Seyid Məhəmməd Hüseyn Behcət Təbrizi (1906- 18 Sentyabr 1988) - daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. 1921-ci ildə Tehrana gələn Şəhriyar Dar-əl-Fənun məktəbində orta təhsilini tamamlayır. Sonra isə ali təhsilini Tehran Universitetinin Tibb fakultəsində davam etdirir.
İlk şeirlər toplusunu 1929-cu ildə çap etdirir. Keçən əsrin 50-ci illərinin birinci yarısında yazdığı "Heydərbabaya salam" şeirlər toplusu isə Sovet Azərbaycanında böyük maraq oyatmışdır.
Şairin vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.
Əsərləri
Heydərbabaya salam, Təbriz (1951)
Seçilmiş əsərləri, Bakı (1966)
Bütün əsərləri (4 cilddə), Tehran, (1971)
Divani Türk, Təbriz (1992)
Yalan Dünya, Bakı (1993)