu uğurlu etimologiya sayıb. Onun mülahizələrinə görə Manqışlağ – menk «etnonim» + qışlağ=Manqışlağ- «Menklerin yurdu, kəndi» (kənd taciri)[11, s. 34].

    5. S.Ataniyazovun hipotezası. Manqışlağ=man+qışlağ «man-möhkəmləndirilmiş, istehkam şəklinə salınmış kənd [1, s. 27]. V.Maxpirov bu etimologiya ilə razılaşır. «Divan»dakı man komponentli «Mankənd» toponiminin də «istehkam şəklinə salınmış şəhər» mənasını daşıdığını göstərir[9, s. 95]. Qeyd edək ki, toponimik vahidlərin tərkibində olan man elementi «keçi», «qoyun», «qışlaq», «heyvanların qışlama yeri» mənalarında da işlənmişdir[6, s. 16].
    Mankənd- vaxtilə Kaşğar yaxınlığında yaşayış məntəqəsinin adı olmuş, indi isə dağılmış şəhərin adıdır[3, III, s. 172]. Deyilənə görə, bu kənddə iri buynuzlu qoçlar saxlanılmış, ət, yun təsərrüfatında istifadə edilirmiş. Manküz toponimi- payızda qoyun, quzu saxlanan otlağ (payız oğlağı). Azərbaycanda güz komponentli Güzdək, Aşağı Güzdək oykonimlərinə də rast gəlmək olur ki, bu da «payızlıq», «payız yurdu» mənalarındadır [5, s.278].
    Bu faktlar güman etməyə əsas verir ki, tərkibində man morfemi olan toponimlər qoyunçuluqla bağlı olmuş yerlərin adını bildirir.
    Z.Xasiyevin apardığı araşdırmalar göstərir ki, Azərbaycanın qərb rayonlarında heyvan adları ilə əlaqədar bir sıra toponimlər də mövcuddur. Bunlar yaranma və semantikasına görə diqqəti cəlb edir. Məsələn, tərkibində man olan Kələman, Manküz, Qaramandağ, Manqışlağ toponimləri daha səciyyəvidir. Man qədim türk dillərində «qoyun» mənasında işlənmişdir.
    Z.Xasiyev «toğluman», qozman sözlərindən bəhs edir. Toğluman- altıaylıq dişi quzu.- Erkəyinə toxlu, tişisinə toxluman de:rix; qozman- doqquz yaşından yuxarı qoyun, qoç. Təqdir olunmalıdır ki, ilk dəfə bu maldarlıq terminini Azərbaycan dialektologiyasında Z.Xasiyev qeydə almışdır[7, s. 45, 50, 125].
    N.Zərinəzadə heyvandarlıqla bağlı man komponentli azman (beşyaşar qoyun), dizman (altıyaşar qoyun) sözlərinin fars mənşəli olduğunu göstərir [13, s.329]. Bu fikirlə razılaşmaq mümkün deyil. Çünki azman sözünün kökü azmaq, itmək, dızman sözünün kökü isə dızırıxmaq, təzmək felləri ilə əlaqədardır. Bu fellər və onlardan yaranmış isimlər (azman, dızman) qoyunçuluq təsərüfatında istifadə olunan dialekt sözlərindəndir.
    Mahmud Kaşğarlının «Divan»ını türk dilinə çevirmiş Bəsim Atalayın izahına görə azma kəlməsi danışıq dilində, azman sözü isə imlada olan vaiantlardır. N-səsi sonradan əlavə olunmuşdur. Azma\\azman «buruğ qoç» anlamındadır[3, I, s.130].
    Cəbrayıl rayonunun Göyərçinli deyilən ərazisində Dizman yatağı, Azman yatağı adlı kiçik yer adlarının olduğu yaşlı insanlar tərəfindən göstərilir. Bu yerlərdə vaxtilə geniş qoyun yataqları olmuşdur.
    M.Kaşğarlı göstərir ki, vaxtilə kaşğarlarda bir soyun, nəslin adı taman, düşmən ordusunu məğlub edən pəhrəvana verilən ləqəblərdən biri sökmən (sökən, məğlub edən adam olmuşdur. «Sökmen» igidlərə verilən bir sandır» savaşda sırayı söken, qıran kişi deməkdir[3, I, s. 444].
    «Divan»da man-men komponentli batman, sıkman, kurman, ketmen, közmen sözlərinə də rast gəlmək olur. Ketmen-yeri qazmaq üçün istifadə olunan alət; közmen- közdə bişirilən çörək; kurman-oxun düşdüyü yer, sıkman- üzümün sıxılması zamanı işlənən söz; batman- bir batman ət mənalarında ilənmişdir[3, I, s. 444].
    Taman- Kaşğarın ortasında bir dərə adı[3, I, s.402].
    Man- komponenti etnonimlərin tərkibində də işlənmişdir. Türkmən sözündəki – men insan mənasındadır. «Divan»da oxuyuruq: «Türk kəlməsi həm müfrət, həm cəmi olaraq istifadə olunur. «Sən kimsin» anlamını alan «kim sen?» sualının qarşılığı olaraq «Türkmen» deyə cavab verilir, yəni, «ben türküm» deməkdir[3, I, s. 363].
    Ümumiyyətlə, Azərbaycanda etnotoponimlərin müəyyən hissəsinin tərkibində man elementinə rast gəlmək olur. Amma bu elementin qoşulduğu adlarının-arxaizmlərin bəzilərinin etimologiyasını müəyyənləşdirək çətin olur. Məs.:Qaraman, Qodman, Xotman, Hacıman, Çeşman, Dilman və s.[5, s.156, 160].
    Özbəkistanın etnoantroponimlərinin tərkibində man komponentinin işləndiyi faktlar tədqiqatlarda qeyd olunur: Manğit, Manğitoy, Turkmanboy və s.[2, s.92-93].
    Beləliklə, man komponentinin ad yaradıcılığındakı rolunu qismən də olsa, müəyyənləşdirə bildik. Aparılmış araşdırmalar da göstərir ki, man komponentli sözlərin mənası heç də yekcins deyil. Bu morfem qoşulduğu sözlərin tərkibində müxtəlif məna incəliklərini yaradır. Ona görə də Mahmud Kaşğarlının «Divan»ındakı man komponentli adlar müxtəlif mülahizələrə söykənərək izah olunur. Bizim fikrimizcə, Manqışlaq, Mangüz, Mankənd toponimlərinin tərkib hissəsini təşkil edən man heyvandarlıqla bağlı olan ərazilərin adlarıdır


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: divani lugat-it-turk eserindeki toponimler

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 3197


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş